(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Papure “Səbail”də 2 oyunçunu fərqləndirdi

Papure “Səbail”də 2 oyunçunu fərqləndirdi

Rumıniyanın “Universitatya Krayova" klubunun baş məşqçisi Korneliu Papure Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis 3:2 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Yaxşı oyun alındı. 3 qol vurduq, başqa şanslarımız da oldu. 2 lazımsız qol buraxdıq. Oyunçularımın çıxışından çox razı qaldım. Avropa Liqasında 26 il sonra ilk qələbəmizi qazandıq. Ümid edirəm ki, bundan sonra da yaxşı nəticələr qazanarıq.

- Demək olarmı ki, növbəti mərhələ üçün əsas favorit sizsiniz?
- Əlbəttə, səfər oyununda 3 qol vurmaq yaxşıdı. Biz favoritik, başqa heç nə haqda düşünmək düz deyil. Əsas olan motivasiyasımızı qorumaqdı.

- Kifayət qədər şans qazandız, amma əksər şanslardan yararlana bilmədiz. Bunu meydança amilinə bağlamaq olar?
- Kifayət qədər şansımız var idi, ən böyüyü də son dəqiqədə. Çoxlu səhvlər etdik, ancaq bu mövsümün əvvəli olduğu üçün normal sayıla bilər.

- “Səbail”də "Real" və "Çelsi"də oynamış Maykl Essyen var idi. Siz isə 16 yaşlı futbolçuya debüt şansı verdiniz...
- Onun üçün debüt önəmli idi. Daha önəmlisi karyerasını düşünməlidi. O, öz üzərində çalışsa, Essyen kimi güclü klublarda çıxış edər.

- 2 lazımsız qol buraxdığınızı dediz. Burada qol buraxmadan qələbə qazanmaq istəyirdiz?
- Qolların biri standart vəziyyətdən, biri də bizim top itkimizdən oldu. Qol buraxmamaq komanda üçün müsbət haldı.

- Rəqib komandanın heyətindən kimi öz komandanıza götürərdiz?
- Rəqibin yarımmüdafiəsində yaradıcı, keyfiyyətli oyunçular var idi. Rahid Əmirquliyev və Yevgeni Koçuku xüsusilə fərqləndirərdim. Heyətimizdə kimi görmək istərdim deyə bir düşüncəm yoxdu. (komanda.az)


 
tarix: 11-07-2019 22:29


 
Xəbər lenti
18.11.2019

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az