(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Con Obi Mikel rəsmən Türkiyə klubunda

Con Obi Mikel rəsmən Türkiyə klubunda

“Çelsi”nin sabiq futbolçusu Con Obi Mikel karyerasını Türkiyədə davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Trabzonspor” klubu ilə razılıq əldə edib. Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Mikellə 2+1 şərti ilə müqavilə imzalanıb.

2006-2017-ci illər aralığında “Çelsi”də forma geyinən Mikel, son olaraq, İngiltərənin “Middlsbro” klubunun uğurları üçün çalışıb.

Trabzon təmsilçisinə azad agent statusunda keçən Nigeriya yığmasının kapitanı, yeni klubunda ilinə 1,5 milyon avro qazanacaq.


 
tarix: 01-07-2019 13:20


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az