(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
UEFA “Səbail”in rumınlarla cavab matçının da vaxtını açıqladı

UEFA “Səbail”in rumınlarla cavab matçının da vaxtını açıqladı

“Səbail”in Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Rumıniyanın “Universitatya Krayova” klubu ilə cavab matçının başlama saatı müəyyənləşib.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rumıniya təmsilçisi ilə səfər oyunu iyulun 18-də Krayovadakı “İon Oblemenko” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, "Səbail"in bu rəqiblə Bakıdakı görüşü iyulun 11-də “Bayıl Arena”da baş tutacaq və yerli vaxtla saat 20:00-da start veriləcək.


 
tarix: 28-06-2019 18:48


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az