(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Riad Rəfiyevin hegemonluğu: onunla işləməyənlər millidə oynamayacaq!

Riad Rəfiyevin hegemonluğu: onunla işləməyənlər millidə oynamayacaq!

Ürfan Abbasov (Səbail), Elvin Camalov (Zirə), Bəhlul Mustafazadə (Sabah), Ruslan Qurbanov (Keşlə) – bu futbolçular hədələnənlərdən yalnız bir neçəsidi. Onlar “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyevin “qəzəb dairəsi”ndə olanlardı.
 
Məsələ ondadı ki, bu futbolçular Rəfiyevdən qaçaraq “Sumqayıt”la müqavilə bağlamayıb. Onlar nə Riadın prezidenti olduğu klubun daha az maaşlı təklifini qəbul edib, nə də bu cavan oğlanın futbol monopoliyasına girməyə razılıq verib. Sözügedən futbolçular Rəfiyevin sahibi olduğu “3R Sports Management” şirkətinin müştərisi olmaqdan da boyun qaçırıb.
 
Riad isə futbolçuların hər birinə bu addımları üçün onları cəzalandıracağını, milli komandaya çağırılmayacaqlarını, çağırılsalar da, oynamayacaqlarını bildirib. Bəhlul artıq “3R”-lə müqavilə bağlamadığı üçün cəzasını alıb. Mustafazadə ictimaiyyətin təkidi ilə millinin düşərgəsinə çağırılsa da, adı oyunların protokoluna düşməyib.
 
Milli komandamızın iyunun 8-də Macarıstana 1:3, 11-də Slovakiyaya 1:5 hesabıyla uduzduğu oyunlarda Bəhlulun adı iştirak ərizəsində olmayıb. Komandamızın müdafiə xəttinin bərbad təsir bağışladığı görüşlərdə baş məşqçi Nikola Yurçeviç ehtiyatda cəmi 2 müdafiəçi saxlamışdı. Macarlarla görüşdə ehtiyatda, ümumiyyətlə, mərkəz müdafiəçisi yox idisə, slovaklarla matçda yalnız Rahil Məmmədov şansını gözləyirdi. Halbuki Bəhlul son mövsümdəki çıxışı ilə hətta əsas heyətə layiq olduğunu göstərmişdi.
 
Vaxtilə “Sumqayıt”da icarədə olmuş, amma heç vaxt Rəfiyevin məkrli planına müsbət cavab verməmiş Bəhlul beləcə qərəzlə üzləşib. Onun özünə açıq şəkildə millidə heyət üzü görməyəcəyi deyilib. Aleksey İsayev, Əli Babayev kimi milli formaya hörmətsizlik edənlər heyətə düşdüyü halda, Azərbaycanda yetişən bu gəncə qarşı belə münasibət bəslənilib. Oyuna çıxmaqdan imtina edəcək qədər qudurdulan Alekseydən fərqli olaraq, Bəhlul sakitcə şansını gözləməyi lazım bilib.
 
Baş məşqçi Yurçeviçin bu məsələlərdə söz sahibi olmadığı çoxdan bəllidi. Rəfiyevin diqtəsi ilə oturub-duran xorvat ona bu müqaviləni qismət edən, milyon avro qazanmağına şərait yaradan Riada qarşı çıxmır. 1 ili başa çatan kimi vətəninə qaçacağından ona AFFA rəhbərliyi ilə problem lazım deyil, ona görə də tapşırıqları yerinə yetirir. Rəfiyevsə daydayı olan AFFA-nın baş katibi Elxan Məmmədova arxalanaraq, öz işindədi.
 
Göründüyü kimi, milli komanda bir qrup adamın oyuncağına çevrilib, ondan öz məqsədləri üçün istifadə edirlər. Bu özbaşınalığın qarşısını almaq üçün başbilənlər heç bir tədbir görmür. Şəxsi mənafeyin qərarları diqtə etdiyi milli komanda isə Avro-2020-nin seçmə mərhələsində ardıcıl 3 məğlubiyyət alıb. Halbuki dövlət rəhbərliyinə final mərhələsinə vəsiqə vəd edilmişdi.
 
CAVAD

 
tarix: 28-06-2019 12:21


 
Xəbər lenti
16.10.2019

09:30   Yurçeviç: “Xorvatiyanın köməyimizə ehtiyacı yoxdu”

09:00   Uçurumun dibində: AFFA – dövlət içində dövlət?

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az