(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Yurçeviç niyə hesabat vermir?

Yurçeviç niyə hesabat vermir?

AFFA İcraiyyə Komitəsi özünə hörmətsizliyi davam etdirir. Bu qurumun üzvləri yenə istifadəolunan rolundadı.
 
Bir həftədən sonra milli komandamızın Slovakiyaya 1:5 hesablı ev məğlubiyyətinin bütöv ayı tamam olacaq. Ardıcıl darmadağınlardan sonra komitə üzvləri təcili iclas keçirmiş, baş məşqçi Nikola Yurçeviçi sıxma-boğmaya salmışdı. Elə stadiondaca xorvat çalışdırıcıdan vəziyyətə aydınlıq gətirməsi istənilmişdi. Ertəsi bununla bağlı rəsmi məlumat da yayılmışdı. Belə ki, məşqçilər geniş hesabat hazırlayıb İK-ya təqdim etməliydi.
 
Təbii ki, AFFA-nın bu addımında məqsəd vardı. 1 milyon avro maaş verdikləri xorvatı qovmaq kimsənin hünəri deyildi. Bu yalançı görüntü azarkeşlərin qəzəbini yatırtmağa hesablanmışdı. Məsuliyyət qismən futbolçuların boynuna qoyuldu və açıqlama ilə istefa tələb edən fanatların əsəbi soyuduldu.
 
Aradan 3 həftə keçib. Yurçeviç bəlkə də İbizadan belə min hoqqadan çıxıb, istirahətində olub, hesabat isə heç kimin yadına düşmür. Halbuki İK zəhmli, səriştəli üzvlərdən təşkil olunan qurum olsaydı, həqiqətən nəticələr, işlərin gedişi kimisə narahat etsəydi, indiyədək hesabat verilər, nəticələr ictimaiyyətə açıqlanardı. Gəl ki, odun üstünə su tökdülər, indi də sakitçiliyin kefini çıxarırlar.
 
Həqiqətən məsuliyyət hiss etsəydilər, bugünədək milli komanda ətrafındakı narahatlığa aydınlıq gələr, rəsmi açıqlama verilərdi. Amma pul böldüyü himayədarlarına arxayın olan Yurçeviç kefindədi, hətta Azərbaycana gəlməyi də lazım bilmir. İşinə can yandıran, nəticələrdən narahat olan məşqçi istirahətə getməz, komandanı böhrandan çıxarmaq üçün yollar arayardı. Necə ki, barmağı qapı arasında qaldığı üçün yay tətilindən imtina edən baş katib Elxan Məmmədov təlaşla hadisələri soyutmaqla, yeni xilas planları qurmaqla məşğuldu.
 
Yurçeviç açıqlamasında avrokubok oyunları üçün ölkəmizə gələcəyini dilə gətirib. Halbuki o, aparıcı klubların yay toplanışlarını gəzməli, milli üzvlərini yerində izləməli, problemlərlə maraqlanmalıydı. Sabah “Neftçi”nin məhəllə komandası olan “Sperantsa” ilə oyununu izləmək ona heç nə verməyəcək. Moldovanı gəzməyə getməkdənsə, özü, köməkçiləri Türkiyədə olmalı, bakılıların toplanışını müşahidə etməliydi. İnanın ki, sınaq matçlarında futbolçulara, onların necə çalışdıqlarına baxmaq Avropa Liqası oyunlarıyla müqayisədə daha effektli olardı.
 
Elə “Qarabağ”ın “Partizani” ilə matçı da “Viktoriya” ilə sınaq oyunuyla müqayisədə əhəmiyyətsizdi. Daha sanballı rəqiblərlə görüşlərdə milli üzvlərinin durumuna baxmaq məsləhətli idi. Yurçeviç isə istirahətini pozmadı. İK üzvləri də millinin taleyinə biganə olduqlarını nümayiş etdirir. Hesabat üçün israrlı olsaydılar, Yurçeviç indi Bakıda olardı.

 
tarix: 04-07-2019 10:24


 
Xəbər lenti
18.07.2019

14:41   “Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

14:22   Paytaxt klubunda iki yeni futbolçu

14:00   “Neftçi” - “Speranta” matçına nə qədər bilet satılıb?

13:30   “Nitsa”nın futbolçusu PSV-də

13:07   “Sumqayıt” loqosunu dəyişdi - FOTO

12:56   “Zirə” “Keşlə”yə qarşı - YENİLƏNİR

12:25   “Roma”nın futbolçusu rəsmən Yunanıstan klubunda

12:00   “Qalatasaray” milli üzvü ilə güclənir

11:45   “Səbail” Rumıniya klubu ilə üz-üzə - YENİLƏNİR

11:40   “Neftçi” “Speranta”ya qarşı - YENİLƏNİR

11:37   "Dandolk" - "Qarabağ" matçının vaxtı bilindi

11:25   De Liqt rəsmən "Yuventus"da

11:12   Yenə 26-cı pillədə qaldıq

10:55   Super Liqa klubundan yeni transfer

10:44   Müdafiə batalyonunun fədailəri: baş katibin ssenarisi ilə təkrarlama

10:33   “Atalanta”nın futbolçusu rəsmən “Roma”da

10:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

10:12   “İrlandiyadan sərfəli hesabla dönməliyik”

10:00   Nazarov Bundesliqa klubuna qol vurdu

09:44   Super Liqada yeni mövsümün püşkü atıldı

09:30   Vaqner da Silva: “Hamı bərabər əziyyət çəkdi”

09:17   “Tottenhem”də daha 3 ayrılıq - RƏSMİ

09:00   Parlaq yox, yaxşı oyunla...

02:39   Nigeriya Afrika Millətlər Kubokunda 3-cü oldu

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

13:03  Tunisli futbolçu rəsmən “Yuventus”da

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az