(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Azərbaycanlı futbolçu Latviyada klubunu dəyişdi

Azərbaycanlı futbolçu Latviyada klubunu dəyişdi

Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Əsgərov Latviyanın “Dauqavpils” klubundan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat yayıb.

O, ilyarımdı şərəfini qoruduğu klubdan ayrıldığını bəyan edib və komanda yoldaşları, məşqçiləri ilə vidalaşıb. “Dauqavpils” klubu da sosial şəbəkə hesabında azərbaycanlı futbolçuya xidmətlərinə görə təşəkkür edib.

Artıq Vüqarın yeni komandası da bəllidi. O, bundan sonra karyerasını Latviyanın digər elita təmsilçisi “Liepaya”da davam etdirəcək. Əsgərov yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.

Maraq üçün qeyd edək ki, Avropa Liqasında mübarizə aparacaq “Liepaya”nı Latviya millisinin və "Bakı"nın sabiq baş məşqçisi Aleksandr Starkov çalışdırır. Onun komandası 17 oyuna topladığı 23 xalla 9 kollektiv arasında 6-cı pillədə qərarlaşıb. Digər azərbaycanlı futbolçular – Tural Bayramlı ilə Elvin Sərkərovun da formasını geyindiyi Vüqarın keçmiş komandası - “Dauqavpils” isə 21 xalla 7-cidi.

Vaxtilə Azərbaycan millisində də oynamış Əsgərov, karyerası ərzində "Sumqayıt", "Zirə" və "Araz Naxçıvan"la yanaşı, Latviyada bir çox klubun formasını geyinib. Ötən mövsüm 1-ci Liqada bombardir olmaqla “Dauqavpils”in elitaya vəsiqə qazanmasında əsas pay sahiblərindən olan Vüqar, bu mövsüm də 7 qola imza atıb.


 
tarix: 02-07-2019 09:00


 
Xəbər lenti
06.12.2019

13:15   Dırnaqarası Ponomaryov

12:56   “Yuventus” onun xidmətindən məhrum oldu

12:34   “Real”da “El klasiko” öncəsi ciddi itki

12:25   “Qarabağ” “Keşlə”yə qarşı - YENİLƏNİR

12:17   Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02   “Arsenal” 1977-ci ilə qayıdır

11:54   Uelsdən Bakıya 10 min azarkeş gələcək

11:43   "Qalatasaray" bazasını geri qaytarır

11:34   İbrahimoviç Ronaldoya “əlcək atdı”

11:17   "Valyadolid" baş məşqçisi ilə yeni müqavilə bağladı

11:00   “Everton” baş məşqçisini istefaya göndərdi

10:45   Şeydayev “Dinamo”dan ayrılır

10:30   “Barselona”da yeni müqavilə

10:00   Ufuk izlədi, “Altınordu” 5 qola üzüldü

09:30   “Traktor” doğma meydanda xal itirdi

02:12   “Arsenal” doğma meydanda uduzdu

00:23   “Beşiktaş”dan darmadağın

05.12.2019

22:54  “Neftçi” rəhbərliyi Şenol Günəşlə görüşüb

22:40  AFFA-da Şenol Günəşlə görüş

19:33  “Liverpul” rekordunu yenilədi

19:05  Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə

18:31  “Payız turniri”nin qalibi bəlli oldu

18:03  AFFA Həmkarlar İttifaqı Lənkəranı da “tutdu”

18:00  İspaniya superkubokunun təqvimi açıqlandı

17:37  Milli komandada baş məşqçi ayrılığı

17:15  Bir oyun, üç debüt

16:51  Qadze arxayınlığın qurbanı olduqlarını düşünür: “Ona görə cəzalandırıldıq”

16:36  İran yığmasının baş məşqçisi istefa verdi

16:14  Şenol Günəş Bakıda - FOTO

15:53  1/4 final mərhələsinin oyun cədvəli açıqlandı

15:34  “Qarabağ”ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR

15:16  “Zirə”nin ən böyükhesablı qələbəsi

14:54  “Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”

14:32  “Yuventus”un futbolçusu 3 ay oynamayacaq

14:11  Birinci Divizion: 13-cü turun hakimləri bilindi

13:54  Premyer Liqada 14-cü turun hakim təyinatları açıqlandı

13:36  “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər

13:00  Kataloniyanın ən yaxşı futbolçusu

12:32  “Keşlə” 100-ü yarıladı

12:15  Millimizin üzvü həbs oluna bilər

12:03  Azərbaycan yığması Millətlər Liqasında sonuncu səbətdə

11:51  “Sabah” rekordunu təkrarladı

11:47  Ponomaryov tənqid etdi: "Mançester Yunayted" məktəbi. Hə, nə olsun?

11:35  Prosineçkiyə dönüş yersiz vaxt və maliyyə itkisidi

11:14  Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda

10:52  “Fənərbaxça”da Mozes şoku

10:30  Təbriz klubu səfərdən 1 xalla döndü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az