(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
AFFA daha birini milliləşdirir

AFFA daha birini milliləşdirir

Daha bir türkiyəli futbolçu milliləşdirilir. "Kayserispor"a yaxınlığı ilə bilinən kayseritempo.org saytının məlumatına görə, bu klubun yarımmüdafiəçisi Hasan Hüseyin Azərbaycan millisinə çağırılacaq.
 
Ötən ilin yayında "Əskişəhərspor"dan Kayseri təmsilçisinə transfer olunan 25 yaşlı orta sahə oyunçusu AFFA-dan təklif alıb. Bunu futbolçu özü açıqlamasında bildirib.
 
Hasan deyib ki, Azərbaycan millisində oynamaq təklifini müsbət qarşılayıb: "Bəli, Azərbaycan tərəfindən təklif gəldiyi doğrudu. Bu barədə düşünürəm və müsbət baxıram. Millidə oynamağı hər kəs istəyər. A millidə oynamaq istəyərəm, amma Azərbaycan yığmasında çıxış etmək də qürur verər".
 
Qeyd edək ki, "Əskişəhərspor"un yetirməsi olan Hasan Hüseyin Acar 2011-ci ildən ötən ilə qədər bu klubda çıxış edib. O, 2015 və 2016-cı illərdə müvafiq olaraq, "Göztəpə" və "Tokatspor"da icarə əsasında oynayıb. Ötən mövsüm "Kayserispor"un heyətində Superliqada 17 oyunda meydana çıxan yarımmüdafiəçi 3 qol, 1 assistlə yadda qalıb. "Kayserispor"la 2021-ci ilin yayına qədər müqaviləsi olan Hasan 2013-cü ildə Türkiyənin U-20 yığmasının heyətində 3 matçda iştirak edib.

 
tarix: 03-07-2019 10:44


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az