(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Rauf Əliyev: “Rəqib baş məşqçinin cavabını verə bildik”

Rauf Əliyev: “Rəqib baş məşqçinin cavabını verə bildik”

“Neftçi”nin futbolçusu Rauf Əliyev Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Speranta” klubunu 3:0 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu öncə qarşılaşma barədə fikirlərini söyləyib:

- Səfərdə 3:0 hesabı çox yaxşı nəticədir. Birinci mərhələ olsa da komandada arxayınlıq yox idi. Düşünürdük ki, səfərdə oynayırıq və buraxdığımız bir qol bizə problem yarada bilər. Sevinirik ki, hər şey bizim üçün yaxşı başladı. Demək olar ki, mərhələnin 60 faizini həll eləmişik. İndi evdə oynayacağıq. 3:0 yaxşı nəticə olsa da bu futboldur. Evdə də arxayınlıq olmamalıdır. Çalışacağıq ki, yenə qələbə qazanaq.

- Öncədən bu nəticəni gözləyirdinizmi?
- Düzünü desəm mən gözləmirdim. "Sperantsa" bizim üçün sürpriz komandadır. Onları bir o qədər tanımırdıq. Hardasa bu nəticəni gözləmirdim. Qol vuracağımıza isə inam var idi. Amma 3:0 həqiqətən gözlənilməz oldu.

- Oyunda istəkli olsanız da fərqlənə bilmədiniz...
- Birinci rəsmi oyunum idi. Komandada debüt etdim. Əlimdən gələni etməyə çalışdım. Qol vurmaq istəyirdim. Komandanın qələbə qazanmasında pay sahibi oldumsa, mənim üçün sevindirici haldır.

- Artıq Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" komandası ilə oyunları düşünmək olar?
- Şablon danışmaq istəmirəm. Amma yenə də oyunumuz var. İndidən "Arsenal" barədə danışmaq düzgün deyil. İkinci oyunu da oynayaq. Görək necə olur.

- Ürəyinizdən keçirmi ki, artıq bu mərhələni adladıq və bunlar bizə Bakıda heç bir çətinlik törədə bilməz.
- İstəmirəm ki, desinlər ki, indidən ikinci mərhələni fikirləşir. Hər şey bizim ürəyimizcədir. İkinci oyunu da oynamaq lazımdır. Ondan sonra tam "Arsenal" haqqında düşünmək olar.

- Rəqibin baş məşqçisi Kristian Efros oyundan öncə iddialı danışdı. Belə bir ifadə işlətdi ki, nəyinki "Neftçi", "Real Madrid"lə oynasaq da favorit bizik. Öz oyununuzla ona cavab verdinizmi?
- Yəqin ki, rəqib baş məşqçiyə cavab vermişik. Amma onlar da belə ifadələr işlətməklə özlərinə inam qazandırmaq istəyirdilər. Bu gün səfərdə 3 top vurmuşuqsa, yəqin ki, onun cavabını verə bilmişik.

- "Forza Neftçi" azarkeş qrupu sizi bu səfər matçında dəstəkləmək üçün Moldovadır. Bu sizə əlavə motivasiya verdimi?
- Əlbəttə. Bu bizə 100 faizlik motivasiya verdi. Təklikdə hər birinə təşəkkür edirəm. Bu qədər yolu qət edib, gəliblər və əziyyət çəkiblərsə, artıq bu onların komandaya necə bağlı olduqlarını göstərir. Bütün "Neftçi" sevərlərə, fanatlara təşəkkür edirəm. Turu onlara hədiyyə edəcəyik. (Report)


 
tarix: 12-07-2019 09:31


 
Xəbər lenti
20.10.2019

02:00   “Neftçi” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı - YENİLƏNİR

00:57   “Barselona”dan darmadağın, “Real”dan məğlubiyyət

00:38   “Yuventus”la “Napoli”dən növbəti qələbə

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az