(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Trabzonspor”dan 2 yeni transfer, 1 yeni müqavilə

“Trabzonspor”dan 2 yeni transfer, 1 yeni müqavilə

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın “Verder” klubundan Ahmet Canbazı transfer edib.

21 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Gənc futbolçuya 2019/20 mövsümündə 625 min, 2020/21 və 2021/22 mövsümlərində isə 630 min Türkiyə lirəsi məvacib veriləcək.

Trabzon klubu bu keçidə görə “Verder”ə 125 min avro təzminat ödəyəcək. Futbolçu azı 15 rəsmi oyuna çıxacağı və klubu UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayacağı təqdirdə, Bremen klubu daha 100 min avro gəlir əldə etmək şansına malikdi. Almaniya təmsilçisi Canbazın başqa kluba satışından da müəyyən qazanc götürəcək.

“Trabzonspor” Bosniya və Herseqovinanın “Mladost” klubunun futbolçusu Nemanya Anduşiçi də transfer edib. 22 yaşlı bosniyalı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 2019/20 mövsümündə 115 min, qalan mövsümlərdə isə 100 min avro gəlir əldə edəcək. “Trabzonspor” “Mladost”a da 50 min avro təzminat ödəyəcək.

Trabzon klubu daha bir futbolçusu ilə də müqavilə müddətini uzadıb. Belə ki, nigeriyalı futbolçu Antoni Nvakaemenin anlaşmasının müddəti 2022-ci ilə qədər artırılıb. Yeni müqaviləyə əsasən, 30 yaşlı forvard bundan sonrakı hər bir mövsümdə 1,5 milyon avro gəlir əldə edəcək. Onu almaq istəyən klublar isə bundan sonra sərbəstqalma məbləği kimi 4 yox, 6 milyon avro təzminat ödəməlidilər.

Nvakaeme ötən ildən şərəfini qoruduğu Super Liqa klubunda 27 oyuna 10 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.


 
tarix: 06-07-2019 22:15


 
Xəbər lenti
06.12.2019

00:23   “Beşiktaş”dan darmadağın

05.12.2019

22:54  “Neftçi” rəhbərliyi Şenol Günəşlə görüşüb

22:40  AFFA-da Şenol Günəşlə görüş

19:33  “Liverpul” rekordunu yenilədi

19:05  Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə

18:31  “Payız turniri”nin qalibi bəlli oldu

18:03  AFFA Həmkarlar İttifaqı Lənkəranı da “tutdu”

18:00  İspaniya superkubokunun təqvimi açıqlandı

17:37  Milli komandada baş məşqçi ayrılığı

17:15  Bir oyun, üç debüt

16:51  Qadze arxayınlığın qurbanı olduqlarını düşünür: “Ona görə cəzalandırıldıq”

16:36  İran yığmasının baş məşqçisi istefa verdi

16:14  Şenol Günəş Bakıda - FOTO

15:53  1/4 final mərhələsinin oyun cədvəli açıqlandı

15:34  “Qarabağ”ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR

15:16  “Zirə”nin ən böyükhesablı qələbəsi

14:54  “Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”

14:32  “Yuventus”un futbolçusu 3 ay oynamayacaq

14:11  Birinci Divizion: 13-cü turun hakimləri bilindi

13:54  Premyer Liqada 14-cü turun hakim təyinatları açıqlandı

13:36  “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər

13:00  Kataloniyanın ən yaxşı futbolçusu

12:32  “Keşlə” 100-ü yarıladı

12:15  Millimizin üzvü həbs oluna bilər

12:03  Azərbaycan yığması Millətlər Liqasında sonuncu səbətdə

11:51  “Sabah” rekordunu təkrarladı

11:47  Ponomaryov tənqid etdi: "Mançester Yunayted" məktəbi. Hə, nə olsun?

11:35  Prosineçkiyə dönüş yersiz vaxt və maliyyə itkisidi

11:14  Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda

10:52  “Fənərbaxça”da Mozes şoku

10:30  Təbriz klubu səfərdən 1 xalla döndü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az