(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Fənərbaxça” üçün İstanbula gəldi - “Roma”nın futbolçusu

“Fənərbaxça” üçün İstanbula gəldi - “Roma”nın futbolçusu

Türkiyənin “Fənərbaxça” klubu bu yayın ilk səs-küylü transferini rəsmiləşdirmək üzrədi.

Futbolinfo.az xəbər verir ki, Super Liqa nəgəngi Serbiya yığmasının və İtaliyanın “Roma” klubunun sol cinah müdafiəçisi Aleksandr Kolarovu heyətinə qatmağa hazırlaşır.

Türkiyə mətbuatının yaydığı məlumata görə, 33 yaşlı futbolçu artıq İstanbula gəlib və ötən gün klub prezidenti Ali Koçla görüş keçirib.

“Fənərbaxça”nın tezliklə bu transferi rəsmən açıqlaması gözlənilir. Tərəflərin 2+1 illik müqaviləyə imza atacaqları bildirilir.

7 il İngiltərənin “Mançester Siti” klubunda oynadıqdan sonra 2017-ci ildə “Roma”ya transfer olunan Kolarov, paytaxt təmsilçisində geridə qalan iki mövsüm ərzində 96 oyuna çıxıb, 12 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.


 
tarix: 21-06-2019 10:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az