(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Stankoviç: “Neftçi”nin müdafiə xətti daha da güclü olacaq”

Stankoviç: “Neftçi”nin müdafiə xətti daha da güclü olacaq”

“Neftçi”nin yeni transferi Voyislav Stankoviç klub televiziyasına müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, "Neftçi”yə keçidindən danışan serbiyalı müdafiəçi təlim-məşq toplanışını da dəyərləndirib:

"Klubun ambisiyaları mənim üçün çox maraqlı idi. Mənə zəng vurub deyəndə ki, səninlə "Neftçi” maraqlanır, düşündüm və qərara gəldim ki, bura gəlib karyeramda yeni mərhələyə başlamaq yaxşı olardı. Mənimlə yanaşı, buradakı hər bir futbolçu "Neftçi” ilə böyük uğurlara imza atmaq üçün əlindən gələni etməyə çalışır. Hər şey qaydasındadır. Hazırlıq üçün yaxşı şəraitimiz var. Belə də davam etmək lazımdır. Hesab edirəm ki, mövsümə yaxşı başlayacağıq. Hər şey plan üzrə gedir. Toplanış yaxşı əhval-ruhiyyədə keçir. Avroliqadakı ilk oyunumuza hazırlaşırıq. Birinci yoxlama görüşünü normal keçirdik, qələbə qazandıq. Davamını gətirməliyik. Hər rəqibə qarşı 100 faiz köklənməliyik. İndiki futbolda hər bir rəqibi asanlıqla keçəcəyinə zəmanət verə bilməzsən. Buna görə də düşünürəm ki, ilk matça maksimum köklənib, özümüzü yaxşı tərəfdən göstərəcəyik. Ümid edirəm ki, oyuna belə çıxsaq, problemimiz olmayacaq. "Speranta” haqda məlumatımız var. Kifayət qədər güclü komandadır. Arxayınlaşmaq olmaz. Dediyim kimi, bu oyuna maksimum hazırlaşıb, səfər matçını qələbə ilə başa vurmalıyıq. Çox yaxşı azarkeşlərimiz var. Onlar komandanı çox sevirlər. Çalışacam ki, hər oyunda meydana çıxıb, bütün gücümü ortaya qoyum. Hesab edirəm ki, komandaya köməyim dəyəcək. "Neftçi”nin müdafiə xətti daha da güclü olacaq. Bu, komandanın qarşıdan gələn mövsümdə böyük uğurlar qazanmasına kömək edəcək”.


 
tarix: 23-06-2019 13:33


 
Xəbər lenti
18.10.2019

10:42   UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

10:20   Bundesliqa klubunda yeni müqavilə

10:00   10 kq doşaba futbolçu transfer etdilər

09:40   Prezidentliyə namizədliyini geri götürdü - “Beşiktaş”da

09:21   Dortmund “Borussiya”sında yeni müqavilə

09:00   “Sabahın ulduzları”ndan biri - Bəhlul

17.10.2019

23:11  “Qarabağ” - APOEL matçında 30 min bayraq!

22:24  Millimizlə oyundan öncə 12 cavabsız qol

21:33  Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirildi

21:24  Millimiz Moldova ilə 2 yoxlama oyunu keçirəcək

21:16  “Qəbələ” APOEL-in xahişini yerə salmadı - Kiprlilər “Qarabağ”la oyuna...

20:00  Birinci Divizionda 8-ci turun oyun cədvəli

19:40  Premyer Liqada 9-cu turun oyun cədvəli açıqlandı

19:29  “Keşlə”nin stadionunda son durum - FOTOLAR

18:01  Azərbaycan millisi Sloveniyaya böyük hesabla məğlub oldu

17:36  “Neftçi”nin əvəzedilməzləri

17:14  MLS-də forması ən çox satılan futbolçu

16:51  “Yuventus”un zədəliləri sıraya döndü

16:33  “Traktor” türklərə dəstəyə görə cəzalanan futbolçusuna sahib çıxdı

16:12  23 yaşında karyerasını başa vurdu

15:55  “Real” Qaret Beyli də itirdi

15:39  “El klasiko”nun məkanı yox, vaxtı dəyişdirilir

15:20  Dani Alveş: “Onları buna görə peşman edərdim”

15:07  Dario yalnız qələbəni düşünür: “Heç nə həmin oyunla bağlı deyil”

14:48  “Milan”da rekord məbləğdə ziyan

14:31  “Mançester Yunayted”də 2 ciddi itki

14:17  “Oyun “Qarabağ”ın istədiyi tempdə keçdi”

13:48  Millilərimiz üçün Sumqayıt fərqi – AFFA, gözünü aç!

13:34  Milli komandada yeni baş məşqçi

13:19  Gözü Sadıqovun rekordunda olan Nazarov: “Azərbaycandan təkliflər alıram”

13:02  Xətai Bağırov: “Yaxşı nəticə qazanmalıyıq”

12:56  “Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq”

12:42  “Azərbaycanın vurduğu qol sayılsaydı, bilmirəm, necə yaşayardım”

12:29  “Yeni baş məşqçi ilə həmişə nələrsə dəyişir” – Xulio

12:15  Hacıyev “Trabzonspor” - “Krasnodar” oyununda

12:01  Atanın təkzibi: “Şikayətçi ola bilmərəm”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az