(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Stankoviç: “Neftçi”yə ehtiyatda oturmağa gəlməmişəm”

Stankoviç: “Neftçi”yə ehtiyatda oturmağa gəlməmişəm”

"Bilirdik ki, rəqib əsasən arxa xətdə yaxşı oynayır, demək olar, yalnız müdafiə olunur. Buna uyğun əla hazırlaşmışdıq. Gördüyünüyüz kimi, yaxşı oynadıq və layiqli qələbə qazandıq".

Futbolinfo.az xəbər verir ki, bunu Sportnet.az-a müsahibəsində "Neftçi"nin futbolçusu Voyislav Stankoviç Moldovada "Speranta"ya 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşü barədə danışarkən deyib. Serbiyalı müdafiəçi digər sualları da cavablandırıb:

- Komandanız belə inamlı qələbə qazansa da, kefsiz olduğunuz gözümüzdən yayınmır. Bu, oynamadığınıza görədir?
- Əlbəttə, oynamadığım üçün üzgünəm. Heç kim ehtiyat oyunçular skamyasında oturmağı sevmir. Lakin futbolda belə də olur. Nə deyə bilərəm?! Baş məşqçi belə qərar verdi ki, məni ehtiyatda saxlasın. Belə olan halda, görüşü kənardan izləməli oldum.

- Bu, Sizin üçün gözlənilməz olmadı?
- Gözləyirdim ki, oynayacağam. Ancaq nəzəri hazırlıqda öyrəndim ki, əsas heyətdə kənarda qalacağam, vəssalam. Bunu normal qarşıladım. Nə edə bilərəm?

- Mərkəz müdafiəçisi mövqeyinizdə Mamadu Mbocla Kiril Pterov çıxış edir. Onlarla rəqabət necə gedir?
- Yaxşı futbolçulardır. Amma eyni zamanda öz səviyyəmə, potensialıma inanıram. Bunu artıq burada göstərmişəm, xeyli vaxtdır Azərbaycanda çıxış edirəm. "Neftçi"yə oynamaq üçün gəlmişəm, ehtiyatda oturmağa yox.

- Roberto Bordin necə baş məşqçi, necə insandır?
- Hər bir baş məşqçinin özünəməxsus iş üslubu olur. Bordində fərqli hazırlıqdır - daha çox qaçır, hərəkət edirik, taktiki çalışmalar olur. Buna öyrəşmişəm və bir futbolçu olaraq baş məşqçinin istədiklərini yerinə yetirməliyəm.

- Türkiyədəki yoxlama matçlarında az oynadınız. Bu durum motivasiyanızı aşağı salır, yoxsa əksinə, sizi öz üzərinizdə daha çox çalışmağa sövq edir?
- Əsas heyətdə yer uğrunda mübarizə aparmalıyam. Bunun üçün baş məşqçiyə özümü ən yaxşı tərəfdən göstərməliyəm ki, məni start "11-liy"inə qoysun. İndiki vəziyyət mənə daha çox motivasiya verir. Yəni, daha yaxşı hazırlaşmalıyam. Ümid edirəm ki, əsas heyətdə çıxış edəcəyəm.

- Ümumiyyətlə, Azərbaycanın ən tanınmış, adlı-sanlı klubu olan "Neftçi"nin formasını geyimmək Voyislav Stankoviç üçün nə deməkdir? 
- Əlbəttə, bilirik ki, "Neftçi" yaxşı, böyük tarixə malik köklü klubdur. Bu komandanın heyətində özümü yaxşı hiss edirəm. Sadəcə, hazırda əsas heyətə düşməməyina görə məyusam. Lakin bu, yeni mövsümün ilk rəsmi matçıdır, hələ mövsüm qarşıdadır. Ümid edirəm ki, istəyimə çatacağam.

- "Sperantsa"nı demək olar keçmisiniz. Rusiya "Arsenal"ını da keçə bilərsiniz?
- Bilmirəm. İndi bu haqda danışmaq olmaz. Əvvəlcə "Sperantsa" ilə cavab matçını keçirmək lazımdır.

- Hər halda, evdə çıxış edəcəksiniz, 3:0-dan sonra formal qarşılaşma olacaq...
- İstənilən halda, hələ ilk mərhələdir. Bunu keçək, sonra "Arsenal"a baxarıq.

- Bəs keçmiş komandanız "Qəbələ"ni zəifləmiş heyəti ilə Gürcüstan "Dinamo"sunu keçmək gücündə olduğunu sanırsınız?
- "Qəbələ"də çoxlu dəyişiklik olub, gənc futbolçular gəlib. Görürəm ki, yaxşı hazırlaşırlar, 2-3 yoxlama matçları keçiriblər, pis nəticələri olmayıb. "Qəbələ"yə Avropa Liqasında azarkeşlik edəcəyəm. Ümid edirəm ki, yaxşı oynayaraq mərhələni keçəcəklər. Bu, çətin olacaq. Çnüki Tbilisi "Dinamo"su yaxşı komandadır.

- "Qəbələ" ilə ilin sonunadək müqaviləniz var idi. "Neftçi"yə keçməyə görə kompensasiyanı özünüz verdiniz, yoxsa..?
- Bəli, "Qəbələ" ilə hələ 6 aylıq müqaviləm vardı. Mənə dedilər ki, növbəti mövsümdə büdcə aşağı olacaq, məcavibi vermək gücündə deyillər. Ona görə diqqətimə çatdırdılar ki, variant olsa, səni buraxacağıq, keçidinə problem yaratmayacağıq.


 
tarix: 14-07-2019 16:00


 
Xəbər lenti
15.12.2019

20:13   “Səbail”lə “Zirə” ilk oyunda heç-heçəyə razılaşdı - VİDEO

19:36   Aftandil Hacıyev: “Kubokda belə şansımız yoxdu”

19:13   Zaur Həşimov: “Bu hesab rəqibin üstünlüyüdü”

18:52   Qəbələdə darmadağın, Bakıda heç-heçə

18:26   “Qəbələ” - “Sabah” 3:0 - VİDEO

18:06   Elmar Baxşıyev oyundan razı qalmayıb: “Şanslar yenə bərabərdi”

17:58   Sopiç: “Xorvatiyada “Qəbələ” kimi şəraiti olan klub yoxdu”

17:49   Yalnız Peyman Babayi

16:12   “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:51   “Liverpul” DÇ-yə 20 futbolçu ilə yollandı

14:15   Kosta Rika klubunun forvardına Azərbaycandan cəlbedici təklif

13:46   “Napoli”də ciddi itki

12:59   Peyman Babayi: “Kubokda bu mövsüm də uğurlu olmağa çalışacağıq”

12:02   “Bavariya”da 300-cü oyun

11:09   Turabovun komandası səfərdən 1 xalla döndü

10:24   Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi

09:17   Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az