(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Lazımsızlar”ın rəmzi yığması

“Lazımsızlar”ın rəmzi yığması

Yay bazarlığı bitmək üzrədi. Klublar lazımsız bildikləri futbolçularla yolları ayırıb, yeni transferləri reallaşdırıb. Təbii ki, hələlik əcnəbilərin alışıyla bağlı işlər yekunlaşmayıb, amma yerli futbolçulardan lazım olanların hamısı yeni klubundadı.
 
Ən bahalı keçid kimi Cavid Hüseynovu fərqləndirə bilərik. Bir il üçün 180 min manat alacaq “Qəbələ”nin sabiq kapitanı bu göstəricidə yalnız bəzi əcnəbilərdən geri qalır. Azad agent olduğundan onun keçidini transfer kimi dəyərləndirməyək – söhbət özünün alacağı məvacibdən gedir.
 
Bəlkə də yayın ən yaxşı transferi olan Bəhlul Mustafazadə “Sabah”da bu məbləğin yarısına sahib olacaq. Mərkəz müdafiəçisi yalnız ona görə “Qəbələ”yə ödənilən kompensasiya nəzərə alındıqda lider sayıla bilər. Bəhlulun perspektivli olduğunu, 3 illik anlaşmaya imza atdığını nəzərə alsaq, paytaxt klubunun uğurlu bazarlıq etdiyini deyə bilərik. Mustafazadənin oynadığı mövqedə azsaylı istedadlardan olduğunu, üstəlik, sanballı yerli kadrların azlığını və bahalılığını nəzərə alsaq, “Sabah” əla addım atıb.
 
Elvin Camalov, Elvin Məmmədov (hər ikisi “Zirə”), Ruslan Abışov (“Sabah”), Rauf Əliyev (“Neftçi”) aylıq maaşı 5 rəqəmlə ifadə olunan futbolçulardı. Yeni klubuna qovuşan digər yerlilər isə “Keşlə”yə keçən İlkin Qırtımovun timsalında 5 min manat və ya o civarda maaş alacaq.
 
Bununla belə, heç kimə lazım olmayan futbolçular da yetərincədi. Maraqlıdı ki, onlardan əksəriyyəti yarımmüdafiəçidi.
 
“Keşlə”nin imtina etdiyi Kamran Ağayevlə Davud Kərimiyə heç kim təklif göndərməyib. İkinci heç vaxt parlaq oynamayıb, yaş həddi də sözünü deyir. Ona görə Davudu bir daha Premyer Liqada görməməyimiz normal haldı. Kamran isə sərt xarakteri, üstəlik, geriləməsi üzündən kənarda qalıb. Həmişə iddialı klublarda oynamış milli üzvü indi güclülərə lazım deyil, heç kim ərköyün qolkiperin nazı ilə oynamaq istəmir, büdcəsi az olanlar isə onun tələb etdiyi maaşı verə bilmir. Ağayev xaricə getməsə, yəqin ki, ya tapşırıqla özünü harasa pərçim edəcək, ya da Vaqif Cavadov kimi ortada qalacaq.
 
Müdafiəçilərdən İlqar Qurbanovun dəvətsiz qalması maraqlıdı. “Qəbələ”nin imtina etdiyi futbolçuya heç kim yaxın durmadı. “Sumqayıt”dan ayrılan Arif Daşdəmirovla Qvanzav Maqomedovun boşda qalması isə gözləniləndi. Milliləşdirilmiş dağıstanlılar onsuz da indiyə kimi layiq olmadıqları etimadı görüblər, indi isə karyeralarını bitirmələri məsləhətdi. Necə ki, bunu Nicat Qurbanov etdi. Yaşı hələ oynamağa imkan versə də, dəvət almaması üzündən bu futbolçu kənarda qalacaq. Elə “Sabah”dan ayrılan Novruz Məmmədov da çətin ki, bir də Premyer Liqada oynasın.
 
Klubsuz qalan orta sahə oyunçuları arasında ən diqqətçəkəni Əfran İsmayılovdu. “Keşlə”nin danışıq apardığı yarımmüdafiəçi ayrıldığı “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin məkri üzündən işsiz qalıb. Bakılıların rəhbərliyindən onunla anlaşmamağı xahiş edən, bununla da “Sumqayıt”da qalmadığı üçün futbolçudan qisas alan Rəfiyev o qədər həddi keçib ki, insanların çörəyi ilə oynayır, özünü transfer monopoliyasının ağası sayır.
 
“Sumqayıt”la vidalaşan Əli Babayev xaricə üz tutacaq. “Keşlə”dən 11 min dollarlıq aylıq maaş tələbi yerinə yetirilməyincə israilli futbolçu vətəninə dönməyi qərara alıb. Aleksey İsayevi də bu siyahıya salmırıq. Hələlik “Sumqayıt”a məxsus olan milliləşdirilmiş rusiyalının ölkəmizdə qalmayacağı dəqiq olsa da, başqa təklifləri çoxdu.
 
“Qəbələ” ilə yeni müqavilə üçün anlaşa bilməyən Asif Məmmədov həyəcanla təklif gözləyənlərdəndi. “Zirə”nin imtina etdiyi Budaq Nəsirov, “Keşlə”dən ayrılan Seymur Əsədovla Ruslan Nəsirli, “Sabah”ın yola saldığı Tərzin Cahangirov çətin ki, elita klubuna düşsün. “Keşlə”nin vidalaşdığı Fuad Bayramov bugünlərdə “Qəbələ”də baxışdan keçə bilməyib və onu da fərqli aqibət gözləmir.
 
Hücumçulara gəlincə, yalnız 2 nəfərin adını çəkmək olar. Və onlar milliləşənlərdi. “Zirə”dən ayrılan Pərdis Fərcad-Azadın “Keşlə”ylə danışıqları fayda verməsə, onun ölkəmizlə bütün bağları qopacaq. Yalnız razılaşsa, “Sumqayıt”ın onu az maaşa oynatması mümkündü. Elə bu komandanın vidalaşdığı Atilla Yıldırımsa çətin ki, kiməsə lazım olsun. Maraqlı olan bu futbolçunu, ümumiyyətlə, kimin seçməsi və ona milli pasport verməsidi. Atilla özünü sübut etmədən onu Azərbaycan vətəndaşı edən sumqayıtlılar yəqin ki, indi utanar. Amma çətin, çünki indi klubsuz qalan Arif Daşdəmirov, Qvanzav Maqomedov, Əli Babayev, Aleksey İsayev və Pərdis Fərcad-Azadı da ölkə futboluna məhz bu klub calaq edib. Pul qazanıblar, himayədarlarına qazandırıblar və Azərbaycana heç bir fayda vermədən gedirlər.
 
Klubsuzların rəmzi yığması: Kamran Ağayev (Davud Kərimi) - İlqar Qurbanov, Arif Daşdəmirov (Qvanzav Maqomedov), Novruz Məmmədov, Nicat Qurbanov - Budaq Nəsirov (Fuad Bayramov), Asif Məmmədov, Əfran İsmayılov (Ruslan Nəsirli), Seymur Əsədov, Tərzin Cahangirov - Pərdis Fərcad-Azad (Atilla Yıldırım).
 
FƏRİD

 
tarix: 28-06-2019 09:00


 
Xəbər lenti
17.10.2019

09:15   Eratın komandasında yeni baş məşqçi

09:00   Elxan Məmmədovla “A”-dan “Z”-dək

16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az