(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Aftandil Hacıyev: “Rəqib favoritdi, amma biz də nəticə əldə edə bilərik”

Aftandil Hacıyev: “Rəqib favoritdi, amma biz də nəticə əldə edə bilərik”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Universitatya Krayova" klubuna qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

- "Səbail"in bu turnirdə iştirakı böyük bir təcrübə olacaq. Ən böyük məqsədimiz bizi dəstəkləyən azarkeşlərimizi sevindirməkdi. Ötən il qazandığımız nəticələrdə azarkeşlərimizin əziyyəti az olmadı. Bizi maraqlı oyun gözləyir. Rəqib haqda ancaq müsbət şeylər deməyə məcburam. Bu komandaya qarşı ən azından sonadək mübarizə aparmaq düşüncəsindəyik. Meydanda az səhv etsək, istədiyimiz oyunu nümayiş etdirə bilərik.

- Baş məşqçi kimi bu komandadan sabah hansı oyunu gözləyirsiz?
- Heyətimizdə dəyişikliklər olub. 11 futbolçu ilə yollar ayrılıb. Bəzilərini heyətimizdə saxlaya bildik. Qısa müddətdə 6-7 futbolçu transfer etmişik. Komandada istədiyim rəqabət yoxdu. Ancaq ayrı-ayrılıqda təcrübəli futbolçularımız var. İnanırıq ki, bu təcrübə ilə sabahkı görüşdə fayda əldə edəcəyik.

- Rəqib sürətli futbol sərgiləyir. Onların oyunun əvvəlindəki təzyiqlərinə bir hazırlığınız var?
- Baş məşqçiləri yenidi. Amma uzun müddət bu komandada olub. Aşağı yaş qruplarında çıxış edib, müəyyən müddətdə baş məşqçinin köməkçisi olub. İndi də baş məşqçidi. Rəqibi təhlik etmişik. Futbolçulara da bunları çatdırmışıq. Rəqibə qarşı planımız var. Sürətli hücumlarının qarşısını alıb, onları təəccübləndirməyə hazırıq.

- Razı qalmadığınız komandadan Avroliqada nəyi gözləyirsiz?
- Oyunçuların bir neçəsi komandaya gec qoşuldu. Uyğunlaşma bir az zaman tələb edir. Ötən mövsüm də bu problemlə qarşılaşmışdıq, ancaq qışdan sonra inkişaf özünü göstərdi. İndi yenidən tez bir zamanda nəticə gözləmək çətin olacaq. Bu oyunlar üçün əsas motivasiya önə çıxacaq. Bu nə dərəcədə alınacaq, bunu zaman göstərəcək. Hələ də istədiyimiz səviyyədə deyilik.

- Bu, həm "Səbail"in, həm də sizin avrokublarda debüt matçınızdı. Bu, komandaya necə təsir edəcək?
- "Səbail"in debütü böyük uğurdu. Cütün favoriti rəqib komandadı. Təcrübələri var, ancaq bizim ilk oyunumuz olacaq. İstəyirik ki, yaddaşlarda yaxşı, qalaq.

- İstədiyiniz təcrübəli hücumçu var idimi?
- Rəhbərliklə söhbətimiz oldu. Bu ilki strategiyamız yerli futbolçulara üstünlük verməkdi. Mirabdulla Abbasovun transferi yerli bazarda səs-küylü oldu. İstərdik ki, Mirabdulla üçün rəqabət edəcəyi bir hücumçu olsun. Çalışacağıq ki, ilk mərhələdə əlimizdə olan futbolçularla nəticə qazanaq.

- Futbolçuların hazırlığı necədi?
- Çalışırıq ki, futbolçuları inandıraq. Sabahkı oyunda ən yaxşı vəziyyətdə olacaqlarına ümid edirəm.

- Rəqibin özünəinamlı olması sizi qıcıqlandırmır?
- Bunu normal qarşılayırıq. Özümüz də inanırıq ki, istədiyimiz mübarizəni aparıb, nəticə əldə edə bilərik.

- İstədiyiniz nəticə nədi?
- Məğlub olmamaq.

- "Səbail" sabah ikinci nömrə ilə oynayacaq?
- Müdafiədə səhv etməmək üçün çalışacağıq.

- Qapıçı kim olacaq?
- Bu, bizim problemli mövqeyimizdi. Danirl Bojinovski və Elxan Əhmədov var. Kamal Bayramov məşqdə zədələnib. Üçüncü qapıçı kimi Fərhad Vəliyevi sifariş etmişik. Sabah qərar veriləcək. (komanda.az)


 
tarix: 10-07-2019 18:30


 
Xəbər lenti
07.12.2019

18:07   “Atletiko”nun yeni rekordçusu

17:00   Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10   “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21   La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08   “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47   “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32   Yılmaz Vural yenə millimizə göz dikib?

12:00   Premyer Liqa klubunda yeni baş məşqçi

11:19   Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14   Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59   Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44   Debütant rəqabətə hazırdı

09:30   İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15   Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00   Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az