(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Rəfiyevin “İsayev oyunu”: Portuqaliyadan gələn 100 min avro kimə çatacaq?

Rəfiyevin “İsayev oyunu”: Portuqaliyadan gələn 100 min avro kimə çatacaq?

Aleksey İsayevin “Sumqayıt”dan ayrılacağı dəqiqdi. Milliləşdirilmiş yarımmüdafiəçi klub axtarışındadı və hətta “Neftçi”nin təklifindən də imtina edərək, Azərbaycandan qaçmaq fikrinə düşüb.
 
Milli komandamızın Slovakiyaya qarşı son matçında meydana çıxmaqdan boyun qaçıran Aleksey ölkəmizlə bağlarını birdəfəlik qoparmaq niyyətindədi. O, vətəni Rusiyada klub axtarır və bəzi variantları var. Amma İsayevin məxsus olduğu “Sumqayıt” rəhbərliyi ilə fikir ayrılığı mövcuddu. Bu səbəbdən yeni kluba keçid yubanır.
 
İş ondadı ki, “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev yarımmüdafiəçini Portuqaliya klublarından birinə satmaq niyyətindədi. O, adını dəqiqləşdirə bilmədiyimiz klubla razılaşıb və 100 min avro qazanc əldə etmək niyyətindədi. Rəfiyev sahibi olduğu “3R” menecer şirkəti vasitəsi ilə bu keçidi reallaşdırmağa çalışır. İsayevsə Rusiyaya qayıtmaq niyyətindədi.
 
Riad bəyin Portuqaliya ilə yaxşı əlaqələri var. Emin Mahmudov, Kamran Ağayev, Elnur Cəfərov və Renat Dadaşov məhz onun vasitəçiliyi ilə bu ölkəyə yollanmışdı. Düzdü, onların əksəriyyəti burada möhkəmlənmədi, maaşını AFFA-nın verdiyi futbolçuların üçü ölkəmizə döndü, Renat da “Eştoril”də xoş günlər yaşamır. Rəfiyevi isə onların bu klublarda qalması yox, öz qazancı maraqlandırır. O, bütün oyunçuların transferindən öz payını götürüb və bu yola davam edir.
 
İndi də Rəfiyev İsayevin perspektivini, həmin klubda oynayıb-oynamayacağını yox, öz şirkətinin nə qədər qazanacağını düşünür. Bu transfer reallaşsa, “Sumqayıt” kiçik məbləğə sahib olacaq, əsas qazanc “3R”-in əlinə keçəcək. Aleksey də bü üzdən daha çox qazanacağı Rusiyaya getməyə çalışır və öz karyerasını vətənində qurmaq niyyətindədi.
 
Riad bəy illərdi Azərbaycan futbolunda məhz bu əməlləri üçün məskən salıb. Əvvəllər “Sumqayıt”da pərdə arxasından iş görürdüsə, indi klubu tamamilə öz məqsədlərinə alət edib. Əli Babayev də bu səbəbdən milliləşdirilmişdi. Menecer-prezidentə milliyə yararsız olan bu futbolçuları qiymətə mindirmək, sonra isə onları sataraq, klubu yox, öz şirkətini varlandırmaq lazımdı. Bu səbəbdən layiq oldu-olmadı, əcnəbiləri 1-2 ay ərzində milli pasportla təmin edir, tapşırıqla onları yığmaya çağırtdırır, sonra isə satıb, öz cibini doldurur.
 
Elə bu cür şəxsi maraqlar üzündən oyuncağa çevrilmiş Azərbaycan futbolu ən pis günlərini yaşayır, poliqona çevrilmiş milli komanda seçmə məhələdə xalsızdı. Əvəzində Rəfiyev və himayədarları lüks həyat yaşayır, öz sərvətlərini artırırlar.
 

 
tarix: 27-06-2019 09:45


 
Xəbər lenti
16.07.2019
15.07.2019

23:21  “Neftçi” Kvame Karikari ilə müqaviləyə xitam verdi

22:08  “Neftçi”də istirahətə son, hazırlığa davam

20:22  ABŞ millisinin üzvü rəsmən “Beşiktaş”da

19:33  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik”

19:00  “Qarabağ” - “Partizani”: Mətbuat konfransları və son məşqlər

18:35  “Yuventus” yeni transferini təqdim etdi

17:44  “Sevilya”dan növbəti transfer - RƏSMİ

17:15  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:53  Yunanıstanlı müdafiəçi “Zirə”də

16:34  “Fənərbaxça”dan ayrılan futbolçu La Liqa klubunda

16:15  Korneliu Papure: “Səbail” bizə sürpriz yaşada bilər”

15:54  Kasilyasın yeni iş yeri bəlli oldu

15:36  Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində

15:12  Türkiyəyə gətirildi, müqavilə bağlamaqdan son anda imtina etdi

14:50  “Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

14:36  “Neftçi” - “Speranta” matçının biletləri satışda

14:06  “Fənərbaxça”nın 4 futbolçusu rəsmən “Rizəspor”da

13:39  Emil Balayev rəmzi komandada - FOTO

13:12  “Partizani”nin cavab matçı üçün start heyəti

12:50  Orxan Hüseynzadə ÇL matçına təyinat aldı

12:35  La Liqa klubundan rekord transfer

11:51  Əsgərovun komandası darmadağınla 1/4 finalda

11:30  Emil Balayev: “Bizə çətin olacağını bilirdik”

11:15  AFFA “Turan Tovuz”la bağlı tender elan etdi

11:00  “Qarabağ” – “Partizani”: Hakim təyinatları açıqlandı

10:45  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

10:30  Paşayevli “Aleksandriya”ya 1 qol bəs etdi

10:00  “Valensiya” 50 milyonluq hücumçu aldı

09:30  “Partizani”nin baş məşqçisi: “25 milyonluq büdcəsi olan komandaya qarşı oynayırıq”

09:00  “Qəbələ”dən ayrılan daha bir futbolçu İsrailə üz tutdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az