(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Keşlə”də nə baş verir?

“Keşlə”də nə baş verir?

“Keşlə” yay transfer dönəminin ən susqun klubudu. Rəşad Əzizli ("Sumqayıt"), Ruslan Qurbanov ("Səbail"), Franko Flores ("Alki Oroklini", Kipr) və Ziya Əzizov ("NEK Neymegen", Hollandiya) bakılıların transfer etdiyi oyunçulardı.

15 futbolçu ilə vidalaşan komanda üçün 4 transfer çox azdı. Yalnız Slavik Alxasov və Azər Salahlı ilə müqavilə müddətini artıran paytaxt klubunun gecikdiyini deyə bilərik. Zaman gedir, ciddi addım atılmır. Klub rəhbərliyi bir də onda ayılacaq ki, yeni mövsüm başlayır və tələsik, kimi gəldi heyətə götürəcəklər. Növbəti çempionat uğursuz başlayan kimi isə qurbanlar axtarılacaq.

Ümumiyyətlə, “Keşlə” sirli qutudu. Mətbuatla komunikasiya çox zəifdi, klubda gedən proseslərdən xəbər tutmaq olmur. Yalnız şaiyələrə rəsmən təsdiqlənməyən informasiyalarla kifayətlənirik. Belə vəziyyətdə yanlış xəbərlər də gündəmi zəbt edir. Və deyəsən, bu durum da kimlərəsə sərfəlidi.

Məsələn, İqor Yovanoviç Bakıya gəlmiş, klubla danışıq aparmışdı. Amma sonra nə oldusa, xorvat müdafiəçi Yunanıstanda peyda oldu. Klub nə bu oyunçu ilə bağlı xəbər çıxarkən təkzib etdi, nə də sonradan anlaşmanın alınmamasının səbəbi açıqlandı. Eyni sözləri gəlişi gözlənilən braziliyalı yarımmüdafiəçi haqda da demək olar.

Hazırda əcnəbi qapıçı axtaran “Keşlə”nin Stanislav Namaşko ilə anlaşdığı deyilir. Baş məşqçi Tərlan Əhmədovun hələ AZAL-da işlədiyi vaxtdan tanıdığı bu qolkiperlə bağlı dəqiq bilgi almaq mümkün deyil. Deyəsən, məşqçilər korpusunun, klub idarəçilərinin başı iranlılara qarışıb. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov bir dostunun məsləhətiylə 10-a yaxın iranlını hazırlığa cəlb edib. Və indi onlar arasından bir neçəsi tapşırıqla komandaya götürülməlidi ki, kimlərsə faiz qazansın.

Kəsəsi, “Keşlə”də işlər yenə “kustar” üsullarla görülür. Ötənilki büdcə yerindədi, 6 milyon manata yaxın vəsaiti dağıtmaq üçün hər işə qol qoyurlar.


 
tarix: 03-07-2019 18:30


 
Xəbər lenti
20.07.2019

09:00   Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55   Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

19.07.2019

23:53  Azərbaycan - Ukrayna matçı baş tutmadı

23:04  Dadaşovun komandası yeni mövsümə heç-heçə ilə başladı

22:31  “Sabah” ukraynalı qapıçı transfer etdi

22:19  UEFA “Fənərbaxça”nı cərimələdi

21:18  “Trabzonspor” argentinalı futbolçu aldı - RƏSMİ

18:30  Argentinalı hücumçu “Qarabağ”da?

18:00  Viktor Valdes yenidən “Barselona”da

17:30  “Azərbaycanda Avropa macərası yaşamaq istəyirəm”

17:00  “Qəbələ”də xorvatiyalı futbolçu - RƏSMİ

16:41  “Qəbələ” və “Neftçi”nin hər iki oyununun vaxtı təsdiqləndi

16:24  “Dandalk” Bakıya 150 minə gələcək

16:02  “Zirə” - “Keşlə” matçında 4 qol - VİDEO

15:44  “Atalanta”nın iki futbolçusu “Parma”da

15:25  UEFA Belçika klubunu Avroliqadan uzaqlaşdırdı

14:51  Keçmişi unutduranlar: göyərçinlə sünbül bir arada

14:40  2 dəfə “xərçəng”ə qalib gələn futbolçuya 7 illik müqavilə

14:21  “Qarabağ”dan nümunə götürməliyik”

14:00  Milli karyerasını başa vurdu

13:42  Azyaşlıya əxlaqsız təklif edən məşqçi tutuldu

13:34  “Atletiko”nun sabiq üzvü Argentina klubunda

13:24  Elnur Cəfərov yenə Rəfiyevin yanında

13:17  “İnter” hücumçusunu icarəyə verdi

13:01  Premyer Liqadan Çinə daha bir transfer

12:43  “Yuventus”un futbolçusu tibbi müayinədən keçə bilmədi

12:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

12:20  “Arsenal” - “Neftçi” matçının biletləri satışda

12:00  “Barselona”nın futbolçusu rəsmən “Xetafe”də

11:45  Azərbaycan 26-cı pillədə qaldı

11:30  Samir Abasov: “Hər şey gözlədiyimdən də yaxşı keçdi”

11:15  “Qəbələ”nin gürcülərlə ilk oyununun başlama saatı məlum oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az