(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Essyenə qurban verilən oyun

Essyenə qurban verilən oyun

Hələlik sürpriz yoxdu. Püşkdən sonra verilən proqnozlar özünü doğruldur.
 
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutan ilk oyunlar gözlənildiyi kimi bitdi. “Səbail” debüt etdiyi yarışda layiq olduğu məğlubiyyəti aldısa, “Neftçi” də çox üstün olduğu rəqibi darmadağın etdi.
 
“Universitatya Krayova” “Qarabağ”a ciddi problem yaradacaq, “Neftçi”yə uduzmayacaq səviyyədə rəqibdi. Tipik rumın futbolu oynayan bu komanda aqressiv, döyüşkən kollektivə malikdi, texnikalı futbolçuları, bəlli oyun üslubu var. “Səbail” bəlkə də qrup mərhələsinə düşməyə əsas namizədlərdən birinə yenildi.
 
Baş məşqçi Aftandil Hacıyev uyğun taktika seçmiş, komandanı matça yaxşı hazırlamışdı. Əks-hücumlara hesablanan müdafiə üslubu fayda verə bilərdi. Amma debütantın start həyəcanı və dayaq bölgəsindəki futbolçuların yarıtmaz çıxışı düşüncələri reallaşdırmağa imkan vermədi. Xüsusilə “ağsaqqal” Maykl Essyenin biabırçı oyunu məğlubiyyəti şərtləndirdi. Ləng legioner yaşından irəli gələn fiziki hazırlıqsızlıq üzündən yarımmüdafiənin mərkəzində rəqibin ağalıq etməsinə şərait yaratdı, ilk 2 qol məhz bu bölgədəki təzyiqdən sonra vuruldu.
 
Essyen təcrübəsindən də yararlana bilmədi, sürətli rumınlar ani ötürmələrlə onu işsiz qoyub asanlıqla kombinasiyalar qurur, Yevgeni Koçukla Rahid Əmirquliyev isə başqasının da əvəzinə işləmək məcburiyyətində qaldığından ön xəttə dəstək vermir, rəqibin pressinqi altında oynayırdı. Mərkəzdə üstünlük qazanan rəqibi yalnız cinah reydləri ilə narahat etmək olurdu ki, bu da ümumi qələbəni təmin etmək üçün kifayət deyildi. Mayklın yarıtmaz oyunu üzündən ön xəttdə çoxluq yaratmaq mümkün deyildi.
 
Hacıyevin əsas günahı məhz Mayklı start heyətində oynatması idi. Lakin bunun rəhbərliyin tələbi olduğunu göz önünə almalıyıq. Komandanın ən ödənişli oyunçusu vitrinə qoyulmaq üçün deyil. Essyen özünə hörmət etsəydi, heç meydana çıxmaz, hətta bu vəziyyətdə müqavilə imzalamazdı. Amma qanalının pula hərisliyi, ona güvənənlərin də faydasız reklam arzusu gənc məşqçinin əsl bacarığını kölgə altında qoydu.
 
“Səbail”in debütü faciəvi deyil. Bəli, klublarımızın hədəfləri böyütdüyü bir məqamda ev məğlubiyyəti, startdaca yarışla vidalaşmaq yaxşı alınmayacaq. Bununla belə, Hacıyevə imkan verilsə, o, gələcək üçün əla komanda formalaşdıracaq. Əsas odur ki, öz oyun dəst-xətti olan bir komanda var və zamanla daha yaxşı olmalıdı.
 
“Dənizçilər”in əsas problemi klubdakı ikitirəlikdi. Baş məşqçi rəhbərliyi bölüşə bilməyən 2 qrupun əlindən ayıq başla işləyə bilmir. Oyunu izləmək üçün gələn və rumınlara azarkeşlik etdiyinə şübhə etmədiyimiz AFFA-nın baş katibi Elxan Məmmədov klubu monopoliyasına tam almaq üçün hər şey edir. Onun kadrları darmadağın arzulayırdı kı, həm Hacıyevi, həm də ona dəstək verən rəhbərliyi qovdurmaq üçün əsası olsun. Cavab matçından sonra belə cəhdlər mütləq olacaq və onlar sevimli məşqçilərindən birini gətirib, tipik şura komandası yaratmağa cəhd edəcəklər. Halbuki klub yumruq kimi birləşsə, “Səbail”in yaxşı perspektivi var, böyümək üçün imkanlar məhdud deyil.
 
“Səbail”in ilk oyunda inamsız olmasının digər səbəbi heyətdəki ciddi dəyişikliklərdi. Yayda xeyli futbolçu başqaları ilə əvəz olunub və yenilər hələlik ansambla uyğunlaşmayıb. Bilal Həmdi, Dilan Duventru, Mirabdulla Abbasov, Ürfan Abbasov kimi yenilər gözlənilənn oyunu sərgiləmədi. Eriko Da Silva yaxşı görünsə də, müdafiənin mərkəz bloku tam oturuşmayıb. Üstəlik, Essyenin yarıtmaz oyunu xəttlərarası əlaqəni pozurdu, belədə daim təzyiq altında olan arxa xətt oyunçuları səhvə məhkum idi. Rumıniya klubuna qarşı 10 nəfərlə oynamaq isə arzuolunmazdı.
 
Bütün bunlara rəğmən, “Səbail” Azərbaycansayağı künc zərbəsi sayəsində buraxdığı erkən qolun əvəzini tez çıxdı. Rəqibdən oyun səviyyəsinə görə geri qalan komanda standart vəziyyət sayəsində çatışmazlığı sığortalamağa cəhd etdi və qismən buna nail oldu. Gəl ki, müdafiədə növbəti səhvlər rəqibin 3:1 hesabına nail olmasına gətirib çıxardı. “Dənizçilər”i biabırçı hesabdan ötənilki heyətdən qalan Ağabala Ramazanov və digər yoldaşlarının əzmkarlığı xilas etdi. Xüsusilə Fəhmin Muradbəylinin oyuna daxil olan kimi etdiyi məhsuldar ötürmə qeyd olunmalıdı. Bəlkə də Bilaldansa bu futbolçuya ilk dəqiqələrdən güvənmək daha yaxşı olardı.
 
“Səbail” reytinq xalımızı artırmağa da müvəffəq ola bilmədi və 2:3 hesablı məğlubiyyətin əvəzini Rumıniyada çıxmaq mümkünsüz görünür. Bununla belə, “dənizçilər” yaxşı təcrübə topladı. Hacıyevə güvənmək, onu klubdaxili oyunlara qoşmamaq və komandanı böyütməsi üçün şərait yaratmasına imkan vermək lazımdı. Bu gənc məşqçi bacarıqsız deyil, üzərində işləyən, xarakterli, savadlı biridi. Onu pulunu götürüb aradan çıxacaq Essyen kimilərin ayağına vermək olmaz, bizə qalan özümüzkülər olacaq.
 
FƏRİD

 
tarix: 12-07-2019 09:11


 
Xəbər lenti
15.12.2019

20:13   “Səbail”lə “Zirə” ilk oyunda heç-heçəyə razılaşdı - VİDEO

19:36   Aftandil Hacıyev: “Kubokda belə şansımız yoxdu”

19:13   Zaur Həşimov: “Bu hesab rəqibin üstünlüyüdü”

18:52   Qəbələdə darmadağın, Bakıda heç-heçə

18:26   “Qəbələ” - “Sabah” 3:0 - VİDEO

18:06   Elmar Baxşıyev oyundan razı qalmayıb: “Şanslar yenə bərabərdi”

17:58   Sopiç: “Xorvatiyada “Qəbələ” kimi şəraiti olan klub yoxdu”

17:49   Yalnız Peyman Babayi

16:12   “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:51   “Liverpul” DÇ-yə 20 futbolçu ilə yollandı

14:15   Kosta Rika klubunun forvardına Azərbaycandan cəlbedici təklif

13:46   “Napoli”də ciddi itki

12:59   Peyman Babayi: “Kubokda bu mövsüm də uğurlu olmağa çalışacağıq”

12:02   “Bavariya”da 300-cü oyun

11:09   Turabovun komandası səfərdən 1 xalla döndü

10:24   Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi

09:17   Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az