(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
20 il öncə başlayan yol – II yazı

20 il öncə başlayan yol – II yazı

 
İlk oyun iyunun 19-da, Hayfada baş tutdu. Matçı cəmi 1200 azarkeşin izləməsi də təsadüf deyildi – israillilər zəif rəqibin oyununa baxmağı lazım bilməmişdi. Bolqarıstanlı baş hakim Anton Quenovun final fitindən sonra isə bütün Avropa şoka düşəcəkdi.
 
“Qarabağ” ilk matça bu heyətlə çıxmışdı: Vurğun Quliyev - Səttar Əliyev, Elşad Əhmədov, Vasif Haqverdiyev, Zaur Qarayev – Vüqar Quliyev, Vəli Hüseynov, Elmir Xankişiyev (Alim Qurbanov, 76), Təbriz Həsənov - Müşfiq Hüseynov, Yalçın Bağırov (Yaşar Hüseynov, 82).
 
Baş məşqçi Böyükağa Ağayevin yetirmələri fasiləyə Müşfiq Hüseynovun sürpriz qolu ilə qalib yollandı. 27-ci dəqiqədə fərqlənən hücumçu bir də oyunun son saniyələrində fərqlənəcəkdi. 2:1 hesabıyla qələbəmizlə bitən matçın 78-ci dəqiqəsində rəqibin hesabı bərabərləşdirməsi bir az təşviş yaratsa da, futbolçular oyundan qopmamışdı.
 
O dövr üçün fantastik nəticə idi - ağdamlılar Bakıda qəhrəman kimi qarşılanmışdı. Klub prezidenti Yunis İldırımzadə uğur sahibi olan ilk sponsor olmaq üçün önəmli addım atan futbolçularıyla birgə sevinirdi. Lakin hələ yolun yarısı qət edilmişdi. Cavab matçı daha çətin olacaqdı. “Makkabi” bu tərs sillədən ayılmışdı və Bakıya revanş üçün, daha motivasiyalı gələcəkdi.
 
Yunis İldırımzadə qələbənin şərəfinə sağlıq deyir
 
Həmin oyunu komandanın sabiq futbolçusu Elşad Əhmədov belə xatırlayır: “Oyundan öncə heç kim nikbin deyildi. Ümid etdiyimizi desəm, yalan danışmış olaram. Çünki sayılmayan çempionluğumuzdan sonrakı mövsüm idi. Komanda demək olar, dağılmışdı. Yunis İldırımzadə komandanı yenicə himayəsinə götürmüşdü. “Qarabağ” dağılacaq vəziyyətə düşmüşdü, toparlandıq və əla nəticəyə imza atdıq. Uşaqların çoxu pula görə daha imkanlı komandalara getdi. 7 nəfər qalmışdıq, maaş almırdıq. Sonradan 200 manat maaş aldıq. Doğrusu, bizə saymazyana münasibət göstərdilər, biz də şansdan istifadə edib, onları udduq. İkinci hissəni əla keçirmişdik”.
 
Həmin matçın digər iştirakçısı Səttar Əliyev isə deyir ki, hətta ilk oyundakı qələbədən sonra da ümidləri az imiş: “Biz elə komanda idik ki, futbolçular lazım gələndə özü toparlana bilirdi. Danışırdıq ki, Ağdam, Qarabağ adı olduğu üçün məsələn, bu oyunu var qüvvəmizlə keçirəcəyik. Matçdan öncə razılaşdıq ki, ölkəni təmsil edirik, döyüşəcəyik. Gücümüz çatdığı qədər oynamalı idik. Bacardıq, qələbə qolunu isə son dəqiqələrdə vurduq”.
 
(davamı olacaq)
 
FƏRİD
 

 
tarix: 20-06-2019 09:00


 
Xəbər lenti
17.07.2019

16:40   “Qəbələ” “Boluspor”a qarşı - YENİLƏNİR

16:25   “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00   Mançini “Roma”da

15:37   “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10   “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56   De Xea qərarını verdi

14:27   Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00   Premyer Liqa klubundan yeni transfer

13:42   İspan futbolçu La Liqada klubunu dəyişdi

13:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

13:21   Premyer Liqa klubunda yeni baş məşqçi

13:03   Tunisli futbolçu rəsmən “Yuventus”da

12:43   Premyer Liqada reqlament dəyişikliyi

12:21   MY-nin yetirməsi yenidən Premyer Liqa klubunda

12:00   “Bavariya” yeni hücumçu aldı

11:41   De Liqt Turində

11:30   “Qarabağ” “Partizani”yə qarşı – YENİLƏNİR

11:00   “Atalanta”dan Ruslanla 5 illik müqavilə

10:30   “Barselona”dan 4 milyonluq transfer

10:00   “Tottenhem”dən Poçettinonun oğluna peşəkar müqavilə

09:30   “Fənərbaxça”da 5 ayrılıq

09:12   Meza Kolli də “Keşlə”yə qayıtdı - ÖZƏL

09:00   Paşayevli “Aleksandriya” AEL-lə bacarmadı

00:46   Çempionlar Liqası: 6 klub 2-ci təsnifat mərhələsində

00:24   Avroliqa: 2-ci təsnifat mərhələsinə 3 vəsiqə sahibini tapdı

16.07.2019

22:36  Frits Stuxlik Çempionlar Liqasının oyununda

21:02  “Borussiya”nın futbolçusu rəsmən PSJ-də

20:00  Franko Lerda: “Bura turist kimi gəlməmişik”

19:44  “Qarabağ”ın yeni transferinin kimliyi bəlli oldu

19:00  Qurbanov: “Təcrübəmizin olması bizim üçün üstünlükdü, amma...”

18:34  “Qarabağ”ın gücünə bələdik”

18:03  “Partizani”nin müdafiəçisi: “Biz “Kukesi”nin aqibətini yaşamayacağıq”

17:49  “Neftçi”nin potensial rəqibi yeni transferini “qocaltdı” FOTO

17:20  “Zirə”də haitili hücumçu - RƏSMİ

17:07  “Qarabağ” yeni transferini göstərdi - VİDEO

16:35  “Sumqayıt” “Akhisar Bələdiyyəspor”la qarşılaşacaq

16:21  Türkiyə klubundan kuryoz transfer

16:14  “Qarabağ”dan azarkeşlərə jest

15:56  “Səbail” Rumıniyaya getdi

15:28  “Lids”in futbolçusu Super Liqa klubunda

14:59  “Partizani” Bakıda - FOTO

14:11  “Qarabağ” Gerye ilə bağlı qərarını verdi – RƏSMİ

14:04  “Monako”da 5 illik müqavilə

13:40  “Qəbələ”dən Qurbanovla bağlı rəsmi açıqlama

13:21  Zeedorf istefa verdi

13:05  “Mançester Siti”ni “Everton”a dəyişdi

12:44  “Partizani” penaltilər seriyasına hazırlaşır

12:20  Premyer Liqadan La Liqa klubuna

12:14  Pərdis yenidən “Keşlə”də: tibbi müayinədən keçdi

11:52  Nazim Süleymanov millət vəkilləri ilə görüşdü

11:33  Əvvəlcə Bordin, sonra Efros

11:18  Faysal Rerras: “Çox möhtəşəm kluba gəlmişəm”

11:00  “Liverpul” müqavilə bağladı və icarəyə göndərdi

10:24  Zidanın oğlu Portuqaliya klubunda

10:05  Yurçeviçin hesabatı: legionerlərdən narazıdı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az