(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Özünüzü də milliləşdirin!

Özünüzü də milliləşdirin!

Yalandısa, AFFA-nın hansısa “kiçiktutumlu” məmuru çıxıb təkzib edəcək, həqiqətdisə, sadəcə, susub ictimai reaksiyanın dərəcəsini ölçəcəklər. Həyasızlıq o həddə çatıb ki, bu qədər biabırçılıqdan sonra da özbaşnalıq edir, gic-gic addımlar atırlar. Özərini alverə, bizneslərini çiçəkləndirməyə veriblər, boyunlarının arxasını sipər edib, altdan-altdan iş görürlər.
 
Ola bilsin, AFFA rəsmi şəkildə təklif göndərməyib. Lakin bu qurumda o qədər qulbeçələr, himayədarına arxayın olub, hər yoldan keçənə təklif göndərəcək səlahiyyətdə menecer var ki, mətbuata çıxmış belə xəbərlərin hamısına inanmalı olursan.
 
“Sumqayıt” ötən mövsüm 5-6 futbolçunu bir gecədə milliləşdirmədimi? Əsas millinin yarısını əcnəbilər təşkil etmirmi? Aşağı yaş qrupları azərbaycanlı olmayanlarla dolu deyilmi?
 
Ona görə də "Kayserispor"un yarımmüdafiəçisi Hasan Hüseyinin təsdiqi sıradan açıqlama ola bilməz. 25 yaşlı orta sahə oyunçusu deyir ki, AFFA-dan təklif alıb: "Bəli, Azərbaycan tərəfindən təklif gəldiyi doğrudu. Bu barədə düşünürəm və müsbət baxıram. Millidə oynamağı hər kəs istəyər. A millidə oynamaq istəyərəm, amma Azərbaycan yığmasında çıxış etmək də qürur verər".
 
Ötən mövsüm "Kayserispor"un heyətində Superliqada 17 oyunda meydana çıxan yarımmüdafiəçi 3 qol, 1 assistlə yadda qalıb. Türkiyənin U-20 yığmasının heyətində 3 matçda iştirak edən dutbolçunun klub karyerası parlaq deyil, icarələrdə oynayıb, zəif klubların formasını geyib. Amma nə olsun? Azərbaycan millisinə çağırılmaq üçün bu keyfiyyətlər önəmli deyil, kiminsə dostu, tanışı ol və ya kimlərəsə yaxşı pul qazandır – yetərlidi.
 
Türkiyəli futbolçular heç vaxt millimizdə uğurlu olmayıb. Bernard Lippertin vasitəsilə gələn onlarla oyunçunun adını çəkə bilərik. Səviyyələri çox aşağı olub və 1-2 oyun keçirərək qeyb olublar. Kimlərəsə pul qazandırıblar, özləri klub seçimi zamanı milli amili üzündən daha yaxşı müqaviləyə nail olublar və gediblər. Səviyyələri o qədər pis olub ki, Cihan Özkara, Uğur Pamukun timsalında cavan yaşında karyeralarını bitirənlər də tapılıb.
 
AFFA-nın bəh-bəhlə gətirdiyi Dəniz Yılmaz haradadı? Hətta onu milliləşdirənlər də bu futbolçunu yığmaya çağırtdırmağı lazım bilmir. Maliyyə fırlandı, ciblərə bölüşdü, film bitdi.
 
Təbii ki, AFFA-nın belə addımlarında məqsəd var. Ölkədə ciddi kadr çatışmazlığ göz çıxarır. 11-12 ili havaya sovurublar, heç kimi yetişdirməyiblər və bu gün əsas millidə oynayacaq səviyyədə futbolçu yoxdu. Boşluğu doldurmaq üçün isə hər yola əl atırlar. Halbuki...
 
...Halbuki bu ölkə istedad baxımından heç vaxt ələbaxan olmayıb. Onları üzə çıxarmaq, inkişaflarını təmin etmək üçün şəraitə, bacarıqlı idarəçilərə ehtiyac var.
 
Ramil Şeydayev elə dünən bu həqiqəti bir daha təsdiqlədi. O da azərbaycanlıdı və Rusiyanın ən köklü klublarından birinə keçdi. Onu nə Riad Rəfiyev harasa calaq etdi, nə də kimsə xahiş etmək zəhmətinə düşdü. Ramil bacarığı, istedadı, əmkarlığı sayəsində bu dəvətə nail oldu. Milli komandanın ən bərbad dönəmində belə Şeydayev parlamağı, Xorvatiyaya, Slovakiyaya qarşı təkbaşına mübarizə aparıb qollar vurmağı bacardı. Bu da nəticə!
 
Moskva “Dinamo”su tarixən bizimkilər üçün uğurlu klub olub. Ələkbər Məmmədov, Valeri Hacıyev uzun illər bu komandada oynayıb, Vəli Qasımov yarım mövsümə ilk Rusiya çempionatının bombardiri olmağı bacarıb, İsgəndər Cavadov bu formayla avrokubokda qol vurub, Dmitri Kramarenko müəyyən müddət əlcək geyib, neçə-neçə “Neftçi” yetirməsi olan qeyri-azərbaycanlı paytaxt klubunda möhkəmlənib. İndi də Şeydayev yola davam edəcək.
 
Azərbaycandakı bataqlıqdan tez çıxması ən böyük uğurudu, AFFA-nın menecerlərinin onu hər ay bir kluba sürüyüb pul qazanması da Ramili sındırmadı. Xarakter göstərdi, özünü sübut etdi. Çünki istedadı var, əla məktəb keçib. Bəlkə də millimizi seçməsəydi, çoxdan “Zenit”in heyətində idi. 19, 21 yaşlılar arasında Rusiya yığmasının heyətində Avropa futbolu tarixinə düşmüş Şeydayevin potensialı mütləq partlamalıydı.
 
Və Ramillə bağlı xoş xəbərin ertəsi AFFA-nın hansısa yoldankeçəni milliləşdirmək istədiyi yazılır. Səriştəsizliyin son həddi...
 
Şeydayev bu transferlə sübut edir ki, problem azərbaycanlıda deyil, sistemdədi. Azərbaycanda uşaq futbol təsərrüfatı düzgün qurulmayıb, AFFA bu işi bacarmır. Rusiyada bizimkilərə qarşı bu qədər ayrıseçkilik olduğu halda Şeydayev üzə çıxa bilirsə, deməli, ölkəmizdə yüzlərlə istedad kəşf etmək, yetişdirmək realdı. Amma uşaq futbolunda sistem olsa, düzgün strategiya qurulsa...
 
Başı ancaq pul qazanmağa qarışan əməkdar marketoloq Elxan Məmmədovlamı? Mümküsüzdü!
Bu adam futbol təsərrüfatında qaldıqca neçə-neçə istedad məhv olacaq və yalnız Azərbaycandan uşaq yaşlarında qaçan həmyerlilərimizin uğurlarına sevinəcəyik. Milyonlar xərclənən Dadaşov qardaşları, anqolalı Eddi və başqaları yox, əsl azərbaycanlı Şeydayev kimilərin.
 
İmkan varsa, özünüzü də milliləşdirin, Azərbaycanı, azərbaycanlıları bu ölkənin pulunu, taladığınız sərvətini sevdiyiniz qədər sevin. O zaman hansısa Hasan Hüseyin axtarmayacaqsız, İmişlidə, Gəncədə, Tovuzda yetişib Moskva “Dinamo”suna gedən Məmmədov, Qasımov, Şeydayev və başqalarının uğuruna sevinəcəksiz.
 
FƏRİD

 
tarix: 03-07-2019 12:59


 
Xəbər lenti
07.12.2019

18:07   “Atletiko”nun yeni rekordçusu

17:00   Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10   “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21   La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08   “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47   “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32   Yılmaz Vural yenə millimizə göz dikib?

12:00   Premyer Liqa klubunda yeni baş məşqçi

11:19   Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14   Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59   Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44   Debütant rəqabətə hazırdı

09:30   İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15   Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00   Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az