(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
PFL yeni mövsüm üçün Əsasnaməyə dəyişiklər etdi

PFL yeni mövsüm üçün Əsasnaməyə dəyişiklər etdi

Futbol üzrə 2019/2020 mövsümünün Əsasnaməsində bir sıra dəyişikliklər edilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a Peşəkar Futbol Liqasının (PFL) Yarışların Təşkili Departamentinin rəhbəri Elgiz Abbasov məlumat verib.

Onun sözlərinə görə, yenilənən Əsasnamə Avropanın aparıcı futbol ölkələrinin təcrübəsinə uyğun şəkildə tərtib olunub: “Əsasnaməni beynəlxalq təcrübədən yararlanaraq müasirləşdirmişik. Eyni zamanda ötən mövsüm yaşadığımız problemlərlə bağlı qeydlər vardı. Onları da aradan qaldırmışıq. PFL-in İşçi Qrupu Əsasnamə üzərində 40 günə yaxın işləyib. Yenilənmiş Əsasnamə Premyer Liqanın püşkatması zamanı klublara və digər aiddiyatı şəxslərə təqdim olunacaq".

Abbasov bildirib ki, PFL tərəfindən vahid oyun günü proqramı təsdiqlənərək klublara göndərilib: “Artıq klublar oyun günü nəyi nə zaman və necə etməyi dəqiqliklə biləcəklər. Əvvələr müxtəlif suallar ortaya çıxırdı. Məsələn, iclas saat neçədə olacaq, matçın protokolu nə zaman təqdim edilməlidir, stadiona nə vaxt gələk, məşqə nə vaxt çıxaq, qazonu nə vaxt sulayaq və s. Daha bu kimi problemlər olmayacaq. Premyer Liqada olduğu kimi, I Divizionda da futbolçular mövsüm ərzində yalnız bir nömrə altında çıxış edə biləcəklər. Həmçinin I Divizionun oyunları zamanı stadionda diktorun olması tələb kimi qeyd edilib. Əvvəllər bu, tövsiyə xarakteri daşıyırdı”.

Departament rəhbərinin sözlərinə görə, PFL-in yeni bazası formalaşdırılıb: “Baza 3 hissədən ibarətdir. Birincisi, PFL-in öz bazasıdır. Bura futbolçuların müqavilələri, cəza, cərimələri və s. barədə geniş məlumatlar daxildir. İkincisi, oyunların elektron protokolları olacaq. Üçüncü hissə isə klublar üçündür. Artıq klublar heyətlərinə yeni oyunçu cəlb edən zaman PFL-in saytında lazımi məlumatları yerləşdirəcəklər. Biz isə onlara baxaraq qərar verəcəyik: qəbul olunsun, ya yox”.

Qeyd edək ki, 2019/2020 mövsümünə 16 avqustda Premyer Liqanın açılış oyunu ilə start veriləcək.


 
tarix: 12-07-2019 18:39


 
Xəbər lenti
18.07.2019

23:15   “Neftçi” qrup mərhələsinə çıxsa, qürur duyacağıq”

23:04   “Neftçi”nin “Arsenal”la oyunlarının vaxtı bəllidi

22:56   “Belə emosiyaları yaşamaq istəməzdim”

22:47   “Neftçi” darmadağınla növbəti mərhələdə!

22:33   Aftandil Hacıyev: “Xırda səhvlər olmasaydı, mərhələ keçə bilərdik”

21:52   “Səbail” mübarizəni erkən dayandırdı

19:57   “Zirə” ilə “Keşlə”dən qollu heç-heçə

19:24   “Dandalk”ın qapıçısı: “Qarabağ” yaxşı komandadı”

18:59   Naxçıvan futbolunda yeni təyinatlar: Əsgər Abdullayevdən 1+1 illik müqavilə

18:05   Avropa Liqası: Balayevli “Tobol” mübarizəni dayandırdı

17:49   "Bəxtimiz gətirsəydi, "Qarabağ"a ən azı bir qol vura bilərdik"

17:11   Sabiq “Liverpul”luya mərc cəzası

16:48   Vinni Pert: “Qarabağ”ı izləmişəm”

16:24   “Atletiko”dan bu yayın 8-ci transferi - RƏSMİ

16:05   Maradonanın keçmiş klubunda faciə – 20 yaşlı futbolçu öldürüldü

15:43   “Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri

15:24   Lion “Olimpik”ini “Renn”ə dəyişdi

15:01   PSJ-dən Bundesliqa klubuna

14:41   “Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

14:22   Paytaxt klubunda iki yeni futbolçu

14:00   “Neftçi” - “Speranta” matçına nə qədər bilet satılıb?

13:30   “Nitsa”nın futbolçusu PSV-də

13:07   “Sumqayıt” loqosunu dəyişdi - FOTO

12:25   “Roma”nın futbolçusu rəsmən Yunanıstan klubunda

12:00   “Qalatasaray” milli üzvü ilə güclənir

11:37   "Dandolk" - "Qarabağ" matçının vaxtı bilindi

11:25   De Liqt rəsmən "Yuventus"da

11:12   Yenə 26-cı pillədə qaldıq

10:55   Super Liqa klubundan yeni transfer

10:44   Müdafiə batalyonunun fədailəri: baş katibin ssenarisi ilə təkrarlama

10:33   “Atalanta”nın futbolçusu rəsmən “Roma”da

10:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

10:12   “İrlandiyadan sərfəli hesabla dönməliyik”

10:00   Nazarov Bundesliqa klubuna qol vurdu

09:44   Super Liqada yeni mövsümün püşkü atıldı

09:30   Vaqner da Silva: “Hamı bərabər əziyyət çəkdi”

09:17   “Tottenhem”də daha 3 ayrılıq - RƏSMİ

09:00   Parlaq yox, yaxşı oyunla...

02:39   Nigeriya Afrika Millətlər Kubokunda 3-cü oldu

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

13:03  Tunisli futbolçu rəsmən “Yuventus”da

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az