(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Nazim Süleymanov millət vəkilləri ilə görüşdü

Nazim Süleymanov millət vəkilləri ilə görüşdü

Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri futbol ictimaiyyəti ilə  görüşləri davam etdirirlər.

Futbolinfo.az xəbər verir ki, növbəti belə görüş millət vəkilləri ilə keçirilib. Təşkilatın nümayəndələri Milli Məclisin üzvləri Fazil Mustafa və Aqil Abbasla görüşüblər Bu barədə məlumatı təşkilatın sədri Nazim Süleymanov verib. Süleymanov bildirib ki, təşkilatın tanıdılması, məram və məqsədi ilə bağlı məlumat vermək üçün millət vəkilləri ilə bir araya gəliblər:

“Həm Aqil Abbas, həm də Fazil Mustafa futbol azarkeşləri sayılırlar. Onlar Azərbaycan futbolunun durumuna heç vaxt biganə qalmayıblar. Stadionlara gəliblər, komandalarımıza dəstək olublar, futbolumuzun problemlərini qaldırıblar, fikirlərini bildiriblər, müzakirələrə qoşulublar. Bu millət vəkillərimiz futbolla bağlı müzakirələrdə həmişə fəal olublar”.

Nazim bəy bildirib ki, millət vəkilləri ilə müzakirə olduqca səmərəli alınıb:

“Demək olar ki, futbol təsərrüfatı ilə bağlı bütün məsələlər ətrafında fikir mübadiləmiz oldu. Millət vəkillərinin futbolumuzun problemləri, onların həlli yolları barədəki fikirlərini dinlədik”.

Süleymanov deyib ki, millət vəkilləri Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının yaradılmasını da alqışlayıblar:

“Hörmətli millət vəkilləri Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının yaradılmasının vacib olduğunu bildirdilər. Onlar bu yöndə bizə istənilən məsləhət və dəstəyi verməyə hazır olduqlarını da vurğuladılar”.

Süleymanovun dediyinə görə, təşkilatın futbol ictimaiyyəti ilə görüşləri bundan sonra da davam edəcək:

“Hələ bir neçə görüş də planlaşdırmışıq. Bu görüşlərdən sonra isə təşkilatın təsis konfransını keçirməyi planlaşdırırıq. Fürsətdən istifadə edib Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının görüşlərini işıqlandıran mətbuat orqanlarına – qəzet və saytlara təşəkkürümü çatdırıram”.

Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri Gəncə, Masallı, Buzovna, İmişli və Lənkəranda görüşlər keçiriblər.  


 
tarix: 16-07-2019 11:52


 
Xəbər lenti
18.11.2019
17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az