(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA-nın yeni milliləşdirmə dalğası: İran, Türkiyə və Almaniyada axtarış başladı

AFFA-nın yeni milliləşdirmə dalğası: İran, Türkiyə və Almaniyada axtarış başladı

“Kayserispor”un yarımmüdafiəçisi Hasan Hüseyinin millimizdən dəvət aldığını dilə gətirməsi təsadüf deyil. AFFA da xəbəri dolayısı ilə təsdiq edib, futbolçuyla təmasa keçilmədiyini, amma belə bir fikir olduğunu açıqlayıb.

AFFA hər nə qədər bunun məşqçilərin təşəbbüsü olduğunu, amma futbolçuya təklif göndərilmədiyini bəyan etsə də, Hasanın dəvət aldığını bildirməsi, artıq məsələdən xəbərdar olduğunu göstərir. Deməli, menecerlər iş başındadı, “quşlar xəbəri uçurub”.

“Keşlə”də bir həftə içində doqquz iranlının sınaqdan keçirilməsi də adi olay deyil. Cənubi azərbaycanlı qardaşlarımız dəvət edilib ki, onların içindən 1-2 nəfər seçilsin, milliləşdirilsin. Baş məşqçi Tərlan Əhmədov bu dəstədən heç kimin işə yaramadığına qərar verib, lakin proses davam edəcək, yenə baxışa gələnlər olacaq. Hətta bəyənilməyən bu oyunçulardan kiminsə sabah “Sumqayıt”da peyda olduğunu görsəz, təəccüblənməyin.

Əldə etdiyimiz məlumata görə, AFFA milli komandamızın gücləndirilməsi, heyətdə rəqabətin artırılması üçün yenidən milliləşdirmə prosesinə start vermək istəyir. “Keşlə” və “Sumqayıt” rəhbərliyinə ən azı bir İran vətəndaşını komandaya götürmək tapşırılıb. Həmin futbolçular azərbaycanlı olmalı, yığma üçün milliləşdiriməlidilər.

“Keşlə” hələlik axtarışdadı, “Sumqayıt” isə 3 nəfəri gözaltı edib, onları tezliklə düşərgəyə dəvət edəcək. Artıq bir nəfərin millinin növbəti toplanışlarına çağırılacağı dəqiqdi. Yeni gələcək oyunçular öz yerində, qışdan “Sumqayıt”da çıxış edən Peyman Babayi haqda qərar verilib. Baş məşqçi Nikola Yurçeviç onu qarşıdakı oyunlarda siyahıya salacaq.

Axtarışlar təkcə İranda aparılmır. Bu ölkəylə əlaqəsi olan “Keşlə” rəsmisi Ramiz Məmmədov işə qoşulub. O, uzun illər oynadığı, işlədiyi qonşu ölkədən namizədləri gətirir. Türkiyədə və Almaniyada axtarışlar isə digər 2 menecerə həvalə edilib. Onlar bir neçə türkiyəlinin arasından seçim edir və azı 1 nəfəri yığmamıza gəlməyə razı salmaq tapşırığı alıblar. Hasan Hüseyin “radar”a düşən ilk futbolçudu.

AFFA-nın addımının səbəbi bəllidi. 10 ildən artıq müddət boşa verilib, uşaq futbolunda ciddi işlər görülməyib, yeni nəsil yoxdu. Buna görə də milli komandanı gücləndirmək üçün əcnəbilərə qucaq açmağa məcburdular. Avropa çempionatının seçmə mərhələsində ardıcıl 3 məğlubiyyətdən sonra vəziyyəti qismən düzəltmək üçün heyətin hansı yolla olur-olsun gücləndirilməsi lazım bilinib.

Təbii ki, uğursuz cəhddi. Ufuk Budak, Pərdis Fərcad-Azad, Tuğurul Erat, İlter Taşkın, Cihan Özkara, Uğur Pamuk, Əli Gökdəmir, Dəniz Yılmaz və başqalarını görmüş adamlarıq, onları isə çoxdandı görən yoxdu. Yeni dalğa da heç nəylə fərqlənməyəcək, sadəcə, işbazların yeni oyunudu. Futbol təsərrüfatını əldən vermək istəmir, hər dəfə yeni hoqqayla özlərini işgörən kimi göstərirlər. Amma hər dəfə belə addımlar bizi uçuruma bir az da yaxınlaşdırır.

Bizə “arkadaş”, “baba” lazım deyil. Özümüzdə kifayət qədər istedadlı uşaqlar var, onları tapmaq, yetişdirmək, inkişaflarına nail olmaq lazımdı. Futbolla oynamayın, imkan verin uşaqlarımız futbol oynasın!

FƏRİD


 
tarix: 09-07-2019 09:00


 
Xəbər lenti
22.09.2019

19:36   Emil Balayevli “Tobol”dan növbəti qələbə - VİDEO

19:30   “Neftçi” azlıqda qaldı - YENİLƏNİR

19:10   “Rəsmi oyunlara qədər bunlar yoluna qoyulacaq”

17:52   Millimiz Rusiyaya məğlub oldu

15:59   “Barselona” 25 ildən sonra…

14:46   Vüqar Əsgərov “Liepaya”nı məğlubiyyətdən xilas edə bilmədi

13:28   Millimizin üzvü ehtiyatda qaldı, komandası uduzdu

12:45   Ufuk Budak debüt etdi, “Altınordu”...

12:12   MS-dən 8 cavabsız qol - VİDEO

11:59   Sertan Taşqın: “Hiss edirdim ki, alınacaq”

11:33   Amil Yunanov: “Keşlə” karyeram məni geri saldı”

11:10   Rasim Ramaldanov: “İlk “beşliy”ə düşəcəyik, hətta...”

11:05   Əliyev fasilədə əvəzləndi, darmadağına sevindi

10:55   Fariz Nəcəfov: “AFFA bizə sponsor tapsa, çox sevinərdim”

10:48   “Qarabağ”da istirahətə son, məşqə davam

10:14   İsrafilov üçün 90 dəqiqə və 3 xal

09:30   Turabovun komandasından “Partizani”ylə heç-heçə

00:57   “Barselona”dan 5 oyuna 2-ci məğlubiyyət, “Atletiko”dan xal itkisi

00:44   “Yuventus”dan çətin qələbə, derbidə “İnter” sevindi

21.09.2019

23:59  “Monako” yenə qələbəyə həsrət qaldı

23:35  “Fənərbaxça”dan əzmkar qələbə

23:12  “Bavariya”dan darmadağın

22:54  “Mançester Siti” 3 xalı 8 cavabsız qolla qazandı

22:28  “Səbail” - “Qəbələ” 1:1 - VİDEO

22:22  “Qarşımıza heç ikinci yer hədəfi də qoyulmayıb”

22:14  Elmar Baxşıyev: “Heç kimdən çəkinmirik”

21:37  “Sabah” “Sumqayıt”a uduzdu, “Səbail”lə “Qəbələ”dən heç-heçə

20:55  “Sumqayıt” “Sabah”ı tək qolla yendi - VİDEO

19:56  Ayxan Abbasov: “Bu gün tam başqa yerdə olmalıydıq”

19:48  “Sabah”ın hücum xəttində çatışmazlıq var”

19:03  Novruzovun komandası 3 xalı tək qolla qazandı

18:25  Rüfət Dadaşov üçün 83 dəqiqə və 1 xal

16:49  Külək - millimizin ardıcıl məğlubiyyətlərinin günahkarı

15:15  “Neftçi”nin oyununun biletləri satışa çıxarıldı

15:13  Millimiz Belarusa yenə məğlub oldu

15:02  “Barselona”dan daha bir ilk

14:47  Monçi: “Qarabağ”la oyun asan keçmədi”

13:33  Ekşteynin problemi: “Qol vura bilmirik”

13:19  Avroliqa: Azərbaycanın ən yaxşısı Pavel Paşayevdi

12:39  UEFA millimizin rəqibinin hücumçusunu cəzalandırdı

11:41  UEFA “Qarabağ”ı yenə cərimələdi

11:09  Azərbaycanlı futbolçu rəmzi komandada

10:40  “Səbail”lə “Qəbələ”nin 11-ci dueli

10:11  Dadaşov oynadı, komandası ilk qələbəsini qazandı

09:37  Millimizin üzvü üçün 7 dəqiqə və 3 xal

09:00  “Dürüst olsam, bunu gözləmirdim” - Yevgeni Koçuk

01:06  La Liqada tur heç-heçə ilə başladı

00:56  “Sauthempton” “Bornmut”a doğma meydanda uduzdu

00:45  3 xalı 3 qolla qazandılar

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az