(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Tapşırıqları düzgün yerinə yetirsək, mərhələni keçəcəyik”

“Tapşırıqları düzgün yerinə yetirsək, mərhələni keçəcəyik”

“Neftçi”nin müdafiəçisi Ömər Buludov klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, ötən mövsümü və təlim-məşq toplanışını dəyərləndirən gənc futbolçu Avropa Liqasının oyunlarına ciddi hazırlaşdıqlarını bildirib.

- Ötən mövsüm sənin üçün çox uğurlu alındı. "Neftçi”nin əsas heyətində tez-tez yer aldın, əsas komandada ilk qolunu vurdun, həmçinin milli komandaya çağırıldın...
- Bəli, ötən mövsüm həqiqətən də mənim üçün uğurlu oldu. Əsas heyətdə oynamaq şansı verdilər və burada mövqeyimi möhkəmlətmək üçün çox çalışdım. İlk qolumu vurdum, əsas milli komandaya dəvət olundum. Bununla belə, təbii ki, bir gənc futbolçu kimi missiyamı bitmiş hesab etmirəm. Başa düşürəm ki, üzərimdə daha da çox işləyib, özümü sübut etməliyəm.

- Təlim-məşq toplanışı, demək olar, sona yaxınlaşır. Lazımi formanı yığa bilirsən?
- Bəli, optimal formamı yığmağa çalışıram. İnanıram ki, Avropa Liqasının ilk oyununadək tam hazır olacağıq. Toplanış maraqlı və səmərəli keçir. Məşqçilərin tapşırığını tam yerinə yetirməyə çalışırıq. Dünən "Politexnika İaşi” ilə oyunun hava şəraitinə görə yarımçıq qalmasına görə təəssüflənsək də, inanırıq ki, bu, hazırlığımıza mənfi təsir göstərməyəcək.

- İki həftədən sonra bizi Avropa Liqasında "Spetanta” ilə oyun gözləyir...
- Ciddi hazırlaşırıq. "Spetanta”nı məşqçilər korpusu ilə birlikdə analiz edirik. Bilirik ki, asan rəqib deyil, amma tapşırıqları düzgün yerinə yetirsək, mərhələni keçəcəyik.

- Ümumiyyətlə, yeni mövsümdən nə gözləyirsən?
- "Neftçi” həmişəki kimi yalnız çempionluq uğrunda mübarizə aparmalıdır. Ötən mövsüm öz səhvlərimizdən çempionluğu son turlarda əldən verdik. Təbii ki, bunu təkrarlamamalıyıq. Hamımız bunu yaxşı anlayırıq. "Neftçi” ailəsinə, bizi dəstəkləyən hər kəsə inanıram. İlk turdan sonadək birinci yer uğrunda mübarizə aparacağıq. Çempionluq üçün meydanda əlimizdən gələni edəcəyik.


 
tarix: 27-06-2019 13:23


 
Xəbər lenti
21.07.2019

12:00   Kökcü Türkiyə millisini seçdi

11:40   “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30   “Roma”dan yeni transfer - RƏSMİ

11:00   Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47   İsrafilovsuz qələbə

10:30   “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00   Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30   Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14   Asif Məmmədov klub tapdı

09:00   İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az