(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
İtaliya klubu şokda: Baş məşqçidə ağır xəstəlik aşkarlandı

İtaliya klubu şokda: Baş məşqçidə ağır xəstəlik aşkarlandı

İtaliyanın “Bolonya” klubunun baş məşqçisi Sinişa Mihayloviç ağır xəstəliyə düçar olub.

Futbolinfo.az xəbər verir ki, 50 yaşlı serbiyalı mütəxəssisdə qan xərçəngi aşkarlanıb. O, bunu ötən gün təşkil olunan xüsusi mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib:

“Məni uzun və çətin müalicə gözləyir. Amma mən təslim olmayacam və bu mübarizədən qalib ayrılacağıma inanıram. Bunu öz ailəm, mənə inananlar üçün edəcəm. Son günlərdə təxminən 600-700 dəstək məktubu almışam. Amma onları cavablandırmaq imkanım olmayıb. Bu günlər ərzində öz-özümlə qalmaq istədim və xeyli düşündüm. Bunu etiraf etməkdən utanmıram ki, ağladım. Məni çətin mübarizə gözləyir, amma bunu qəbul etməyə hazıram”.

Konfransa qatılan “Bolonya”nın həkimi bəyan edib ki, Mihayloviçdə aşkarlanan xəstəlik ilkin mərhələdədi və bu, onlara müalicənin uğurla başa çatdırılması üçün inam verir.

Ağır xəstəliyə baxmayaraq, Mihayloviçin baş məşqçi postunda qalacağı və işini davam etdirəcəyi açıqlanıb. Halbuki, konfransdan öncə onun istefa verməyə hazırlaşdığı bildirilirdi.

Mihayloviçin "Bolonya" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.


 
tarix: 14-07-2019 12:00


 
Xəbər lenti
16.10.2019

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az