(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Avrokubok iştirakçıları: 3 fərqli ölkədə 3 fərqli hazırlıq

Avrokubok iştirakçıları: 3 fərqli ölkədə 3 fərqli hazırlıq

Avrokubokları ilk təsnifat mərhələsində mübarizə aparacaq klublarımız ölkə xaricində hazırlığını yekunlaşdırır. Avropa Liqasına ikinci mərhələdən qoşulacaq “Qəbələ” və digər 4 klubumuz hələ vətəni tərk etməyibsə, 3 təmsilçimiz hazırlığın əsas hissəsini arxada qoyub.
 
Qarşıdakı həftə Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ”, Avropa Liqasında gücünü sınayacaq “Neftçi” və “Səbail” üçün start zamanı olacaq. Bu 3 klub 3 ayrı ölkədə hazırlaşıb və hazır olmağa çalışıb.
 
Digərlərindən fərqli olaraq, Avstriyada hazırlıq keçən “Qarabağ” vətənə qayıtmadı. Buradan birbaşa Albaniyaya yollanacaq ağdamlılar oyun gününə kimi məşqlə kifayətlənəcək.
 
Ölkə çempionu toplanış zamanı 4 yoxlama oyunu keçirdi. Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzan komanda Rumıniya “Krayova”sı (0:0) və “Çexiya “Viktoriya”sı (2:2) ilə heç-heçə etdi. Ağdam klubu yalnız Rusiya təmsilçisi “Ufa”nı 2:1 hesabıyla məğlub etməyi bacardı.
 
2 yeni legionerlə müqavilə bağlayan ağdamlılarda heyətlə bağlı narahatlıq davam edir. Müdafiə xəttində zədəli oyunçular çoxdu, Bədavi Hüseynovun “Partizani” ilə ilk matçı buraxacağı dəqiqdi. Bundan başqa, Haiti millisinin heyətində KONKAKAF “Golq Cup”da çıxış etdiyi üçün toplanışa qoşulmayan Donald Geryenin məsələsi də dəqiqləşməyib. Onunla bitən anlaşmanın uzadılması gözlənilir, lakin rəsmi qərar yoxdu, əvəzində məhz onun mövqeyinə Atltonun simasında yeni futbolçu alınıb.
 
Yoxlama oyunlarının nəticələri narahatlıq doğurmamalıdı. Bu, hazırlıq dövrü idi və ağdamlılar belə nəticələrə bizi öyrəşdirib. İlk rəqibin nisbətən zəif olmasını nəzərə alaraq, hazırlığı yüksələn templə davam etdirən “atlılar”ın zamanla daha yaxşı olacağını deyə bilərik. Bununla belə, yeni transferlər tezliklə yekunlaşmalıdı.
 
Gümüş medalçı “Neftçi” hazırda Bakıdadı. Moldovaya qarşıdakı çərşənbə axşamı yollanacaq paytaxt klubu “Sperantsa” qarşısında əziyyət çəkməməlidi. Hətta ötənilki heyət də bu klubu keçmək üçün yetərli olmalıdı. Lakin bakılılar 4 yeni futbolçu transfer edib ki, bu da ilkin hədəfə çatmaq üçün kifayətdi.
 
Türkiyədə toplanış keçən “Neftçi”ylə bağlı əsas narahatlıq doğuran məqam sınaq matçlarının az olmasıdı. 3 yoxlama oyunu keçirmək planlaşdırılsa da, bunlardan 2-si baş tutdu. Əvvəlcə Rusiya “SKA Xabarovsk”u ilə qarşılaşan “ağ-qaralar” 3:1 hesabı ilə qalib gəldi. Rumıniyanın “Politexnika İaşi” klubuna qarşı nəzərdə tutulan görüş isə güclü duman səbəbindən 12-ci dəqiqədən etibarən dayandırıldı. Son sınağında Ukrayna təmsilçisi “Vorskla” ilə üz-üzə gələn “Neftçi” 2:3 hesabı ilə məğlub oldu.
 
Bəlkə də baş məşqçi Roberto Bordin “Sperantsa” ilə matçları elə yoxlama matçı kimi qəbul edir. Moldova klubu zəifdi və onlarla oyunları Rusiya “Arsenal”ı ilə görüşlərə sınaq saymaq mümkündü. “Neftçi”nin əsas narahatlığı 2 önəmli oyunçunun hazırlıqdan kənarda qalması olmalıdı. Komandanın bombardiri Baqali Dabo və əsas heyət üzvlərindən Soni Mustivar zədə səbəbindən matçlarda iştirak etmədi və onların sıraya dönməsi zaman alacaq. Moldovada oynamayacaq cütlüyün sıraya qayıtması üçün həkimlər bacardığını edir.
 
Bununla belə, “Neftçi”nin müdafiənin cinahlarına, yarımmüdafiə xəttinə yeni oyunçular almasına ehtiyac var. Bu mövqelərdə ehtiyat qüvvə azdı və faktiki, rəqabət yoxdu.
 
Bolqarıstanda hazırlıq keçən “Səbail” toplanış zamanı 4 yoxlama oyunu keçirdi. Yerli “Lokomotiv” (Plovdiv) və “Beroe”yə müvafiq olaraq, 0:1 və 0:4 uduzan bakılılar Rumıniya “Klinçeni”si ilə qolsuz heç-heçəyə razılaşdı. “Makedoniya GP” ilə qarşılaşma isə rəqibin minimal hesablı qələbəsiylə başa çatdı.
 
Nəticələr yaxşı deyil. Avroliqanın debütantının hətta qol vura bilməməsi düşündürücü məqamdı. Hiss olunur ki, yenidən yığılan heyət tam komplektləşməyib. Aftandil Hacıyevin bir hücumçunun ümidinə qalması, transferlərdə gecikməsi mənfi məqamdı. Rəqibin də digərləri ilə müqayisədə güclü olduğunu nəzərə alsaq, nikbinliyə əsas qalmır. Rumıniya təmsilçisi “Universtatea Krayova” “Səbail”ə qeyri-ciddi yanaşmasa, möcüzə olmayacaq.
 
FƏRİD

 
tarix: 05-07-2019 12:44


 
Xəbər lenti
16.10.2019

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az