(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Adeniyi İsrailə gedir: “Qəbələ” 300 min avro qazanacaq

Adeniyi İsrailə gedir: “Qəbələ” 300 min avro qazanacaq

“Qəbələ” Ceyms Adeniyiyə müştəri tapıb. “Qırmızı-qaralar”ın satmaq istədiyi 26 yaşlı nigeriyalıya konkret təklif gəlib.
 
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” heyətini tamamilə yeniləyir. Yüksək ödənişli futbolçularla vidalaşan, əvəzində yerli akademiyanın yetirmələrinə və az əməkhaqqına oynamağa razılaşan əcnəbilərə güvənən əyalət təmsilçisi yenidən komplektləşir. Hazırda yüksək maaş alan futbolçulardan yalnız komandanın bombardiri Adeniyi düşərgədədi. Klub onu da satmaqda və büdcəsini zənginləşdirib, yeni istedadlar tapmaqda maraqlıdı.
 
Klubla ikiillik müqaviləsi qalan Ceyms də bu səbəbdən gözdən çıxarılıb. Bir neçə təklifi olan legioner üçün ən uyğun variant axtarılır. Türkiyə klublarının ardınca indi də İsraildən real dəvət var. Və çox güman ki, Adeniyi elə bu ölkəyə yollanacaq.
 
Ötən yay Albaniya “Skenderbeu”sundan alınan hücumçu Kiryat Şimona “Hapoel”inə yollanmaq üzrədi. İsraillilər futbolçunu sonradan almaq şərti ilə birillik icarəyə götürür və bu anlaşma qəbələlilərə təqribən 300 min avro qazandıracaq. Bu məbləğin 1/3-nə alınan futbolçu beləcə həm təmsilçimizə pul qazandıracaq, həm də onun üçün nəzərdə tutulan yüksək maaşa qənaət olunacaq. Belədə heyətə büdcəyə uyğun olan 1 və ya 2 əcnəbinin götürülməsi mümkünləşəcək.
 
Xatırladaq ki, əsas heyətin əksər üzvləri ilə vidalaşan “Qəbələ” legionerlərdən yalnız Davit Volkovini saxlayıb. Kamal Mirzəyev ("Zirə"), Sadiq Quliyev ("Zirə"), Tərlan Əhmədli ("Sabah") kimi sabiq yetirmələrini komandaya qaytaran “qırmızı-qaralar” Fernan Lopes ("Barakaldo", İspaniya), Merab Qiqauri ("Torpedo" Kutaisi, Gürcüstan) və Kristian Kouakounu ("Karvina", Çexiya) transfer edib. Bu 3 əcnəbinin birlikdə illik maaşı isə təqribən 100 min dollar civarındadı. Halbuki klub ötən illərdə bir əcnəbiyə bu pulun 3-4 mislini verirdi.

 
tarix: 05-07-2019 09:00


 
Xəbər lenti
07.12.2019

11:19   Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14   Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59   Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44   Debütant rəqabətə hazırdı

09:30   İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15   Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00   Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az