(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Axundov eyni səhvi edir: yenə tapşırıq, yenə xahiş, yenə dostlar

Axundov eyni səhvi edir: yenə tapşırıq, yenə xahiş, yenə dostlar

Bir neçə gün öncə “Keşlə” ilə müqavilə bağlayan İqor Yovanoviç menecer Miloş Kostiçin müştərisidi. Bu sloveniyalı agent ölkəmizə həm də Vangelis Platellası gətirmiş adamdı.
 
Bir menecerin iki və daha artıq futbolçuyla işləməsi normaldı, lakin onlar eyni ölkənin fərqli klublarındadısa, sonradan ciddi problemlər ortaya çıxır. Baxmayaraq ki, Azərbaycanda bu mədəniyyətə çoxdan tüpürülüb. Xüsusilə yerli menecerlər az qala bütün klublara futbolçu gətirir, sonra da pərdəarxası oyunlar çevirirlər.
 
Yovanoviç olayında qəribə olan digər məqam bu futbolçunun “Keşlə”yə gəlməsində başqa təmsilçimizin rəsmisinin vasitəçi olmasıdı. Platellası “Neftçi”yə gətirən bakılıların idman direktoru Ceyhun Sultanov – deyilənə görə - xorvat futbolçuya görə alınan kompensasiya da şərikdi. Kostiçi “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovla o tanış edib və əməkdaşlıq reallaşıb.
 
Bu, Sultanovun ilk belə təcrübəsi deyil. Ceyhun bəy “Sumqayıt”da çalışarkən də müxtəlif klublarımıza futbolçu göndərirdi. Pablo Podio özü də “Keşlə”yə Sultanovun vasitəçiliyi ilə gəldiyini mətbuatda etiraf etmişdi. Cəmi bir matça çıxan futbolçu 70-80 min dolları oynamadan qazanmışdı. İndi ortada Yovanoviç faktı var və “Neftçi”ylə “Keşlə” növbəti çempionatda 4 dəfə qarşılaşacaq, hər dəfə də İqorun oyunu diqqət mərkəzində olacaq.
 
“Neftçi” yay transfer pəncərəsi dövründə 4 futbolçu ilə güclənib. Onlardan üçü “Qəbələ”dən tanıdıqlarımızdı, biri isə yenidən “Neftçi”yə qayıdıb. Bildiyimizə görə, Sultanov il boyu xaricdə futbolçu axtarışında olub, Balkanlardan Yunanıstana kimi çox ölkəni gəzib. Amma bakılıların bütün transferləri ölkə daxilindəndi, əvəzində yeni tapıntılar “Keşlə”nin düşərgəsində peyda olur. Əcəba, bu səfərlərə görə xərclənən pullar “Neftçi”nin büdcəsindən çıxmayıbmı? Ümid edirik, klub rəhbərliyi bu məsələni araşdırar.
 
“Keşlə”yə gəlincə, ötən mövsüm Axundova dərs olmayıb. “Məni aldatdılar” deyə fəryad edən, futbolçuların seleksiyasından narazı olan Zaur bəy yenə istənilən dostunun təklifinə “hə” deyir. Bu klubda heyətin komplektləşdirilməsi həvəskar səviyyədə aparılır, bütün menecerlərin kluba futbolçu götürtmək imkanı var. Futbolçuların səviyyəsindən asılı olmayaraq, Axundova bircə zəng müsbət cavab almaq üçün kifayət edir.
 
Komanda uğursuzluğa düçar olanda, yenə autsayderlər qrupunda qərarlaşanda isə Zaur bəy məşqçiləri, digər işçiləri dəyişib, özünü təmizə çıxarmağa çalışacaq. Halbuki sabahkı uğursuzluqların təməlini özü indidən qoyur. Görəsən, Yovanoviç o qədər səviyyəli oyunçudusa, niyə “Neftçi”yə yox, daha az büdcəli “Keşlə”yə gətirilib? Axundov bu sualı Sultanova versə, pis olmaz.
 
“Neftçi” rəhbərliyi ağıllıdı. Qoran Paratski, Slavko Braliç, Kvame Karikari və başqa uğursuz transferlərdən sonra Sultanovun gətirdiklərindənsə, çempionatda izlədikləri, hamının tanıdığı əcnəbiləri heyətə qatır. Axundova isə Podio dərsi kifayət etməyib.
 
AĞA

 
tarix: 29-06-2019 09:00


 
Xəbər lenti
18.07.2019

15:24   Lion “Olimpik”ini “Renn”ə dəyişdi

15:01   PSJ-dən Bundesliqa klubuna

14:41   “Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

14:22   Paytaxt klubunda iki yeni futbolçu

14:00   “Neftçi” - “Speranta” matçına nə qədər bilet satılıb?

13:30   “Nitsa”nın futbolçusu PSV-də

13:07   “Sumqayıt” loqosunu dəyişdi - FOTO

12:56   “Zirə” “Keşlə”yə qarşı - YENİLƏNİR

12:25   “Roma”nın futbolçusu rəsmən Yunanıstan klubunda

12:00   “Qalatasaray” milli üzvü ilə güclənir

11:45   “Səbail” Rumıniya klubu ilə üz-üzə - YENİLƏNİR

11:40   “Neftçi” “Speranta”ya qarşı - YENİLƏNİR

11:37   "Dandolk" - "Qarabağ" matçının vaxtı bilindi

11:25   De Liqt rəsmən "Yuventus"da

11:12   Yenə 26-cı pillədə qaldıq

10:55   Super Liqa klubundan yeni transfer

10:44   Müdafiə batalyonunun fədailəri: baş katibin ssenarisi ilə təkrarlama

10:33   “Atalanta”nın futbolçusu rəsmən “Roma”da

10:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

10:12   “İrlandiyadan sərfəli hesabla dönməliyik”

10:00   Nazarov Bundesliqa klubuna qol vurdu

09:44   Super Liqada yeni mövsümün püşkü atıldı

09:30   Vaqner da Silva: “Hamı bərabər əziyyət çəkdi”

09:17   “Tottenhem”də daha 3 ayrılıq - RƏSMİ

09:00   Parlaq yox, yaxşı oyunla...

02:39   Nigeriya Afrika Millətlər Kubokunda 3-cü oldu

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

13:03  Tunisli futbolçu rəsmən “Yuventus”da

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az