(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Afrika Millətlər Kuboku: 1/8 finalın cütləri

Afrika Millətlər Kuboku: 1/8 finalın cütləri

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Misir, Madaqaskar, Əlcəzair, Mərakeş, Mali və Qana qrup lideri kimi 1/8 finala yüksəlibsə, Uqanda, Nigeriya, Seneqal, Fil Dişi Sahili, Tunis və Kamerun ikinci yerlə buna nail olub. Həmçinin ən yaxşı qrup üçüncüsü olan 4 komanda – Konqo, Qvineya, CAR və Benin yığmaları da pley-off mərhələsində oynamaq hüququ qazanıb.

Beləliklə, Afrika Millətlər Kubokunda 1/4 finala vəsiqə uğrunda aşağıdakı kollektivlər üz-üzə gələcəklər:

Afrika Millətlər Kuboku

5 iyul

Mərakeş – Benin
Uqanda – Seneqal

6 iyul

Nigeriya – Kamerun
Misir - CAR

7 iyul

Madaqaskar – Konqo
Əlcəzair - Qvineya

8 iyul

Mali – Fil Dişi Sahili
Qana - Tunis


 
tarix: 03-07-2019 09:30


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az