(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Qarabağ”ın rəqibindən 3 transfer

“Qarabağ”ın rəqibindən 3 transfer

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Partizani” klubu heyətini 3 yeni futbolçuyla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Albaniya təmsilçisi “Uypeşt”dən Teofulis Solomonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

“Partizani” “Skenderbeu”dan isə 24 yaşlı qapıçı Aldo Teqyanı heyətinə qatıb. Alban futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Son olaraq İtaliyanın “Krotone” klubunda forma geyinən Aristoteles Romero da karyerasını “Partizani”də davam etdirəcək. 23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Romero 5 dəfə formasını geyindiyi Venesuela millisində 1 qol vurub.

“Qarabağ”la “Partizani” arasında ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.


 
tarix: 05-07-2019 14:43


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az