(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Yurçeviçin hesabatı: legionerlərdən narazıdı

Yurçeviçin hesabatı: legionerlərdən narazıdı

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç AFFA-ya hesabat verib. Milli komandanın Avropa çempionatının seçmə mərhələsinə biabırçı start verməsinin səbəblərini o, baş katib Elxan Məmmədova izah etməyə çalışıb.
 
Məzuniyyətini başa vurub ölkəmizə qayıdan, “Səbail”in Avropa Liqasındakı ev matçını canlı izləyən xorvat çalışdırıcı, əslində, İcraiyyə Komitəsinə hesabat verməli idi. Çünki Macarıstanın ardınca Slovakiyaya da biabırçı məğlubiyyət ciddi narazılığa səbəb olmuş, İK üzvləri 1:5 hesablı son yenilgi reallaşınca elə stadiondaca yığışıb məşqçini danlamışdılar. Yurçeviç də qısa müddətdə hesabat hazırlayacağını vəd etmişdi.
 
Amma Yurçeviç hesabatı baş katibə verib. Maraqlıdı ki, o, AFFA-nın bəzi mətbuat orqanları vasitəsi ilə hədəf göstərməyə çalışdığı, bunun təbliğatını apardığı futbolçuları – Qara Qarayev, Bədavi Hüseynov və Rahil Məmmədovu deyil, milliləşən legionerləri hədəf göstərib. Xorvat məşqçi Dmitri Nazarov, Rüfət və Renat Dadaşov qardaşlarını qara siyahıya salıb. Bu futbolçuların zəif oynadığını, ümumiyyətlə, bütün oyunçuların hazırlığının zəif olduğunu hesabatında bildirən Nikola meydana çıxmaqdan imtina edən Aleksey İsayevdən də narazılığını dilə gətirib.
 
AFFA-nın bu hesabatı rəsmi saytı vasitəsilə açıqlamaması, gizlətməyə çalışması səbəbsiz deyil. Əks halda, məsuliyyəti “Qarabağ”ın oyunçularının boynuna yıxmaq kimi iyrənc planlarının yersiz addım olduğu aydınlaşacaq. Həm də Yurçeviçin adını çəkdiyi oyunçular AFFA-nın menecer dəstəsinin müştəriləridi, onların yığmaya gəlişinə SOCAR-ın büdcəsindən milyonlar çıxarılıb. İndi məsələn, Renat Dadaşovun zəif oynadığı bildirilsə, belə bir futbolçuya nəyə görə 1 milyon avro xərcləndiyinin səbəbi soruşula bilər.

 
tarix: 16-07-2019 10:05


 
Xəbər lenti
13.11.2019
12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az