(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
"Dedim, Azərbaycana qayıtsam, yalnız "Qarabağ"da oynayacağam"

"Dedim, Azərbaycana qayıtsam, yalnız "Qarabağ"da oynayacağam"

“Qarabağ” braziliyalı cinah müdafiəçisi Ailton Silvanı 1 illik icarə əsasında heyətinə qatıb.

Futbolinfo.az xəbər verir ki, yeni transfer “köhlən atlar”a keçidi haqda öz fikirlərini bildirib. O, klubun saytına açıqlamasında bunları deyib:

“Qarabağ”a gəldiyim üçün çox xoşbəxtəm, klubun hədəflərindən xəbərim var və əsas məqsədim Çempionlar Liqasının qrupuna gedən yolda komandama kömək etməkdir. Vaxtı ilə Azərbaycanda oynamışam, o zaman “Qarabağ”la danışıqlar olmuşdu, çox təəssüf ki, yarımçıq qaldı. Həmişə fikirləşirdim ki, Azərbaycana qayıtsam, yalnız “Qarabağ”da oynayacam. “Qarabağ”la avrokuboklarda oynamaq şansı daha çoxdur və daha çox diqqət mərkəzində olursan.

Ailton komandanın oyun tərzi və rəqabətdən danışıb:

“Qarabağ”ın hücum, baxımlı futbol oynadığını bilirəm, komandanın daha çox topa sahib olması xoşuma gəlir. Komandanın oyunlarını izləyirdim. Cinah müdafiəçiləri hücumlarda müntəzəm iştirak edir. Burda əlimdən gələni edəcəm ki, öz ötürmə və qollarımla komandama kömək edim. Bura ehtiyatda oturmaq üçün yox, oynamaq üçün gəlmişəm. Məşqlərdə var gücümlə çalışacam ki, oyunlarda verilən şanslardan maksimum istifadə edib əsas heyətin üzvünə çevrilim”.

Cinah müdafiəçisi ən qısa zamanda tam hazır olmaq üçün əlindən gələni edəcəyini bildirib:

“Komanda yoldaşlarımın hansı fiziki durumda olduğunu deyə bilmərəm, mən son iki həftədir “Ştutqart”la məşqdə iştirak edirdim, düzdür, hələ tam hazır deyiləm və ancaq qısa zamanda tam hazır olacağıma ümid edirəm. Avrokuboklarda ilk oyunu cəza səbəbindən buraxacağıma görə çox məyusam. İstərdim, ilk oyundan məşqçinin ixtiyarında olum, amma nə etmək olar? Cavab oyununda meydanda olmaq üçün çalışacam”.

Braziliyalı, “Qarabağ”a ən qısa zamanda uyğunlaşacağını da dilə gətirib:

“Azarkeşlər komanda üçün meydanda hər şeyini ortaya qoyacaq, avrokuboklarda uğur qazanmaq üçün əlindən gələni edəcək bir Ailton görəcək. Avrokuboklarla yanaşı, həm ölkə çempionatında, həm də kubokda da uğurlu nəticələr qazanamaq istəyirəm. Özümü tam bu uğurlara kökləmişəm.

Komandaya gəlməmişdən əvvəl Riçard Almeydayla danışdım, o,burda gözəl ab-havanın olduğunu bildirdi. Komandada 3 ispaniyalı və braziliyalı olması oxşar dil baxımından tez uyğunlaşmağıma kömək edəcək. Bununla yanaşı, Araz Abdullayev və Rahil Məmmədovla birlikdə oynamışam. Ümid edirəm ki, komandama ən qısa zamanda adaptasiya olacam”.


 
tarix: 05-07-2019 13:48


 
Xəbər lenti
18.07.2019

14:41   “Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

14:22   Paytaxt klubunda iki yeni futbolçu

14:00   “Neftçi” - “Speranta” matçına nə qədər bilet satılıb?

13:30   “Nitsa”nın futbolçusu PSV-də

13:07   “Sumqayıt” loqosunu dəyişdi - FOTO

12:56   “Zirə” “Keşlə”yə qarşı - YENİLƏNİR

12:25   “Roma”nın futbolçusu rəsmən Yunanıstan klubunda

12:00   “Qalatasaray” milli üzvü ilə güclənir

11:45   “Səbail” Rumıniya klubu ilə üz-üzə - YENİLƏNİR

11:40   “Neftçi” “Speranta”ya qarşı - YENİLƏNİR

11:37   "Dandolk" - "Qarabağ" matçının vaxtı bilindi

11:25   De Liqt rəsmən "Yuventus"da

11:12   Yenə 26-cı pillədə qaldıq

10:55   Super Liqa klubundan yeni transfer

10:44   Müdafiə batalyonunun fədailəri: baş katibin ssenarisi ilə təkrarlama

10:33   “Atalanta”nın futbolçusu rəsmən “Roma”da

10:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

10:12   “İrlandiyadan sərfəli hesabla dönməliyik”

10:00   Nazarov Bundesliqa klubuna qol vurdu

09:44   Super Liqada yeni mövsümün püşkü atıldı

09:30   Vaqner da Silva: “Hamı bərabər əziyyət çəkdi”

09:17   “Tottenhem”də daha 3 ayrılıq - RƏSMİ

09:00   Parlaq yox, yaxşı oyunla...

02:39   Nigeriya Afrika Millətlər Kubokunda 3-cü oldu

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

13:03  Tunisli futbolçu rəsmən “Yuventus”da

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az