(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Qarabağ” üslubunda start

“Qarabağ” üslubunda start

Avrokuboklar mövsümü bizim üçün qolsuz başladı. “Qarabağ”ın üslubuna uyğun, hər il bizi adət etdirdikləri kimi...

“Partizani” superkomanda deyil, ağdamlılar bu rəqibi keçməyə borcludu və Bakıda möcüzə baş verməsə, belə də olacaq. Çempionumuzun hətta növbəti rəqibini də sıradan çıxaracağını söyləmək olar. Potensial rəqiblərin hər ikisi – həm İrlandiya “Dandolk”u, həm də Latviya “Riqa”sı “Qarabağ”ın dişinə görədi. Sonrası? Bax, o püşkdən və ağdamlıların transfer fəaliyyətində necə davranmasından asılı olacaq.

Albaniyada qolsuz heç-heçə hamını məmnun etməyib. Mətbuatda, sosial şəbəkədə yazılanlardan bəlli olur ki, əksəriyyət qələbə gözləyirmiş. Əladı, “Qarabağ” hədəfləri, gözləntiləri özü böyüdüb,ona görə bu fakta görə inciməməlidilər. Nümunə olmaq çətin və məsuliyyətlidi, daim zirvədə qalmağa məhkumsan.

“Qarabağ” həmişə belə başlayır, zəif rəqibləri təcrübəsi hesabına keçir, oyundan-oyuna “artırır” və həlledici görüşlərdə formasının zirvəsində olur. Belədə qrupa düşmək daha rahat alınır. Ona görə dünən Albaniyada qələbə qazanmamaq başadüşüləndi, komanda hələ hazırlıq vaxtı verilən yükləməni üzərindən atmayıb, hər həftə daha yaxşı olacaq.

Doğrusu, “atlılar” dünən hətta təəccübləndirdi. Komanda faktiki ötən mövsümkü, hətta müxtəlif səbəblərdən zəifləmiş heyətlə daha yaxşı çıxış etdi. “Partizani” 49-51-ci dəqiqələrdəki basqı və 3 təhlükəli epizod xaricində heç nəylə yadda qalmadı. Matçboyu diqtə edən və səfərdə sərfəli hesabı təmin edən “Qarabağ” gördük. Daha yaxşı ola bilərdi, amma olmadısa, bu, komandanı baltalamaq üçün əsas deyil.

Oyunçuları ayrı-ayrılıqda analiz etməyəcəm. Baş məşqçi Qurban Qurbanovun məcburi rotasiyaları üzündən müəyyən fərqliliklər var idi. Düzdü, ağdamlıların orta xətti nisbətən yaşlıdı. Bu, indiki halda zəif rəqibləri keçmək üçün təcrübəyə çevrilirsə, daha dinamik oynayan komandalarla görüşlərdə problem yaradacaq – sürətdə büdrəmələr ola bilər. Ümid edək ki, həmin zamana kimi transfer çalışmaları yekunlaşar və komanda yeni qanla təmin edilər.

“Qarabağ” uğursuzluqdan da sığortalanmayıb. Təsadüfi qol, qırmızı vərəqə, hakim səhvi, lap elə oyununun alınmaması – mümkündü və bu halda faciəvi nəticə qeydə alınacaq. Bəlkə bu il, bəlkə gələn mövsüm, nəvaxtsa mütləq baş verəcək. Ağdamlıların son illərdə nələrə nail olduğunu o zaman anlayacağıq. Bu gün nəticə tələb etdiyimiz komandanı yükləyib məhv etməməliyik. Yeni transferlər gözləyirik. Amma limitin mövcud olduğu rəqabətsiz Azərbaycan Premyer Liqası üçün indiki heyət də yetərlidi. Avrokuboklarda hədəfləri əcnəbilərlə böyütmək olar. Bununla belə, izafi xərclərin çox şeyi dəyişməyəcəyini başa düşməliyik. 5-6 ulduz almaq mümkündü, lakin klubun büdcəsi ağıllı idarə olunmalıdı, dəlisovcasına yox.

İndiki halda, “Qarabağ” yoluna davam edir, ağıllı qrafik müəyyənləşdirib. Bəli, komandanın hazırlığı “Partizani”ni Albaniyada darmadağın etməyə hesablana bilərdi. O zaman həlledici məqamda, növbəti mərhələlərdə komanda dayanacaq, hətta çempionata da bərbad start verəcək. Bu səbəbdən məşqçilər heyətinin planlarına hörmət etməliyik. Bir şərtlə ki, istənilən halı ilə komandanın bir əla hücumçuya ehtiyacı var, imkan daxilində digər mövqelərə də əl gəzdirilməlidi.

FƏRİD


 
tarix: 11-07-2019 09:00


 
Xəbər lenti
16.10.2019

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az