(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Klublarımızın legioner seçimi: 10+7

Klublarımızın legioner seçimi: 10+7

Transfer bazarında hərəkətlilik davam edir. Klublarımız yeni mövsümün hazırlığı çərçivəsində oyunçu keçidlərini rəsmiləşdirir, heyəti komplektləşdirir.
 
Yerli futbolçu baxımından ciddi sıxıntı çəkən təmsilçilərimiz mümkün variantları ən yaxşı şəkildə dəyərləndirir. Bu baxımdan “Qəbələ”ni bölüşdürən “Sabah” və “Zirə”nin bir addım öndə olduğunu deyə bilərik.
 
Əcnəbi seçimində isə durum fərqlidi. Avrokuboklarda iştirak edəcək komandalarımızın tamamlama işləri ilə məşğul olduğu bir zamanda digərləri xaricə toplanışa yollanacaqları vaxtı gözləyir. Yalnız bir neçə legionerin transferi yekunlaşıb, əsas seçimlər Türkiyədə olacaq.
 
Ümumiyyətlə, əcnəbilərə yer olmayan “Sumqayıt” istisna, 7 klubumuz bu yay indiyədək 17 əcnəbi ilə rəsmən anlaşıb. Onlardan 7-si əvvəllər hansısa klublarımızda oynamışlardısa, 10-u ilk dəfə Azərbaycan azarkeşləri önünə çıxacaq.
 
“Qarabağ” bir yeni oyunçu gətiribsə, digər transferi fanatlara tanışdı. Belə ki, birvaxtlar “Neftçi”də oynamış oyunçu indi ağdamlıların formasını tərlədəcək. “Səbail”də bu nisbət 2-nin 2-yədisə, “Sabah” 2 yeni futbolçuya ötən mövsümdən tanıdığımız birini əlavə edib.
 
“Neftçi” hamıdan seçilir. Bu komandada hansısa yeni legioner görməyib. Əvəzində bakılılar tanış olan 3 əcnəbi ilə güclənib. “Qəbələ” isə tam tərs siyasət yürüdür. “Qırmızı qaralar” keçmiş oyunçularını müxtəlif paytaxt klublarına paylayıb, əvəzində 3 yeni legioner gətirib. “Zirə”ylə “Keşlə”də bu say hələlik vahidə bərabərdi.
 
Kimin doğru, kimin səhv addım atdığını deyə bilmərik, bunu zaman göstərəcək. Reallıq isə odur ki, daha əvvəlki kimi vaqonla əcnəbi gətirənlər yoxdu, klublar seçimlərini xüsusi titizliklə edir. Bununla belə, keçmişə qayıdış da inkişafın göstəricisi sayıla bilməz, yaxşı seleksiya işi ilə yaxşı nəticələr əldə etmək mümkündü. Bunu illərdi “Qəbələ” sübut edir.
 
Klublarda yeni transfer edilən əcnəbilər (yenilər - tanışlar)
Qarabağ: 1 – 1
Xayme Romero ("Kordoba", İspaniya) - Aylton Silva ("Ştutqart", Almaniya, icarə)
 
Neftçi: 0 - 3
Voyislav Stankoviç ("Qəbələ"), Dario Federiko ("Daequ", Cənubi Koreya), Stiven Monroz ("Qəbələ")
 
Qəbələ: 3 - 0
Fernan Lopes ("Barakaldo", İspaniya), Merab Qiqauri ("Torpedo" Kutaisi, Gürcüstan), Kristian Kouakou ("Karvina", Çexiya)
 
Səbail: 2 - 2
Daniel Bojinovski ("Rabotniçki", Şimali Makedoniya), Eriko Konstantino da Silva ("Astra", Rumıniya) - Dilan Duventru ("Zirə"), Bilal Həmdi ("Zirə")
 
Zirə: 1 - 0
Boyan Zaqoviç ("Baçka", Serbiya)
 
Sabah: 2 - 1
Amadu Diallo ("Red Star", Fransa), Hendrik Eksteyn ("Kayzer Çifs", CAR) - Kevin Kubemba ("Səbail")
 
Keşlə: 1 – 0
Franko Flores ("Alki Oroklini", Kipr)
 
FƏRİD

 
tarix: 05-07-2019 11:00


 
Xəbər lenti
18.10.2019

14:53   Ermənistan yığmasında baş məşqçi istefası

14:34   “El klasiko” ilə bağlı rəsmi qərar açıqlandı

14:15   Elxan Məmmədova Nikola Yurçeviçdən şikayət – Millidə “üsyan”

13:57   UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarı təxirə saldı

13:40   “Neftçi”nin sabiq forvardı D seriyasında: “Ora uyğunlaşa bilmədim”

13:21   Mövsümün açılış iclası keçirildi

13:05   Kamerunlu futbolçunun evi qarət olundu – 100 min avroluq ziyan

12:44   Amerika kuboku-2020-nin rəsmi loqosu - FOTO

12:22   Fransada sentyabrın ən yaxşı oyunçusu bəlli oldu

12:03   Millimizə Özbəkistan klubundan futbolçu çağırıldı

11:47   “El klasiko” təxirə salındı

11:25   Eşli Koul yenidən “Çelsi”də

11:00   Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı

10:42   UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

10:20   Bundesliqa klubunda yeni müqavilə

10:00   10 kq doşaba futbolçu transfer etdilər

09:40   Prezidentliyə namizədliyini geri götürdü - “Beşiktaş”da

09:21   Dortmund “Borussiya”sında yeni müqavilə

09:00   “Sabahın ulduzları”ndan biri - Bəhlul

17.10.2019

23:11  “Qarabağ” - APOEL matçında 30 min bayraq!

22:24  Millimizlə oyundan öncə 12 cavabsız qol

21:33  Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirildi

21:24  Millimiz Moldova ilə 2 yoxlama oyunu keçirəcək

21:16  “Qəbələ” APOEL-in xahişini yerə salmadı - Kiprlilər “Qarabağ”la oyuna...

20:00  Birinci Divizionda 8-ci turun oyun cədvəli

19:40  Premyer Liqada 9-cu turun oyun cədvəli açıqlandı

19:29  “Keşlə”nin stadionunda son durum - FOTOLAR

18:01  Azərbaycan millisi Sloveniyaya böyük hesabla məğlub oldu

17:36  “Neftçi”nin əvəzedilməzləri

17:14  MLS-də forması ən çox satılan futbolçu

16:51  “Yuventus”un zədəliləri sıraya döndü

16:33  “Traktor” türklərə dəstəyə görə cəzalanan futbolçusuna sahib çıxdı

16:12  23 yaşında karyerasını başa vurdu

15:55  “Real” Qaret Beyli də itirdi

15:39  “El klasiko”nun məkanı yox, vaxtı dəyişdirilir

15:20  Dani Alveş: “Onları buna görə peşman edərdim”

15:07  Dario yalnız qələbəni düşünür: “Heç nə həmin oyunla bağlı deyil”

14:48  “Milan”da rekord məbləğdə ziyan

14:31  “Mançester Yunayted”də 2 ciddi itki

14:17  “Oyun “Qarabağ”ın istədiyi tempdə keçdi”

13:48  Millilərimiz üçün Sumqayıt fərqi – AFFA, gözünü aç!

13:34  Milli komandada yeni baş məşqçi

13:19  Gözü Sadıqovun rekordunda olan Nazarov: “Azərbaycandan təkliflər alıram”

13:02  Xətai Bağırov: “Yaxşı nəticə qazanmalıyıq”

12:56  “Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq”

12:42  “Azərbaycanın vurduğu qol sayılsaydı, bilmirəm, necə yaşayardım”

12:29  “Yeni baş məşqçi ilə həmişə nələrsə dəyişir” – Xulio

12:15  Hacıyev “Trabzonspor” - “Krasnodar” oyununda

12:01  Atanın təkzibi: “Şikayətçi ola bilmərəm”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az