(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

AFFA-nın milliləşdirmə oyunu: məsuliyyəti məşqçilərin boynuna qoyurlar

AFFA-nın milliləşdirmə oyunu: məsuliyyəti məşqçilərin boynuna qoyurlar

AFFA yenə iz azdırır. Məsuliyyət başqalarının boynuna yıxılır, hədəf yayındırılır.
 
Türkiyə “Kayserispor”unun yarımmüdafiəçisi Hasan Hüseyin Acar qardaş ölkənin mətbuatına millimizdə oynamaq haqda təklif almasına dair açıqlama vermişdi. Qurum ölkə mətbuatına bu xəbəri təsdiqləyib: “Futbolçu həqiqətən millinin məşqçilər korpusunun maraq dairəsindədir, amma hələ ki AFFA tərəfindən rəsmi danışıqlara başlanılmayıb” (Sport24).
 
25 yaşlı Acar iki mövqedə çıxış edir: müdafiəyəmeylli dağıdıcı yarımmüdafiəçi və sağ cinah yarımmüdafiəçisi. “Əskişəhərspor”un yetirməsi olan Hasan hazırda “Kayserispor”da çıxış edir. O, 2013-cü ildə Türkiyənin U-20 yığmasının şərəfini qoruyub. Yarımmüdafiəçi millimizdə oynamağa isti yanaşdığını bildirib.
 
AFFA belə bir variantın olmasını məşqçilərin istəyinə bağlayır. Halbuki millinin baş məşqçisi Nikola Yurçeviçin belə bir futbolçunu tanıdığına əmin deyilik. Niyə bir başqası yox, məhz Hasan Hüseyin? O boyda Türkiyədə seçməyə futbolçu qalmadımı ki, bizimkilər hansısa ildə bir klub dəyişən, sıradan futbolçunu bəyəndi? Həm də hansı əsasla milliləşdirməyə cəhd edilir, onu ölkəmizlə nə bağlayır?
 
Yurçeviçin istirahətdən, yeyib-içməkdən, gəzməkdən vaxtı olsaydı, Azərbaycan klublarının üzvlərinə diqqət edərdi. Milyon avroluq müqaviləsini ardıcıl məğlubiyyətlər fonunda sürdürən xorvatın təbii ki, bu oyunçudan xəbəri yoxdu. Sadəcə, hansısa menecer pul qazanmaq üçün bu variantı ortaya atıb, AFFA-dakı şəriklərinə pul bölmək təklifi edib, onların ağlına batıb və indi də məşqçilərin boynuna qoyub, hərəkətlərinə haqq qazandırmaq istəyirlər.
 
“Kayserispor”un oyunçunun seçilməsi də təsadüf deyil. Robert Prosineçkinin millimizə gətirildiyi vaxtdan yaranan münasibətlər “inkişaf etdirilir”. Vaxtilə pul bölənlər AFFA-nın büdcəsini dağıtmağa hesablanan daha bir “layihə”nin arxasınca düşüb.
 
Maraqlıdı ki, hər dəfə olduğu kimi, yenə məşqçilər səbəbkar göstərilir. Vaxtilə Berti Foqtsun tələb etdiyini deyərək onlarla əcnəbini milliləşdirən AFFA-dakı bəzi işbazlar milyonlara sahib olmuşdu. Halbuki alman çalışdırıcı onların heç birinə uzun müddət güvənmədi. Daha sonra Prosineçkidən istifadə edib Eddi İsrafilovu, Deniz Yılmazı gətirdilər - bu oyunçular da onlara xərclənən milyonların əvəzini vermir, ümumiyyətlə, dəvət almır. Aşağı yaş qruplarında da yüzlərlə futbolçunun gəlişi baş alverçi Bernard Lippertin, Yaşar Vahabzadən, Təbriz Həsənovun vicdanına yazılıb. İndi isə Hasan Hüseyinə milli pasport verilməsinə don geyindirirlər.

 
tarix: 04-07-2019 09:00


 
Xəbər lenti
06.12.2019

13:15   Dırnaqarası Ponomaryov

12:56   “Yuventus” onun xidmətindən məhrum oldu

12:34   “Real”da “El klasiko” öncəsi ciddi itki

12:25   “Qarabağ” “Keşlə”yə qarşı - YENİLƏNİR

12:17   Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02   “Arsenal” 1977-ci ilə qayıdır

11:54   Uelsdən Bakıya 10 min azarkeş gələcək

11:43   "Qalatasaray" bazasını geri qaytarır

11:34   İbrahimoviç Ronaldoya “əlcək atdı”

11:17   "Valyadolid" baş məşqçisi ilə yeni müqavilə bağladı

11:00   “Everton” baş məşqçisini istefaya göndərdi

10:45   Şeydayev “Dinamo”dan ayrılır

10:30   “Barselona”da yeni müqavilə

10:00   Ufuk izlədi, “Altınordu” 5 qola üzüldü

09:30   “Traktor” doğma meydanda xal itirdi

02:12   “Arsenal” doğma meydanda uduzdu

00:23   “Beşiktaş”dan darmadağın

05.12.2019

22:54  “Neftçi” rəhbərliyi Şenol Günəşlə görüşüb

22:40  AFFA-da Şenol Günəşlə görüş

19:33  “Liverpul” rekordunu yenilədi

19:05  Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə

18:31  “Payız turniri”nin qalibi bəlli oldu

18:03  AFFA Həmkarlar İttifaqı Lənkəranı da “tutdu”

18:00  İspaniya superkubokunun təqvimi açıqlandı

17:37  Milli komandada baş məşqçi ayrılığı

17:15  Bir oyun, üç debüt

16:51  Qadze arxayınlığın qurbanı olduqlarını düşünür: “Ona görə cəzalandırıldıq”

16:36  İran yığmasının baş məşqçisi istefa verdi

16:14  Şenol Günəş Bakıda - FOTO

15:53  1/4 final mərhələsinin oyun cədvəli açıqlandı

15:34  “Qarabağ”ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR

15:16  “Zirə”nin ən böyükhesablı qələbəsi

14:54  “Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”

14:32  “Yuventus”un futbolçusu 3 ay oynamayacaq

14:11  Birinci Divizion: 13-cü turun hakimləri bilindi

13:54  Premyer Liqada 14-cü turun hakim təyinatları açıqlandı

13:36  “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər

13:00  Kataloniyanın ən yaxşı futbolçusu

12:32  “Keşlə” 100-ü yarıladı

12:15  Millimizin üzvü həbs oluna bilər

12:03  Azərbaycan yığması Millətlər Liqasında sonuncu səbətdə

11:51  “Sabah” rekordunu təkrarladı

11:47  Ponomaryov tənqid etdi: "Mançester Yunayted" məktəbi. Hə, nə olsun?

11:35  Prosineçkiyə dönüş yersiz vaxt və maliyyə itkisidi

11:14  Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda

10:52  “Fənərbaxça”da Mozes şoku

10:30  Təbriz klubu səfərdən 1 xalla döndü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az