(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

“Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

“Neftçi”nin yeni transferi Stiven Jozef-Monroz klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, "Neftçi”dəki hədəflərindən danışan fransalı hücumçu adaptasiya və hazırlıq prosesini dəyərləndirib:

- "Neftçi”dəki hədəflərin nədir?
- "Neftçi” kimi böyük tarixi olan bir kluba gəldiyimə görə çox şadam. Hədəflərim böyükdür. İstərdim ki, "Neftçi”də qazana biləcəyim bütün titullara sahib çıxım, öz oyunumla hücum xəttinə güc qatım. Şəxsi hədəfim bacardığım qədər çoxlu qol vurmaqla komandaya fayda verməkdir.

- Komandaya uyğunlaşa bilirsən?
- Adaptasiya prosesi gözlədiyimdən də yaxşı gedir. Bu da komandadakı yüksək əhval-ruhiyyədən irəli gəlir. Burada əla atmosfer var. Komanda üzvləri məni yaxşı qarşıladılar. Həm də "Neftçi”yə gələnədək bir neçə futbolçu ilə paltardəyişmə otağını bölüşmüşük. Bunlar Rauf Əliyev və Voyislav Stankoviçdir. Bundan əlavə, Baqali Dabo ilə 2017/2018 mövsümündə birlikdə oynamışıq, meydanda bir-birimizi çox yaxşı anlayırıq. Üstəlik, gənclərdən ibarət milli komandada bir çıxış etdiyimizə görə Soni Mustivarı da yaxşı tanıyıram.

- Təlim-məşq toplanışı necə gedir? Hazırlıq prosesindən razısan?
- Öz qaydasında davam edir. Düşərgəyə gec qoşulmağıma baxmayaraq, fiziki hazırlıq üzrə məşqçimizlə bir neçə gün fərdi məşqlər keçəndən sonra komanda ilə ümumi hazırlığa qatıldım. Özümü yaxşı hiss edirəm. Məncə, toplanışın sonuna kimi istədiyim formanı tam bərpa edəcəm.

- "Speranta” ilə oyundan nə gözləyirsən?
- Baş məşqçinin tapşırığı ilə hazırlığı davam etdiririk. Əvvəlcə məqsədimiz Avropa Liqasına uğurlu başlamaqdır. Rəqibimiz "Speranta” haqda çox məlumatım olmasa da, son oyununun bəzi epizodlarını izləmişəm. Məğlub olmaqlarına baxmayaraq, yaxşı oynadılar. Qol epizodlarından istifadə edə bilmədilər. Yaxşı heyəti, legionerləri var. Buna görə də hesab edirəm ki, bizi asan oyun gözləmir. Bizim də gözəl kollektivimiz, güclü futbolçularımız var. Çalışacağıq səfərdən yaxşı nəticə ilə qayıdaq ki, doğma meydanda, azarkeşlərimizin gözü önündə qalib gəlib mərhələni keçək. Azarkeşlərimizi, bütün "Neftçi” ailəsini sevindirmək üçün əlimizdən gələni edəcəyik.


 
tarix: 25-06-2019 13:22


 
Xəbər lenti
24.10.2019

00:09   Azərbaycan - Moldova 3:1 - VİDEO

23.10.2019

23:45  Millimizin baş məşqçisi: “Bunu bacaracağımıza inanıram”

23:39  “Azərbaycanla oyunda ən azı 1 xala layiq idik”

21:46  Yığmamız Moldovaya qalib gəldi

20:55  Vüqar Nadirov idman direktoru təyin olundu

19:34  “Dinamo” Ramil Şeydayevdən imtina edir

19:00  Noyer Kana çatdı

18:52  Roman Bezyak: “Bu, bizim oyunumuza təsir etməyəcək”

18:42  Tomas Toll: “Oyundan sonra gülən mən olacam”

18:17  Millimiz Moldovaya qalib gəldi

18:10  Millimiz Farer adalarına da uduzdu

17:52  Dibala ilk “5-lik"də

17:35  “Səfərlər uzun olsa da, nəticələr yaxşı idi” - Eddi İsrafilov

17:17  “Liverpul”da iki itki

16:54  Millimizin sabiq üzvü atası barədə: “Edam olunmalıdır!

16:38  Millimizin futbolçuları oteldə siqaret çəkiblər! – AÇIQLAMA

16:16  APOEL-in heyətində rotasiya

15:54  Təxirə salınan “el klasiko”nun vaxtı bəlli oldu

15:33  APOEL artıq Bakıdadı

15:15  Birinci Divizionda 8-cu turun hakimləri

14:56  Premyer Liqada 9-cu turun hakim təyinatları

14:30  Mbappe Messinin rekordunu qırdı

14:06  “Bavariya”da daha bir ciddi itki

13:46  PSJ-dən darmadağın - VİDEO

13:32  “Bavariya”dan çətin qələbə - VİDEO

13:21  Qara Qarayev: “Aramızda gizli bir şey qalmayıb”

13:14  Qurban Qurbanov: “Üstünlüyü bunda axtarmalıyıq”

13:01  Premyer Liqanın 9-cu turu rəqəmlərin gözü ilə

12:50  “Tottenhem”dən 5 cavabsız qol - VİDEO

12:44  Yığmamız Moldovaya qarşı

12:36  MS “Atalanta”nı qol vurmasına peşman etdi - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az