(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
"Milan" əlcəzairli futbolçu aldı

"Milan" əlcəzairli futbolçu aldı

"Empoli"nin futbolçusu İsmael Bennaser yeni mövsümdən "Milan"ın şərəfini qoruyacaq. Klublar bu transferdə ortaq məxrəcə gəlib.
 
Anlaşmaya əsasən, "Milan" 21 yaşlı əlcəzairli üçün 16 milyon avro ödəyəcək. "Empoli" həmçinin 1 milyon avro bonus da əldə edə bilər. Yaxın günlərdə keçidin rəsmən açıqlanması gözlənilir.
 
Qeyd edək ki, İsmael Bennaser ötən mövsüm ümumilikdə 38 matçda iştirak edib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 
tarix: 05-07-2019 11:41


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az