(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Roma”nın hücumçusu rəsmən Çin klubunda

“Roma”nın hücumçusu rəsmən Çin klubunda

Çinin “Şanxay Şenxua” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın “Roma” klubundan Stefan Əl Şaaravini transfer edib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

“Şanxay Şenxua” Stefan üçün “Roma”ya 20 milyon avro təzminat ödəyib. İtalyan futbolçu yeni klubunda 3 ilinə 40 milyon avro qazanacaq.

“Cenoa” klubunun yetirməsi olan Stefan, “Milan”, “Monako” kimi komandalarda da çıxış edib. O, 23 dəfə formasını geyindiyi İtaliya millisində 3 qol vurub.


 
tarix: 08-07-2019 12:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az