(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qəbələ”nin daha bir futbolçusu Çexiya klubunda

“Qəbələ”nin daha bir futbolçusu Çexiya klubunda

Azərbaycanın daha bir gənc futbolçusu karyerasını ölkə xaricində davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, “Qəbələ”nin 18 yaşlı futbolçusu Samir Qurbanov Çexiyanın “Viktoriya” (Jijkov) klubuna transfer olunub.

Bu barədə futbol meneceri Vaqif Heydərli sosial şəbəkə hesabında məlumat yayıb. Digər gənc oyunçularımız kimi, Samirin də transferi məhz bu yöndəki fəaliyyəti ilə tanınan Heydərlinin səyi nəticəsində gerçəkləşib. Gənc futbolçularımızın ölkə xaricinə çıxarılmasında, müxtəlif klublara yerləşməsində böyük işlər görən menecerin sözlərinə görə, U-19 yığmamızın üzvü olan hücumameylli yarımmüdafiəçi 2 illik icarəyə verilib.

Qurbanov artıq yeni klubu ilə müqavilə imzalayıb. Jijkov klubu icarə müddətində "Qəbələ"yə ödəniş etməklə futbolçunun transfer hüququnu da ala bilər. Premyer Liqa təmsilçisi onun satışından da 20 faiz əlavə gəlir əldə edəcək.

1903-cü ildə yaradılan “Viktoriya” klubu 2 dəfə Çexiya Kubokunu qazanıb, 1 dəfə bu ölkənin 2-ci liqasının çempionu olub. Sözügedən klub Çexiya yüksək liqasında geridə qalan mövsümü 16 kollektiv arasında 14-cü yerdə başa vurub.

Xatırladaq ki, hazırda “Qəbələ”nin digər yetirməsi Fərid Nəbiyev də Çexiyanın “Slaviya” (Praqa) klubunda legioner həyatı yaşayır. Hansı ki, onun da bu ölkəyə gedişi məhz Vaqif Heydərlinin vasitəsilə baş tutub.


 
tarix: 16-07-2019 00:35


 
Xəbər lenti
15.11.2019

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az