(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Eyforiya olmasın!

Eyforiya olmasın!

“Neftçi” Avropa Liqasının yeni mövsümünə əla başladı. Rəqibin zəif olduğu aydındı, amma bu, bakılıların uğuruna kölgə salmamalıdı. Səfərdə darmadağın, cavab oyununun formallığa çevrilməsi sevindirici məqamdı – komanda lazım olanı etdi.
 
Moldova zəfərinin arxasında başqa məqamlar axtarmaq lazım deyil. “Speranta”nın baş məşqçisi Kristian Efrosun sayıqlamaları, qonaqların qələbəsinə kölgə salmaq cəhdi yersizdi. Hakimlər nəticənin müəyyənləşməsində heç bir rol oynamadı. Bu, bacarıqsızlığa don geyindirmək məqsədi ilə gətirilən yersiz bəhanədi və ona baş ucalığı gətirmir. “Neftçi” hücum gücü sayəsində məhəllə komandası təsiri bağışlayan meydan sahiblərini yaxşıca kötəklədi.
 
Bəli, “Neftçi” udmalı olduğu oyunu uddu. 3 cavabsız qol ədalətli nəticə idi. Bakılılar matça daha ciddi yanaşsa, hesab daha böyük ola bilərdi. Lakin indiki məqamda Roberto Bordinnin yütirmələrinə rekord yox, komanda oyununu təkmilləşdirmək, növbəti mərhələyə hazırlaşmaq lazımdı. İtaliyalı məşqçinin yersiz ehtiyatlanmasına da əsas yoxdu – mərhələ artıq keçilib və Tula “Arsenal”ını düşünmək lazımdı.
 
Eyforiyaya qapılmaq da düzgün deyil. “Speranta” “Neftçi”nin gücünü qiymətləndirmək üçün uyğun rəqib deyil. Bu komanda Türkiyə toplanışı zamanı oynanılan sınaqçı rəqiblərdən xeyli zəif idi və bu darmadağın növbəti mərhələdəki Rusiya təmsilçisi ilə matçöncəsi yersiz arxayınlıq yarada bilər. Bakılıların xeyli çatışmazlığı var, məşqçilər heyəti bunları aradan qaldırmaq haqda düşünməlidi.
 
“Neftçi”nin hücum xətti əla görünür, lakin ən böyük problem müdafiədə vəyarımmüdafiənin mərkəzindədi. Dişli rəqiblərlə oyunlarda qüsurlar ortaya çıxacaq. Bordin hər nə qədər komandasını tərifləsə də, dayaq bölgəsinə və müdafiənin cinahlarına səviyyəli legioner alınmalıdı. “Arsenal”la oyunlara hələ xeyli var və həmin vaxt yaranacaq problemləri indidən görmək lazımdı. Əks-hücumlarda bakılılar yaxşı oynayacaq, lakin təzyiq göstərən rəqiblərlə oyunlarda müdafiə planında ciddi qüsurların üzə çıxacağını indidən deyə bilərik.
 
Düzdü, qələbəyə rəğmən, “Neftçi”nin tam formada olmadığını, zamanla daha yaxşı olacağını da deyə bilərik. Efrosların ailə komandasını yenmək üçün çox tər tökmək lazım gəlmədi. Baqali Dabo və Soni Mustivarın zədədən dönməsi ilə vəziyyət dəyişəcək. Bununla belə, həm qitə matçları, həm də çempionat üçün heyətin yetərsizliyini dönə-dönə vurğulamalıyıq. Bütün güc ön xəttə verilib, lakin “Neftçi” həmişə yalnız hücum edəcək komanda deyil. Nə Bordinin oyun fəlsəfəsi buna imkan verir, nə də futbolun reallığı.
 
İstənilən halda, qaliblər mühakimə olunmur. Darmadağına görə “Neftçi” azarkeşlərinin sevinməyə haqqı var. Xüsusilə Moldovaya uzun, üzücü yolçuluğa çıxmış, “Zimbru” stadionda doğma ab-hava yaratmış “Forza Neftçi” üzvlərini təbrik etmək lazımdı, komanda onların əziyyətini yerə vurmadı. Davamı gəlsin...
 
CAVAD

 
tarix: 12-07-2019 10:00


 
Xəbər lenti
18.07.2019

23:04   “Neftçi”nin “Arsenal”la oyunlarının vaxtı bəllidi

22:56   “Belə emosiyaları yaşamaq istəməzdim”

22:47   “Neftçi” darmadağınla növbəti mərhələdə!

22:33   Aftandil Hacıyev: “Xırda səhvlər olmasaydı, mərhələ keçə bilərdik”

21:52   “Səbail” mübarizəni erkən dayandırdı

19:57   “Zirə” ilə “Keşlə”dən qollu heç-heçə

19:24   “Dandalk”ın qapıçısı: “Qarabağ” yaxşı komandadı”

18:59   Naxçıvan futbolunda yeni təyinatlar: Əsgər Abdullayevdən 1+1 illik müqavilə

18:05   Avropa Liqası: Balayevli “Tobol” mübarizəni dayandırdı

17:49   "Bəxtimiz gətirsəydi, "Qarabağ"a ən azı bir qol vura bilərdik"

17:11   Sabiq “Liverpul”luya mərc cəzası

16:48   Vinni Pert: “Qarabağ”ı izləmişəm”

16:24   “Atletiko”dan bu yayın 8-ci transferi - RƏSMİ

16:05   Maradonanın keçmiş klubunda faciə – 20 yaşlı futbolçu öldürüldü

15:43   “Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri

15:24   Lion “Olimpik”ini “Renn”ə dəyişdi

15:01   PSJ-dən Bundesliqa klubuna

14:41   “Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

14:22   Paytaxt klubunda iki yeni futbolçu

14:00   “Neftçi” - “Speranta” matçına nə qədər bilet satılıb?

13:30   “Nitsa”nın futbolçusu PSV-də

13:07   “Sumqayıt” loqosunu dəyişdi - FOTO

12:25   “Roma”nın futbolçusu rəsmən Yunanıstan klubunda

12:00   “Qalatasaray” milli üzvü ilə güclənir

11:37   "Dandolk" - "Qarabağ" matçının vaxtı bilindi

11:25   De Liqt rəsmən "Yuventus"da

11:12   Yenə 26-cı pillədə qaldıq

10:55   Super Liqa klubundan yeni transfer

10:44   Müdafiə batalyonunun fədailəri: baş katibin ssenarisi ilə təkrarlama

10:33   “Atalanta”nın futbolçusu rəsmən “Roma”da

10:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

10:12   “İrlandiyadan sərfəli hesabla dönməliyik”

10:00   Nazarov Bundesliqa klubuna qol vurdu

09:44   Super Liqada yeni mövsümün püşkü atıldı

09:30   Vaqner da Silva: “Hamı bərabər əziyyət çəkdi”

09:17   “Tottenhem”də daha 3 ayrılıq - RƏSMİ

09:00   Parlaq yox, yaxşı oyunla...

02:39   Nigeriya Afrika Millətlər Kubokunda 3-cü oldu

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

13:03  Tunisli futbolçu rəsmən “Yuventus”da

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az