(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Admir Teli: “Partizani”nin “Qarabağ”ı keçməsi çətin görünür”

Admir Teli: “Partizani”nin “Qarabağ”ı keçməsi çətin görünür”

“Qarabağ”ın sabiq müdafiəçisi Admir Teli Albaniyanın “Panorama Sport” nəşrinə geniş müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, 2009-2015-ci illərdə Ağdam klubunun formasını geyinən albaniyalı veteran futbolçu həm Tiranada Qurban Qurbanovla görüşündən danışıb, həm də Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçirilən “Partizani” – “Qarabağ” oyununu dəyərləndirib%

- “Partizani” – “Qarabağ” oyunu sizdə necə təəssürat oyatdı? Sizcə, hesab ədalətli oldu?
- Oyunu böyük maraqla izlədim. Düşünürəm ki, yaxşı oyun oldu. Son dəqiqələrdə hər iki komanda açıq futbol nümayiş etdirdi. Qurban Qurbanovun oyun üslubunu yaxşı bilirəm. Ona görə də matçdan əvvəl “Qarabağ”ın topa daha çox nəzarət edəcəyini təxmin etmişdim. Diər tərəfdən, “Partizani”dən daha inamlı oyun gözləyirdim. Hesab edirəm ki, komanda özünə daha çox inanmalıdı.

- Oyundan öncə Qurban Qurbanovla danışmışdınız?
- Hə, boş vaxtım olduğu üçün baş məşqçi ilə görüşüb söhbət etdim. Mənim onunla hələ də yaxşı münasibətlərim var. Bu isə normaldı. Çünki onunla 7 il birlikdə çalışmışam. Hələ də hörmətini saxlayıram.

- Yəqin ki, sizdən “Partizani” haqda soruşdu. Ona komanda haqda bilmədiyi hansısa məlumatı verdiniz?
- Açığı, Qurbanovla “Partizani” haqda danışmadım. Çünki özü də heç nə soruşmadı. Bilirsiniz, Qurban Qurbanovun əla köməkçiləri var. Onu “Partizani” ilə bağlı ətraflı məlumatlandırmışdılar. Heç Qurbanov özü də mənim ona hansısa məlumat verəcəyimi gözləmirdi.

- İlk oyundan sonra “Partizani”nin şanslarını necə dəyərləndirirsiniz?
- “Partizani”nin mərhələni keçməsi çətin görünür. Çünki “Qarabağ” Bakıda daha yaxşı oynayır. Onların ilk oyunda bir neçə ciddi itkisi var idi. Cavab matçında iki əsas oyunçusu meydanda olacaq. Düşünürəm ki, bu amil oyunu “Partizani” üçün oyunu çətinləşdirəcək. Ancaq o demək deyil ki, “qırmızılar”ın şansı yoxdu.

- “Partizani” mərhələni keçmək üçün Bakıda nə etməlidi?
- Daha çox inanmalı və “Qarabağ”ın səhvlərindən maksimum yararlanmalıdı. Ən azı Tiranadakı kimi oynamalıdı. 90 dəqiqə müdafiədə oturub, rəqibi meydanın özünə aid hissəsində qarşılamaq lazım deyil. Belədə işləri çox çətin olacaq.

- “Qarabağ”ın ev oyunlarında əsas üstünlüyü nədi?
- “Qarabağ” 1-2 futbolçudan asılı komanda deyil. Onların gücü komanda oyunundadı. Son illərdə qazanılan uğurlar məhz bununla bağlıdı. Ən böyük amil isə baş məşqçidi. Bütün bunlar onun işidi. Bu komandada oynayan hər bir futbolçu meydanda ancaq onun verdiyi tapşırıqları yerinə yetirir.

- “Partizani”nin nəhəng Bakı Olimpiya Stadionunda deyil, kiçik tutumlu “Dalğa Arena”da oynaması, sizcə, müsbət, yoxsa mənfi haldı?
- Məncə, bu, “Partizani”nin xeyirinədi.


 
tarix: 14-07-2019 09:30


 
Xəbər lenti
24.08.2019

01:52   “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58   “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48   “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25   “Borussiya”dan inamlı qələbə

23.08.2019

23:38  “Beşiktaş”dan darmadağın

22:43  Nazarov üçün 63 dəqiqə və 1 xal

21:03  Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

20:33  Dabo “Neftçi” azarkeşlərindən üzr istədi

18:44  “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22  “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41  Ozan Can rəsmən “Sabah”da

17:33  “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27  Larsson istefa verdi

16:47  “Mançester Yunayted”də itki

16:00  Yığmamızın heyətində dəyişiklik

15:30  Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00  İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36  Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00  Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32  Fernando Torres vida matçına çıxır

13:06  “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53  “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00  “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39  Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17  "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08  "Səbail"in legioneri üçün il bitdi

11:03  Nazarov “Ştutqart”a meydan oxudu

10:54  Qonşumuz dəyişdi

10:32  “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00  Kompani istefaya göndərildi

09:30  “Liverpul”da yeni müqavilə

09:12  “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00  "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57  Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az