(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Bordin: “Əminəm ki, yeni mövsümə güclü start verəcəyik”

Bordin: “Əminəm ki, yeni mövsümə güclü start verəcəyik”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin klub televiziyasına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə təlim-məşq toplanışını dəyərləndirib: 

"Təlim-məşq toplanışımız çox pozitiv alındı. Çox yaxşı işləyə bildik. Yalnız gənc futbolçularımızdan Əsgər Hüseynovun zədələnməsinə təəssüflənirəm. Əlbəttə, sınaq matçlarından birinin baş tutmaması kifayət qədər neqativ haldı. Çünki məhz oyun praktikasına həmişə ehtiyac olur. Təlim-məşq toplanışları həm də buna görə həyata keçirilir. Yoxlama görüşləri futbolçular arasında qarşılıqlı anlaşmanı tapmağa, həmçinin yenilərin necə oynadığını anlamağa kömək edir. Təbii ki, bu amil bizim üçün çox vacibdi, amma bu boşluğu sonrakı məşqlərdə doldurmağa çalışdıq”.

Baş məşqçi yeni transferlərlə də bağlı danışıb: "Yeni transferlərdə adaptasiya ilə bağlı problem olmadı. Onlar artıq yaxşı inkişaf etmiş bir kollektivə gəliblər. Dario isə ümumiyyətlə evə qayıdıb. Bu komandadan çox razıyam. Ona görə ki, prozitiv vəziyyət yaranır və biz oyuna çıxanda həmin vəziyyəti görürük”.

O, "ötən ilin bu vaxtkı "Neftçi”si ilə indiki arasında hansı fərqlər var?” sualını belə cavablandırıb: "Bunu ilin sonunda və ya çempionatın gedişində demək olar. Çünki oyunçulardan gedənlər və gələnlər var. Buna görə də bu söhbətə bir müddət sonra qayıtmaq olar”.

Roberto Bordin gənc futbolçularla bağlı bunları deyib: "Ömər ötən futbol ilində Antonla birlikdə yaxşı mövsüm keçirdi. Təbii ki, başqa gənc futbolçularımız da var idi. Bu toplanışa özümüzlə çoxlu gənc gətirmişik. Bu, məşqlərin keyfiyyətini artırmaqda bizə çox kömək etdi. Onlarla həmişə səbrli davranmaq, onlara səhv etməyə imkan vermək, yardım göstərmək lazımdı. Əlbəttə, gənclərin özlərini əsas komandada göstərmək üçün yaxşı imkanları var. Ad çəkmək istəmirəm, hamısından razıyam. Özlərini çox düzgün apardılar, bizə kömək etdilər. Bakıya qayıdandan sonra vəziyyətə baxacağıq. Bir daha təkrar edirəm, münasibətlərinə görə uşaqların hamısından razıyam”.

İtaliyalı çalışdırıcı bildirib ki, Avropa Liqasınin birinci təsnifat mərhələsindəki rəqib - Moldovanın "Speranta” klubunu qiymətləndirməmək olmaz: 

"Komandalar həmişə dəyişir. Biz dəyişdiyimiz kimi, "Speranta” da dəyişir. Təbii ki, mən "Şərif”dən gedəndən sonra rəqib komanda da dəyişib. İnternet və başqa mənbələr vasitəsilə hər bir rəqib haqda çox şey öyrənmək mümkündü. Bu bizə də aiddi, rəqibə də. Əlbəttə, "Speranta” ilə bağlı məlumat toplayırıq. Rəqibin "Şerif”lə oyununu izləmişik. Bu komandanı qiymətləndirməmək olmaz. Yaxşı, texnikalı futbolçuları var. Moldova çempionatının davam etməsi onlar üçün yaxşı üstünlükdü. Buna görə də onların atletik tonusu bizimki ilə müqayisədə çox yaxşıdı. Bunları nəzərə alıb, çox diqqətli olmalıyıq. "Speranta” ilə çox vacib oyunlara hazırlaşmaq üçün 10 günümüz var”.

"İlk oyunda Dabo və Mustivarın olmama ehtimalı oyun planına təsir edəcəkmi?” sualına baş məşqçinin cavabı belə olub: "Dabo və Mustivar çox vacib oyunçulardı. Onlar bunu ötən mövsüm göstəriblər. Amma özlərini daha da yaxşı göstərə bilərlər. Dabo və Mustivar çox yaxşı futbolçulardı. Əlbəttə, onların olmamağı pis təsir edir. Digər tərəfdən başqa, çox yaxşı və indiki halda hazır olan oyunçularımız var. Belə məqamda məhz bu futbolçular bizə hədəfə çatmaq üçün hazırlaşmağa güc verir. Ümid edirik ki, Dabo və Mustivar tezliklə qayıdacaqlar, daha zədəli oyunçularımız olmayacaq və hamı bir araya gələcək”.

Bordin sonda azarkeşlərə səslənib: "Azarkeşlərlə münasibətim əvvəldən çox yaxşı olub. Onlar çılğın, komandaya və futbolçulara çox bağlıdılar. Təbii ki, bizim kimi fanatlar da özümüzü yaxşı tərəfdən göstərib, bütün oyunlarda qalib gəlməyimizi istəyirlər. "Neftçi” uzun müddətdən sonra ötən mövsüm yaxşı yer tutdu. Az qala arzumuza da çatacaqdıq. Azarkeşlər həmişə bizə güc verirdilər. Onların mövsümün sonlarındakı məyusluğu anlaşılandı. Çünki çempionluğu əldən vermişdik. Amma onları əmin edirəm ki, bütün oyunlarda qələbə qazanmağa çalışırdıq. Əminəm ki, bu mövsümə güclü start verəcəyik. Azarkeşlərimizin dəstəyi ötən mövsüm bizim üçün çox vacib idi. Ümid edirəm ki, bu mövsümün əvvəlindən sonunadək onlardan eyni dəstəyi görəcəyik. Fanatlarla tezliklə görüşüb, bu uzun yola birlikdə qədəm qoyacağımıza ümid edirəm”.

 


 
tarix: 01-07-2019 20:22


 
Xəbər lenti
13.12.2019

02:04   Avroliqada qrup mərhələsi yekunlaşdı - “Başakşəhər” pley-offda!

01:31   Rəşad Sadıqov Elxan Məmmədovu ifşa etdi: “Yurçeviçin hansı təcrübəsi var idi ki?”

01:00   Qurban Qurbanov: “Bu nəticə ilə razılaşmalıyıq”

00:29   Bertran Krasson: “Nəticəyə görə təəssüflənirik”

12.12.2019

23:45  “Qarabağ” Avroliqanı heç-heçə ilə tərk etdi

20:41  Çempionlar Liqasında yeni rekord

19:19  “Bavariya” ÇL-də ilkə imza atdı

18:33  İK-nin iclasından sonra brifinq və mətbuat konfransı keçirilməyəcək

18:16  ÇL-də son turun rəmzi komandası - FOTO

17:53  Eyni rəqiblər yenidən 1/4 finalda üz-üzə

17:37  “Sumqayıt”la kubok matçına hazırlıq davam edir

17:15  “Səbail” daha bir futbolçu ilə yollarını ayırdı

17:03  Millimizin sabiq futbolçusu həbs edildi

16:19  Buffon ÇL-də 2-ci oldu

16:05  Messidən “el klasiko” açıqlaması

15:41  ÇL-in favoritləri açıqlandı

15:17  İcraiyyə Komitəsi üçün yeni gündəlik

15:02  ÇL: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi

14:43  Qurban Qurbanov – 10-cu dəfə Azərbaycanın ən yaxşısı!

14:38  “Azlıqda da onlardan daha yaxşı idik” - “Qəbələ”nin legioneri

14:21  “Bavariya”nın futbolçusu yenidən zədələndi

13:44  “Xal qazanmaq üçün hər şey etmək istəyirik”

13:25  “Birmingem”in baş məşqçisindən Beqoviçlə bağlı açıqlama

12:48  Uelslilər Bakıya gəlməkdən məmnun deyil: Əlavə xərcimiz çıxa bilər

12:24  “Düdelanj”ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik”

12:00  “Düdelanj” “Qarabağ”la oyuna baş məşqçisiz çıxacaq

11:41  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:21  AFFA-dan “Qarabağ”ın futbolçusunun cəzasına endirim

11:00  “Barselona”nın istədiyi futbolçu ilə yeni müqavilə

10:40  Ardıcıl 4-cü dəfə ayın ən yaxşı futbolçusu seçildi

10:21  Bundesliqa klubunda yeni müqavilə

10:00  “İnter”in 12 milyon avroluq itkisi

09:41  “Atalanta”dan tarixi uğur

09:20  Klublararası dünya çempionatı başladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az