(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Emil Balayevi rekorddan neçə dəqiqə ayırır?

Emil Balayevi rekorddan neçə dəqiqə ayırır?

“Tobol”un formasını geyinən Azərbaycan millisinin qapıçısı Emil Balayev hazırda Qazaxıstan çempionatında ən çox “quru seriya”ya malik qapıçıdı.

Futbolinfo.az xəbər verir ki, Kostanay klubunun qolkiperi artıq 7 oyundu ki, qapısının toxunulmazlığını qorumağı bacarır.

16-cı turda “Jetısu” ilə görüşdə də qol buraxmayan (1:0) Balayev 630 dəqiqədi ki, qapını rəqib hücumçularının üzünə bağlayıb. Bu göstəriciyə görə Qazaxıstan Premyer Liqasında 1-ci olan 25 yaşlı qapıçı həmkarları üçün əlçatmazdı.

Azərbaycan millisinin üzvü Qazaxıstan çempionatlarının rekorduna da yaxındı. Bunun üçün o, növbəti üç oyunda, həmçinin dördüncü matçın ilk 22 dəqiqəsində "quru seriya"nı davam etdirməlidi.

Qeyd edək ki, rekord “Kayrat”ın sabiq qapıçısı Sergey Boyçenkoya məxsusdu. Keçmiş qolkiper 2005/06 mövsümündə 921 dəqiqə qapısında qol görməyib. (matc.az)


 
tarix: 02-07-2019 13:40


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az