(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
PSJ-də ispan yarımmüdafiəçi - RƏSMİ

PSJ-də ispan yarımmüdafiəçi - RƏSMİ

Fransa çempionu PSJ heyətini yeni futbolçuyla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi İspaniyanın “Sevilya” klubundan Pablo Sarabianı transfer edib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

İspaniya mətbuatının iddiasına görə PSJ, bu keçid PSJ-yə 18 milyon avroya başa gəlib. Məsələ burasındadı ki, Sarabianın “Sevilya” ilə müqaviləsində sərbəstqalma məbləği məhz bu qədər göstərilib.

“Real”ın yetirməsi olan Sarabia “kral klubu”nun əsas komandasında çıxış etməyib. 2016-cı ildən “Sevilya”nın uğurları üçün çalışan yarımmüdafiəçi, 151 oyunda 43 qol vurub. 


 
tarix: 02-07-2019 14:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az