(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Ukrayna yığmasının üzvü İtaliya klubunda

Ukrayna yığmasının üzvü İtaliya klubunda

İtaliyanın “Leççe” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, yeni mövsümdən A Seriyasında mübarizə aparmaq hüququ qazanan sözügedən klub Ukrayna yığma komandasının yarımmüdafiəçisi Yevgeni Şaxovu transfer edib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu “Leççe” ilə 2+1 illik müqaviləyə imza atıb.

“Dnepr”in yetirməsi olan Şaxov, bir müddət Kiyev “Arsenal”ında icarədə oynayıb. 2016-cı ildən isə o, Yunanıstanın PAOK komandasında forma geyinirdi. Ukrayna yığmasının üzvü bu klubdan azad agent statusu ilə ayrılmışdı.


 
tarix: 01-07-2019 16:21


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az