(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Ramin Musayev: “Volqa” ilə BMW heç vaxt ötüşə bilməz”

Ramin Musayev: “Volqa” ilə BMW heç vaxt ötüşə bilməz”

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “Səbail”in evdə Rumıniya “Universitatya Krayova"sına 2:3 hesabı ilə uduzduğu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunundan sonra brifinq keçirib. 

Futbolinfo.az xəbər verir ki, Musayev əvvəlcə oyunu dəyərləndirib:

- "Ümid sonda ölür" deyiblər. Amma açığı, rəqibdən daha güclü oyun gözləyirdim. Bəlkə də bu fikrimlə razılaşmaya bilərsiniz. Amma unutmayaq ki, "Səbail" avrokuboklarda ilk dəfə iştirak edir, yeni komandadır. Rəqibin isə 71 illik tarixi var. Maddi durumu da nəzərə almalıyıq. Bu yaxınlarda oyunçularından birini 11 milyon avroya satdılar. Bu, "Səbail"in ən azı 5 illik büdcəsi deməkdir. Lakin bunlar o anlama gəlməməlidir ki, komandamız zəif oynamalı idi. Buna zəif çıxış da deməzdim. Heyətdə gənc futbolçular çoxdur. Onlar avrokuboklarda debüt etdiklərindən, istər-istəməz bir qədər çəkinirdilər. Deyərdim ki, "Səbail"ə, gənc komanda və baş məşqçiyə avrokuboklarda iştirak etməsinə görə təbrik düşür.

- Fasilədə Eltun Yaqubluya dediniz ki, komandanı səslə. Hiss olunurdumu ki, "Səbail" rəqibdən qorxur?
- "Neftçi"də çalışdığım vaxt Belçikada "Anderlext"lə oynadığımız vaxt 70 min azarkeşin qarşısında ilk 25 dəqiqədən sonra bilmirdik hara qaçaq. Bu gün "Universitatya" köklü komandadır, danmaq olmaz. Rumıniya komandaları ilə oyunlarımız dava ilə bitirdi. Çox çətin rəqib idilər. Yenə deyirəm: "Səbail"ə təbrik düşür. İlk növbədə, onlara. Başqa cür ola bilməz. Digər tərəfdən, güc məsələsi var. "Volqa" ilə BMW heç vaxt ötüşə bilməz.

- Digər avrokubok təmsilçilərimizdən nə gözləyirsiniz?
- "Neftçi"ni səfər qələbəsi münasibətilə təbrik edirəm. "Qarabağ" Albaniyada qolsuz heç-heçə etsə də, yəqin ki, burada öz hünərini göstərəcək. "Qəbələ"yə isə Avropa Liqasının II təsnifat mərhələsində uğurlar arzulayırıq. Fikrimcə, ən çətin rəqib "Səbail"ə qismət olub.

- Azərbaycan Premyer Liqasında yeni mövsümdən hansı yeniliklər gözləmək olar?
- Yeniliklərimiz çoxdur. Onu burada sadalamağa vaxt çatmaz. Bu yeniliklərin hazırlanmasında PFL-in Texniki İdman Şöbəsinin yeni rəisi Elgiz Abbasovun böyük rolu var.

- Sizin nəzarət etdiyiniz dövrdə hakimlər ildə iki dəfə xaricdə təlim-məşq toplanışı keçirdilər. Amma indi ölkədən kənara çıxmırlar. Bu, nə ilə bağlıdır?
- Mən sırf çempionatla məşğulam. Çempionat ağır olduğu üçün xahiş etdik ki, hakimlərə nəzarəti bizdən götürsünlər.


 
tarix: 12-07-2019 09:00


 
Xəbər lenti
07.12.2019

18:07   “Atletiko”nun yeni rekordçusu

17:00   Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10   “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21   La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08   “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47   “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32   Yılmaz Vural yenə millimizə göz dikib?

12:00   Premyer Liqa klubunda yeni baş məşqçi

11:19   Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14   Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59   Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44   Debütant rəqabətə hazırdı

09:30   İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15   Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00   Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az