(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Bordin: “Moldovaya yaxşı nəticə və qələbə üçün gəlmişik”

Bordin: “Moldovaya yaxşı nəticə və qələbə üçün gəlmişik”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Speranta” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransına qatılıb.

Futbolinfo.az xəbər verir ki, 54 yaşlı italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Sabahkı oyunla bağlı nə deyə bilərsiz?
- Bir neçə müddətdən sonra Moldovaya qayıtdığıma görə sevinirəm. "Şerif"lə yaxşı uğurlar qazanmışam. Bizi ciddi rəqib gözləyir. Bunu anlayırıq. Ona görə daha erkən gəldik ki, yaxşı hazırlaşa bilək və uyğunlaşaq.

- "Speranta"nın prezidenti vurğulayıb ki, rəqiblə fərqimiz odu ki, biz pomidor satırıq, onlar isə neft satırlar...
- Rəqib komandanın prezidentinin dediyi sözlərə şərh vermək istəmirəm. Biz futbol oynamağa gəlmişik. Bunun isə futbola aidiyyatı yoxdu.

- Dabo və Mustivarın olmaması "Neftçi"yə nə qədər təsir edəcək?
- Onlar ilk günlərdən bizimlə məşq etmirlər. Onlarsız hazırlaşmışıq. Dabonun əvəzinə keyfiyyətli Stiven Monroz var. Hər mövqedə yaxşı oyunçularımız mövcuddu.

- İkinci dəfə "Neftçi"də baş məşqçi kimi Avropa Liqasında mübarizə aparacaqsız. Birinci dəfəki oyunda uğursuzluğun yaşanmaması üçün kollektivi oyuna kökləyə bilmisiniz?
- Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq. Onlar fiziki olaraq bizdən üstün ola bilərlər. Çünki Moldovada çempionat davam edir. Biz son bir ayda çox yaxşı hazırlaşmışıq.

- "Neftçi"də yeni oyunçular var. Komanda ilk rəsmi oyunu səfərdə keçirəcək. Bu, yeni futbolçular üçün üstünlükdürmü?
- Yeni gələn oyunçular komandaya yaxşı uyğunlaşıblar. Çalışacaqlar ki, gözləntiləri doğrultsunlar və özlərini yaxşı tərəfdən göstərsinlər. Ev və ya səfər oyunu olmasının fərqi yoxdu.

- İlk oyunda hansı nəticə sizi qane edir?
- Əlbəttə ki, məğlub olmamaq. Yaxşı nəticə və qələbə üçün gəlmişik. Amma nəzərə almaq lazımdı ki, Avropa Liqası iki matçdan ibarətdi. Ehtiyatlı davranmalıyıq.

- Roberto Bordin amili "Neftçi' üçün üstünlükdü, yoxsa onu yaxşı tanıyan rəqib üçün?
- Əlbəttə ki, rəqibin baş məşqçisini və oyunçularını yaxşı tanıyıram. Onlar evdə oynayırlar. Bizə qarşı ilk dəqiqələrdə pressinq edə və hücuma can ata bilərlər. Biz isə buna imkan verməməyə çalışacağıq.

- Moldova çempionatını izləyirdinizmi?
- Moldovadan gedəndən sonra çempionatı o dərəcədə izləmirəm. Rəqibi təhlil edəndə baxdım. Onlara hörmətlə yanaşıram.

- "Forza Neftçi" azarkeş qrupu neçə kilometr yol qət edərək Moldovaya gəlib. Bu barədə nə deyə bilərsiniz?
- Çalışacağıq ki, gözəl oyun göstərək və azarkeşləri sevindirək. İnanıram ki, matçın sonunda yaxşı nəticəni qeyd edəcəyik. Onlar hər zaman bizim yanımızda olublar və komandanı dəstəkləyiblər. Bu isə bizə motivasiya verir. (Report)


 
tarix: 10-07-2019 20:40


 
Xəbər lenti
07.12.2019

11:19   Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14   Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59   Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44   Debütant rəqabətə hazırdı

09:30   İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15   Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00   Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az