(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Mərhələ adlamaq üçün şansımız var”

“Mərhələ adlamaq üçün şansımız var”

Bu gün futzal üzrə UEFA Çempionar Liqasında əsas mərhələnin püşkü atılıb və Azərbaycan təmsilçisi “Araz”ın rəqibləri müəyyənləşib. 

Futbolinfo.az xəbər verir ki, oktyabrın 8-dən 13-dək keçiriləcək mərhələ qarşılaşmalarında təmsilçimiz “Benfika” (Portuqaliya), “Xerson” (Ukrayna) və “Halle Gooik” (Belçika) klubları ilə qarşılaşacaq. 

Belçikada təşkil ediləcək qrup oyunları ilə bağlı “Araz”ın qapıçısı Rövşən Hüseynli futzal federasiyasının rəsmi saytına açıqlama verib:

“Rəqiblərimizi müəyyən qədər tanıyırıq. Kifayət qədər güclü komandalardı. “Benfika” Portuqaliya çempionatının son qalibidi. Bu klub ölkəsində pley-offun finalında Çempionlar Liqasının son qalibi “Sportinq”dən güclü oldu. “Benfika” qrupumuzun aşkar favoritidi. Ukrayna çempionu haqda da xoş sözlər söyləmək olar. Çünki bu ölkənin futzalı hər zaman yüksəlişdə olub. 

“Xerson” gənclərlə təcrübəlilərin vəhdətindən qurulmuş bir komandadı. “Halle Gooik” digər iki rəqibimizə nisbətən zəif hesab edilsə də, qrup oyunlarına evsahibliyi edəcəklərini unutmayaq. Evsahibi komandalara qarşı oynamaq isə hər zaman çətin olur. Ümumiləşdirsək, güclü rəqiblərlə mübarizə aparacağıq, amma mərhələ adlamaq üçün şansımız var. Çünki bu qrupdan 3 komanda elit-raunda yüksələcək. Əvvəlki illərdə biz B yolunda mübarizə apardığımıza görə qrupdan ancaq bir komanda növbəti mərhələyə vəsiqə qazanırdı. Bizə ən azı bir oyunda qələbə qazanmaq və digər matçlarda diqqətli oynamaq lazımdı.

Təbii ki, hazırlıqdan çox şey asılıdı. “Araz” hələ hazırlığa başlamayıb. Məşqlərə başladıqdan və heyətimiz komplektləşdikdən sonra gücümüz haqda danışa bilərik. Ancaq püşkün bu vaxtlarda atılması və rəqiblərimizin müəyyənləşməsi yaxşı haldı. Heyətimizi buna uyğun qurmaq imkanımız olacaq. Oktyabr ayında bizi həm də dünya çempionatının seçmə mərhələsinin oyunları gözləyir və “Araz”ın bu görüşləri ilə millinin qarşılaşmaları arasında maksimum 2 həftəyə yaxın vaxt olacaq. Belə deyək də, bizi payızda maraqlı futzal mövsümü gözləyir. Sentyabrda millinin Rusiyada toplanışı və beynəlxalq turnirdə iştirakı olacaq ki, bu da Çempionlar Liqasına yaxşı hazırlaşmağımıza kömək edəcək”.


 
tarix: 04-07-2019 19:30


 
Xəbər lenti
18.10.2019

10:20   Bundesliqa klubunda yeni müqavilə

10:00   10 kq doşaba futbolçu transfer etdilər

09:40   Prezidentliyə namizədliyini geri götürdü - “Beşiktaş”da

09:21   Dortmund “Borussiya”sında yeni müqavilə

09:00   “Sabahın ulduzları”ndan biri - Bəhlul

17.10.2019

23:11  “Qarabağ” - APOEL matçında 30 min bayraq!

22:24  Millimizlə oyundan öncə 12 cavabsız qol

21:33  Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirildi

21:24  Millimiz Moldova ilə 2 yoxlama oyunu keçirəcək

21:16  “Qəbələ” APOEL-in xahişini yerə salmadı - Kiprlilər “Qarabağ”la oyuna...

20:00  Birinci Divizionda 8-ci turun oyun cədvəli

19:40  Premyer Liqada 9-cu turun oyun cədvəli açıqlandı

19:29  “Keşlə”nin stadionunda son durum - FOTOLAR

18:01  Azərbaycan millisi Sloveniyaya böyük hesabla məğlub oldu

17:36  “Neftçi”nin əvəzedilməzləri

17:14  MLS-də forması ən çox satılan futbolçu

16:51  “Yuventus”un zədəliləri sıraya döndü

16:33  “Traktor” türklərə dəstəyə görə cəzalanan futbolçusuna sahib çıxdı

16:12  23 yaşında karyerasını başa vurdu

15:55  “Real” Qaret Beyli də itirdi

15:39  “El klasiko”nun məkanı yox, vaxtı dəyişdirilir

15:20  Dani Alveş: “Onları buna görə peşman edərdim”

15:07  Dario yalnız qələbəni düşünür: “Heç nə həmin oyunla bağlı deyil”

14:48  “Milan”da rekord məbləğdə ziyan

14:31  “Mançester Yunayted”də 2 ciddi itki

14:17  “Oyun “Qarabağ”ın istədiyi tempdə keçdi”

13:48  Millilərimiz üçün Sumqayıt fərqi – AFFA, gözünü aç!

13:34  Milli komandada yeni baş məşqçi

13:19  Gözü Sadıqovun rekordunda olan Nazarov: “Azərbaycandan təkliflər alıram”

13:02  Xətai Bağırov: “Yaxşı nəticə qazanmalıyıq”

12:56  “Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq”

12:42  “Azərbaycanın vurduğu qol sayılsaydı, bilmirəm, necə yaşayardım”

12:29  “Yeni baş məşqçi ilə həmişə nələrsə dəyişir” – Xulio

12:15  Hacıyev “Trabzonspor” - “Krasnodar” oyununda

12:01  Atanın təkzibi: “Şikayətçi ola bilmərəm”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az