(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Sumqayıt” “Şeh”lənərkən

“Sumqayıt” “Şeh”lənərkən

“Sumqayıt" Futbol Klubu və “Şeh Group” MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bir il davam edəcəyi açıqlanan anlaşmanın maliyyə detalları gizli saxlanılır.
 
"Kapital Bank Arena”nın konfrans zalında baş tutan tədbirdə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev və “Şeh Group” MMC-nin təsisçiləri Kərim Əliyev və Səbinə Abas-zadə iştirak ediblər. Başqa heç kim – nə mətbuat nümayəndələri, nə də başqa kimsə.
 
Müqavilə imzalandıqdan sonra “Şeh Group” MMC-nin rəhbərliyinə xatirə olaraq "Sumqayıt" FK-nın oyun geyimi hədiyyə olunub. Bundan başqa, qonaqlar "Kapital Bank Arena" və yeni inşa olunmuş stadionlarla yaxından tanış olub.
 
Təbii ki, təmizlik işləri ilə məşğul olan, əhatə və fəaliyyət dairəsi dar, yalnız şəxsi əlaqələr hesabına bir sıra tanınmış obyektlərin “şüşəsilən”i olan bir qurumun futbol klubuna ciddi maliyyə dəstəyi verəcəyi inandırıcı deyil. Yəqin ki, söhbət 20-30 min manatlıq anlaşmadan gedir və bunu hansısa marketinq uğuru kimi qələmə vermək olmaz. “Şeh Group”un da bu anlaşmadan ciddi fayda götürməsi mümkünsüzdü. “Sumqayıt” bu şirkətin təbliğatı üçün uyğun olmayan oyuncaq klubdu.
 
Bəlkə də taylı tayını tapıb, anlaşma sayəsində şirkət “Azərkimya”nın təmizlik işlərini görəcəksə, bu, “Şeh” adına uğurdu. Bəlkə də “Şeh Group” MMC elə özü hansısa məmurun şirkətlərinin törəmə müəssisəsidi. Fəaliyyət göstərdiyi 6 il ərzində Paşa Holding, Bank of Baku, ASAN xidmət, Tofiq Bəhramov stadionu, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Olimpiya Komitəsi, Metropoliten, Avropa oyunları stadionu və digər mühüm məkanlarla işləyərək şirkətin nüfuzunu yüksəyə qaldıra bildiklərini bəyan edən şirkətin sadaladıqları adlardan çox şey əyan olur.
 
“Türkiyədə fəaliyyətə başlayaraq biz istənilən ölçülü məkanlarda gündəlik və əsaslı təmizlik sahəsində böyük təcrübə qazanmış və bu xidmət növünün bütün qayda və ənənələrini öyrənmişdir” cümləsindəki məna, məntiq, uzlaşma səhvləri isə rus dilində düşünüb, Azərbaycan dilində yazanlar qrupunun işartılarını göz önünə sərir. Lap AFFA-nı idarə edənlər və onların dost-tanışı kimi...
 
İstənilən halda, futbola yatırım qoymaq həvəsinə düşən, bu işdə kiçicik xidmət göstərən bütün iş adamlarını alqışlayırıq. Onların göndərilmiş, görüntü yaradan yox, həqiqətən iz qoymaq həvəsinə düşənlər olduğuna inanmaq istəyirik. Qoy səhər şehini özünə ad seçən şirkət günəş dağlar arxasından çıxanda buxarlanmasın, bulağa, çaya dönsün, təravətini qorusun.
 
Amma “Şeh”in “Sumqayıt”da işi çətin olacaq. Klubda təmizlik aparmaq lazım olsa, Riad Rəfiyevin özü də şüşəsilənə ilişəcək, şəxsi məqsədlərinə xidmət edən əməlləri açığa çıxacaq. Məsləhətdi ki, bu şirkət təmizlik işlərini dərindən aparmasın, kosmetik yanaşmanı üstün tutsun.
 
Bu mətn sizə reklam...
“Artıq dünyaya təmiz pəncərələrdən baxmanın zamanı gəldi! İdeal təmiz döşəmədə gəzmənin zamanı gəldi! Təmiri yekunlaşdırmanın zamanı gəldi! Qazonu biçmənin zamanı gəldi! Təmiz hovuzda üzmənin zamanı gəldi! Bir sözlə - təmizlikdə yaşamanın zamanı gəldi! Bu işdə ŞEH şirkəti sizə yardım edəcək”.
 
...bu şəkil isə antireklam olsun!
İmkan olanda xidməti maşınlarınızı da təmizləyin

 
tarix: 05-07-2019 10:00


 
Xəbər lenti
18.07.2019

14:41   “Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

14:22   Paytaxt klubunda iki yeni futbolçu

14:00   “Neftçi” - “Speranta” matçına nə qədər bilet satılıb?

13:30   “Nitsa”nın futbolçusu PSV-də

13:07   “Sumqayıt” loqosunu dəyişdi - FOTO

12:56   “Zirə” “Keşlə”yə qarşı - YENİLƏNİR

12:25   “Roma”nın futbolçusu rəsmən Yunanıstan klubunda

12:00   “Qalatasaray” milli üzvü ilə güclənir

11:45   “Səbail” Rumıniya klubu ilə üz-üzə - YENİLƏNİR

11:40   “Neftçi” “Speranta”ya qarşı - YENİLƏNİR

11:37   "Dandolk" - "Qarabağ" matçının vaxtı bilindi

11:25   De Liqt rəsmən "Yuventus"da

11:12   Yenə 26-cı pillədə qaldıq

10:55   Super Liqa klubundan yeni transfer

10:44   Müdafiə batalyonunun fədailəri: baş katibin ssenarisi ilə təkrarlama

10:33   “Atalanta”nın futbolçusu rəsmən “Roma”da

10:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

10:12   “İrlandiyadan sərfəli hesabla dönməliyik”

10:00   Nazarov Bundesliqa klubuna qol vurdu

09:44   Super Liqada yeni mövsümün püşkü atıldı

09:30   Vaqner da Silva: “Hamı bərabər əziyyət çəkdi”

09:17   “Tottenhem”də daha 3 ayrılıq - RƏSMİ

09:00   Parlaq yox, yaxşı oyunla...

02:39   Nigeriya Afrika Millətlər Kubokunda 3-cü oldu

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

13:03  Tunisli futbolçu rəsmən “Yuventus”da

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az