(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Milan” milli üzvünü transfer etdi

“Milan” milli üzvünü transfer etdi

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Bosniya və Herseqovina yığmasının yarımmüdafiəçisi Rade Kruniçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Empoli”dən transfer olunan futbolçu ilə 5 illik müqavilə imzalanıb.

İtaliya mətbuatının yazdığına görə, “Milan” bu keçid qarşılığında “Empoli”yə 8 milyon avro təzminat ödəyəcək.

Kruniç ötən mövsüm “Empoli”nin heyətində 34 oyuna çıxıb, 5 qola imza atıb.


 
tarix: 09-07-2019 09:45


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az