(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Sumqayıt”da İsayev düyünü: Rəfiyev klubu yox, öz qazancını düşünür

“Sumqayıt”da İsayev düyünü: Rəfiyev klubu yox, öz qazancını düşünür

Aleksey İsayev “Sumqayıt”ın məşqçlərində iştirak etmir. Komanda yeni mövsümün hazırlığına start versə də, rusiyalı yarımmüdafiəçi baş məşqçi Ayxan Abbasovun sərəncamında deyil.
 
Milliləşdirilmiş futbolçu Azərbaycana qayıdıb. Lakin o, vətəninə dönmək istədiyindən “Sumqayıt”ın məşqçlərinə qatılmır. Rusiyadan bir neçə təklifi olan orta sahə oyunçusu müqavilə ilə bağlı olduğu klubdan ayrılmaq üçün rəhbərliklə danışıq aparır. Meneceri də ölkəmizə gəlib və problemin həllinə çalışırlar.
 
İsayevin “kimyaçılar”la müqaviləsi 2020-ci ilin yayına qədərdi. Klub rəhbərliyi məhz bu səbəbdən onu sərbəst buraxmağı düşünmür və transfer haqqı istəyir. Alekseyi istəyən Rusiya klubları yalnız azad agent olacağı təqdirdə onunla müqavilə imzalayacaq. Yarımmüdafiəçi ya klubun tələb etdiyi yüksək təzminatı cibindən ödəməli, ya da daha bir il Sumqayıtda qalmalıdı.
 
“Sumqayıt” tərəfi indiki halda haqlıdı. Onlar bir mövsüm oynatdığı futbolçuya görə müəyyən xərc çəkiblər. İndi isə müəyyən dəyəri olan futbolçunu havayı buraxmaq ağılsızlıq olar. Hətta sumqayıtlıların menecer-prezidenti Riaf Rəfiyev İsayevə klub da tapıb. Portuqaliya klublarından biri yarımmüdafiəçi üçün 100 min avro ödəməyə hazırdı. Belədə İsayevi havayı və ya kiçik məbləğ qarşılığında buraxmaq mümkün deyil.
 
Aleksey Rusiyaya dönməkdə israrlıdı, o doğma ölkəsində daha yüksək maaş alacaq. Amma indiki məqamda onun arzusu əsas deyil – anlaşmanın şərtlərinə əməl etməli və klubun təklif etdiyi variantlardan birini seçməlidi.
 
Rəfiyev bəlkə də hansısa məbləğ qarşılığında İsayevi buraxardı. Onsuz da həmin pul kluba deyil, Riada məxsus şirkətə çatacaq. “Sumqayıt” isə “milli komandanın oyunçularının xaricə getmək perspektivini düşündüyünü” bəyan edərək, onu guya təmənnasız buraxdığını açıqlayacaq. Ən azı gizli rəsmi sənədlərdə belə yazılacaq. Əslində isə müəyyən məbləğ ödənəcək və “3R”-in büdcəsi zənginləşəcək.
 
Amma Rəfiyevi daha çox qazanmaq düşündürür. O, futbolçunu Portuqaliya klubuna sataraq böyük vəsait əldə edəcək, üstəlik, AFFA-dan da qonorar qoparacaq. Çünki indiyədək bir neçə dəfə milli oyunçularının xarici klublara yerləşdirilməsi ona əla mükafat yazılmasına səbəb olub. Kamran Ağayevin Çexiya və Portuqaliyaya, Ruslan Qurbanovla Elnur Cəfərovun Xorvatiyaya, Elnurun daha sonra Emin Mahmudov və Renat Dadaşov kimi Portuqaliyaya göndərilməsi Rəfiyevi xeyli qabağa salıb. Təkcə Araz Abdullayevin Kipr “Anortosis”inə göndərilməsi Riadın 50 min avro – futbolçunun maaşının yarısı qədər - mükafat almasına səbəb olub. Milli oyunçularının xarici klublara yerləşdirilməsi adı ilə AFFA-dakı şərikləri ona bu mükafatı ayırıblar.
 
 
Hər transfer mövsümündə 200-300 min avronu təkbaşına bu yollarla qazanan Rəfiyevin indi İsayevi havayı buraxması mümkünsüzdü. Və bunu “Sumqayıt” üçün yox, öz biznesini düşünərək edəcək. Milli komandanı bu kimi işləri üçün oyuncağa çevirən Riad klubda daha böyük fəaliyyət imkanı qazanıb. O, “Sumqayıt”a yox, “Sumqayıt” ona xidmət edir. 10 min manat paket-maaş alması bir yana, hər transfer dövründə neçə-neçə futbolçunu milliləşdirib, cibini doldurur.
 
FƏRİD
 
P.S.: Xatırladaq ki, İsayev milli komandanın son oyununda meydana çıxmaqdan imtina etmişdi. Bu səbəbdən o, yığma komandamızın üzvü sayılmır. Amma Rəfiyev portuqaliyalılara futbolçunu milli üzvü kimi təqdim edib, gələcəkdə onu yenidən milliyə çağırtdıracağını, deməli, dəyərini qaldıracağını vəd edib.

 
tarix: 16-07-2019 09:07


 
Xəbər lenti
15.11.2019

21:47   Emenike yenə klubsuz qaldı

21:05   AFFA-dan Qurbanovun cəzasına endirim

20:40   Super Liqa klubu yeni baş məşqçisini rəsmən açıqladı

20:11   “Sabah” futbol akademiyasına seçimlər başlayır

20:00   Şəhriyar Rəhimov: “Xalqımızı sevindirmək istəyirik”

19:49   Yurçeviç: “Gərək Beyl kimi oyunçuları iki nəfər tutsun”

19:01   Duriş millimizlə oyunu “ağır addım” adlandırdı

18:40   “Sonra diqqətimi Azərbaycanla görüşə yönəldəcəm”

18:20   “Qəbələ” darmadağın etdiyi rəqiblə üz-üzə

18:00   Ronaldo rekorda yaxınlaşır

17:41    “Qarabağ”la “Zirə” heç-heçəyə razılaşdı

17:20   “Neftçi”dən darmadağın

17:00   Keyn bunu da bacardı

16:42   AÇ-2020-yə vəsiqə ilə gələn 9,2 milyon avro

16:20   “Real”ın futbolçusu sıradan çıxdı

16:00   Bakıya 1200 uelsli azarkeş gəlib

15:45   “Keşlə”nin sabiq baş məşqçisi Ukrayna klubunda

15:30   Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

15:15   Qaret Beyl: “Azərbaycan millisi daim inkişafdadı”

15:00   Giqqz: “Bakıdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”

14:46   Elxan Məmmədova ünvanladığımız sualın cavabı

14:30   Uels yığmasında daha 2 itki – Bakıya gəlmədilər

14:15   İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00   “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41   “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20   Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

13:00   Əliyar Ağayev AÇ-2020-nin oyununda

12:40   Millimizdə itki - heyətdən çıxarıldı

12:21   “Keşlə” divizion klubu ilə yoxlama oyunu keçirəcək

12:00   Millimizin futbolçularına danışılmış oyunlarla bağlı “dərs”

11:46   11-ci turun oyun cədvəli açıqlandı

11:23   “Neftçi” – “Qəbələ” oyununun vaxtı açıqlandı

11:00   Ardıcıl 2-ci, tarixdə 5-ci dəfə AÇ-də

10:45   La Liqa klubunda yeni müqavilə

10:30   Balayev “Tobol”da qalır

10:00   “Qarabağ”ın futbolçusu Paraqvaya qarşı oynamadı

09:30   “Atletiko”da Dieqo Kosta şoku

09:00   Şenol Günəş: “Xəyalımızı gerçəkləşdirdik”

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az